Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2349/2023 10.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, Ərizəçi maraqlı şəxs DSMF-nun Bərdə rayon Şöbəsinə qarşı “Hüquqi əhəmiyyətli fakt təsdiqi”nə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs DSMF-nun Bərdə rayon Şöbəsinə qarşı ərizəsi ilə mürаciət edərək Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, *06 nömrəli arxiv arayışında qeyd edilən məlimatlara əsasən *974-cü il tarixdən *990-cı il tarixə və *995-ci il tarixdən *998-ci il tarixə qədər işlədiyi dövlərin ona məxsus olması faktına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) *49-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırki ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, MPM-in *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in *50.*.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı ərizədən görünür ki, ərizənin xahiş etdi hissəsi aydın deyildir. Belə ki, ərizəçi Hüquqi əhəmiyyətli fakt təsdiqi olaraq Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, *06 nömrəli arxiv arayışında qeyd edilən məlimatlara əsasən *974-cü il tarixdən *990-cı il tarixə və *995-ci il tarixdən *998-ci il tarixə qədər işlədiyi dövlərin ona məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi tələb düzgün deyildir. Bundan başqa ərizəçi maraqlı şəxs olaraq qoyduğu Maraqlı şəxs pensiya təyin edən orqan statusuna malik deyil. Odur ki, tələb dəqiqləşdirilərək, həmçinin ərizədə maraqlı şəxsin doğru adı əlavə edildikdən sonra ərizəçi yenidən məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmçinin ərizəçi ərizəsinə sənədlərin sadə surətlərini əlavə etmiş, həmin sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri iş materiallarında mövcud deyil. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lzımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. MPM-in *52.*.*-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in *52.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “Hüquqi əhəmiyyətli fakt təsdiqi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2349/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2349/2023
10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver