Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2365/2021 22.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi Ərizəçi iştirakları ilə, Ərizəçi Ağayeva Əsli Əli qızının sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ağayeva Əsli Əli qızı ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyət hüququna dair soyadının “Hüseynova” kimi qeyd edildiyi torpağa mülkiyyət hüququna dair JN-240 KOD 61005078 saylı Dövlət Aktı ilə soyadının “Ağayeva” kimi qeyd edildiyi 09 avqust 2013-cü ildə Bərdə rayon Polis Şöbəsindən ona verilmiş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindəki soyadı ilə düz gəlmədiyi üçün həmin dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ağayeva Əsli Əli qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 noyabr 1971-ci ildə Azərbaycan Respublikasının keçmiş Ağdərə rayonunun (hazırda Ağdam rayonu) Sırxavənd kəndində anadan olmuşdur. 1993-cü ildə Bərdə rayonun Gərənə kənd sakini, 05 sentyabr 1967-ci ildə anadan olmuş Hüseynov Elçin Məmili oğlu ilə ailə qurmuşdur və nkahlarını Bərdə rayonu Güloğlular kənd İƏV üzrə nümayəndəliyinddə 23 dekabr 1993-cü ildəm 63 nömrə ilə qeyd edilmiş, bu haqda onlara Vİ-JQ 327047 nömrəli nikah bağlanılması haqqında şəhadətnamə verilmişdir. 1993-cü ildən hal-hazıradək də Bərdə rayonu Gərənə kəndində daimi yaşayır. Həyat yodaşı X3 23 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara, yəni həyat yoldaşı X2, ona və qızı X4 cəmi 1.05 hektar torpaq sahəsi pay torpağı kimi ayrılıb verilmişdir. Bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-240 KOD 61005078 saylı Dövlət aktı verilmişdir. Ona məlum olmayan səbəbdən həmin Dövlət Aktında soyadı Hüseynova qeyd edilmşdir. Halbu ki, o, Hüseynov Elçin Məmili oğlu ilə ailə qurarkən soyadını dəyişməmişdir və soyadı “Ağayeva” olaraq qalmışdır. Bu barədə Vİ-JQ 327047 nömrəli nikah bağlanması haqqında şəhadətnamədə də qeyd edilmişdir. Dövlət Aktında soyadının “Hüseynova” kimi qeyd edilməsini yanlışlıq və ya texniki səhv hesab edir. 09 avquust 2013-cü ildə Bərdə rayon Polis Şöbəsindən ona verilmiş seriya AZE ******* saylı Azərbaycan Respuublikası vətəndaşının şəxsiyyət vəsiqəsində də onun adı, soyadı və ata adı Ağayeva Əsli Əli qızı kimi göstərilmişdr. O, Daşınmaz Əmlakın Reyestir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə yazılı ərizə ilə müraciət edərək, xahiş etmişdir ki, sözügedən dövlət aktında müvafiq düzəliş edilrək soyadı “Ağayeva” yazılsın. Beləliklə də həmin Dövlət Aktının ona məxsuus olması müəyyən edilsin. Lakin həmin idarə bundan imtina edərək, ona göndəridiyi 23 iyun 2021-ci il tarixli **********63 nömrəli cavab məktubu ilə bildirmişdir ki, sənədin vətəndaşa məxsus olması faktının təsdiq edilməsi və sənəddəki səhvlərin düzəldilməsi DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bu faktları məhkəmə müəyyən edir. Dövlət Aktında soyadının olduğu kimi yəni “Ağayeva” olaraq yazılması və sənədin ona məxsus olmasının təsdiq edilməsi ona, gələcəkdə torpaq sahəsindəki payı üzrə sərəncam vermək, o cümlədən də payını satmaq, bağışlamaq, icarəyə vermək və ya vəsiyyət etmək zərurəti yaranarsa hər hansı bir problemlə üzləşməsin. Dövlət Aktında soyadının “Hüseynova” kimi yazılması isə gələcəkdə ona problemlər yaranmasını qaçılmaz edir. Odur ki, bu problemi indidn həll etmək istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında baacısının soyadı səhvən Hüseynova yazılmışdır. Məhkəmə iclasında şahidlər Ağayev Behbud Polad oğlu və Ağazadə Lalə Elçin qızı şahid Ağayev Şahin Əli oğlunun ifadəsinə uyğun izahat verdi. Məhkəmə ərizəçi Ağayeva Əsli Əli qızının izahatını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur Ağayeva Əsli Əli qızı 10 noyabr 1971-ci ildə Ağdərə rayonunda doğulmuş, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 13475901 nömrəli şəxxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 oğlu 03 dekabr 1978-ci ildə Ağdərə rayonunda doğulmuşdur, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE18510849 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ağayev Behbud Polad oğlu 10 sentyabr 1968-ci ildə Ağdam rayounda doğulmuş, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 21 oktyabr 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan Vİ-JQ 327047 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Hüseynov Elçin Məmili oğlu ilə Ərizəçi Əli qızı arasında nikah 23 dekabr 1993-cü ildə 63 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan AZ-İ923068 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 28 maart 2018-ci ildə ölmüşdür. İş materiallarında olan JN-240 KOD 61005078 dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar islahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə X10 oğluna, Hüseynova Əsli Əli qızına, X13 qızına Bərdə rayonu Gərənə kəndində 1,05 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********63 nömrəli 23 iyun 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-240 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-240 KOD 61005078 saylı Dövlət aktının Ərizəçi qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- JN-240 KOD 61005078 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-240 KOD 61005078 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2365/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2365/2021
22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver