Məhkəmə qərarları › İş №2(021)-2370/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2370/2021

05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2370/2021 05.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün ona məxsus olması ” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün ona məxsus olması ” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizənin məhkəmə icraatına qəbul edilməsi yolverilməz olduğundan həmin ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi AN 172938 saylı torpaq sahəsinin planı və ölçüsünun ona məxsus olması faktının müəyyən olunmasını tələb etmiş, lakin torpaq sahəsinin planı və ölçüsü hüquqmüəyyənedici sənəd olmadığından hazırkı iddia ərizəsinə inzibati məhkəmə icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçi Ərizəçi maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün ona məxsus olması ” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və ərizəyə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra a l d ı : Ərizəçi Ərizəçi maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün ona məxsus olması ” barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar