Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-238/2025 08.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Miryusufli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Əlı̇ yeva Samı̇ rə Yaqub qızına, Kazımova Ramı̇ lə Yaqub qızına, Cavabdeh4, Əlı̇ yev Qüdrət Muxtar oğluna, Cavabdeh1na qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklar üzərində paylarının müəyyən edilməsi və paylarının naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Əlı̇ yeva Samı̇ rə Yaqub qızına, Kazımova Ramı̇ lə Yaqub qızına, Cavabdeh4, Əlı̇ yev Qüdrət Muxtar oğluna, Cavabdeh1na qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklar üzərində paylarının müəyyən edilməsi və paylarının naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 (İddiaçı1 nümayəndəsi) məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanaraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Əlı̇ yeva Samı̇ rə Yaqub qızına, Kazımova Ramı̇ lə Yaqub qızına, Cavabdeh4, Əlı̇ yev Qüdrət Muxtar oğluna, Cavabdeh1na məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. İddiaçılara iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüuquq izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Əlı̇ yeva Samı̇ rə Yaqub qızına, Kazımova Ramı̇ lə Yaqub qızına, Cavabdeh4, Əlı̇ yev Qüdrət Muxtar oğluna, Cavabdeh1na qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklar üzərində paylarının müəyyən edilməsi və paylarının naturada bölünməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. (qəbz №- **********, büdcə təsnifatının kodu ********). İddiaçılara iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-238/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-238/2025
08.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver