Məhkəmə qərarları › İş №2(021)-2383/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2383/2021

25.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2383/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, Bərdə regional “Asan xidmət” Mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna və üçüncü şəxs X17 oğluna qarşı 18 iyun 2019-cu il tarixli **********6 saylı və 18 iyun 2019-cu il tarixli ********** saylı çıxıraşın və onun əsasında verilmiş səndlərin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.25 ha pay torpaq sahəsi üçün 18 iyun 2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın və 0.20 pay torpaq sahəsi üçün ********** saylı çıxarışların və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə maraqlı şəxs Məmmədov Şaif Səfərəddin oğlu onun doğma əmisidir. Nənəsi Məmmədova Sevil Şəfi qızının adına Bərdə rayon Yeni Əyricə kəndində 0,45 ha pay torpaq sahəsi olubdur. Nənəsi 13 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Məhrum X21 Şəfi qızı rəhmətə getməmişdən qabaq 2006-cı ildə vəsiyyətnamə ilə ünvan 2 ünvanında yerləşən torpaq sahəsini və pay torpaq sahəsini kənd icra nümayəndəliyinin və aonşuların iştirakı ilə atası Məmmədov Faik Səfərəddin oğluna vəsiyyət etmişdir. Məhrum atası 31 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. Vəsiyyətnamə ilə Bərdə rayonu Yeni Əyricə kənd ünvanında yerləşən torpaq sahəsi və pay torpaq sahəsi mərhum atasına verilsə də həmin torpaq sahəsini atası və nənəsi vəfat etməmişdən öncə və hal-hazırda da artıq heçə illərdir ki, o, istifadə edir. İndi isə təxminən 1 həftədir ki, ona məlum olmuşdur ki, əmisi Şaiq Məmmədov onların məlumatı olmadan ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üçün 18 iyun 2019-cu il tarixdə ********** saylı çıxarış, 020 ha pay torpaq sahəsi üçün isə 18 iyun 2019-cu il tarixdə ********** saylı çıxarış almışdır. Vəsiyyətnamədə pay torpaq sahəsi atasına vəsiyyət edildiyi yazılsa da əmisi Şaiq Məmmədov onların xəbəri olmadan pay sözzünün üzərini qələmlə qaralamışdır. Həmin vəsiyyətnamə hər zaman nənəsinin evində dolabın içərisində olmuşdur. Vəsiyyətnamədə pay sözü qaralandığı üçün əmisi həmin 0,45 ha pay torpaq sahəsini öz adına saxta yolla sənədləşdirmişdir və qanunsuz yolla çıxarışlar almışdır. Həmin vəsiyyətnamə ekspertizaya göndərilərək, düzgün olduğu aydınlaşa bilər. Əmisi Məmmədov Şaiq Səfərəddin oğlu bu vaxta qədər pay torpaq sahəsindən bir qismini istifadə edirdi. O, isə pay torpaq sahəsindən 0.20 ha-nı əmisi olduğu üçün ona güvənərək pay torpaq sahəsindən çıxmasını istəməmişdir. Lakin əmisi onu aldadaraq saxta yolla həmin çıxarışları almışdır. Bunun üçündə ünvan 4 ünvanında yerləşən 0.25 ha pay torpaq sahəsi üçün 18 iyun 2019cu il tarixdə verilmiş ********** saylı çıxarışın və 0.20 ha pay torpaq sahəsi üçün 18 iyun 2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X9 iddianı qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə regional Asan Xidmət mərkəzində notariat kontoruna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin və Bərdə regional Asan Xidmət mərkəzində notariat kontorunun nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının və üçüncü şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 23 iyun 1990-cı ildə ünvan 3ində doğulmuşdur. ünvan 1ində yaşayır. Mülki işə əlavə edilmiş, ünvan 3 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 136 nömrəli, 05 fevral 2021-ci tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır. Mülki işə əlavə edilmiş XV JQ 273354 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1990-cı ildə doğulmuşdur, atası X10, anası X11r. İş materiallarına əlavə edilmiş 846079 nömrəli arayışdan müəyyən olunur ki, Məmmədova Sevil Səfi qızı 12 iyul 2017-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 615962 nömrəli arayışdan müəyyən olunur ki, X12 31 oktyabr 2013-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli, **********97 nömrəli məktubdan müəyyən olunur ki, Məmmədova Aygün Faik qızına pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək bildirilmişdir. İş materiallarında olan vəsiyyətnamənin surətindən müəyyən olunur ki, Məmmədova Sevil Səfi qızı özünə məxsus olan yaşayış evini, həyətyanı torpaq sahəsini, torpağını oğlu yeni Əyricə kəndində qeydiyyatda olan və ona qulluq edən X19 oğluna verir. Məhkəmə iddia ərizəsinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, X25 ölməzdən əvvəl, 24 mart 2006-cı il tarixdə vəsiyyətnamə qoyaraq ölən günədək özünə məxsus olan Bərdə rayonu, yeni Əyricə kəndində yerləşən yaşayış evini, həyətyanı sahəsini, torpağını oğlu X6 vəsiyyət etmişdir. Lakin vəsiyyət üzrə vərəsə olan X12 31 oktyabr 2013-cü ildə yəni, miras qoya şəxsdən qabaq öldüyündən hansısa miras əmlakdan söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1224-cü maddəsinə əsasən vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: - xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; - vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; - yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. Məhkəmədə həmçinin müəyyən edildi ki, X14 ölümündən sonra onun birinci növbə vərəsəsi olan övladı X12 anasından miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı İddiaçı atası X10 31 oktyabr 2013-cü il tarixdə ölmüş, ölməzdən əvvəl heç bir vəsiyyətnamə qoymamış və o öldüyü vaxt ona əmlakını vəsiyyət etmiş anası X7 olmuşdur. Məhkəmə xüsusilə vurğulayır ki, X10 vəfat edərkən anası X7 olduğundan miras əmlakı vəsiyyət üzrə qəbul etməmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır. Çünki iddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən 0.25 ha pay torpaq sahəsi üçün 18 iyun 2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın və 0.20 pay torpaq sahəsi üçün ********** saylı çıxarışların və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə iddiasında iddianın dəlillərini və əsaslarını sübut edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı nənəsi tərəfindən yazılmış olan vəsiyyətnaməni əsas tutsa da, əslində həmin vəsiyyətnamənin heç bir hüquqi qüvvəsi olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki mübahisə üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, Bərdə regional “Asan xidmət” Mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna və üçüncü şəxs X17 oğluna qarşı “18 iyun 2019-cu il tarixli **********6 saylı və 18 iyun 2019-cu il tarixli ********** saylı çıxıraşın və onun əsasında verilmiş səndlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar