Məhkəmə qərarları › İş №2(021)-2385/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2385/2023

17.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2385/2023 17.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “JN:358A KOD-61006018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və xx.xx.2019-cu il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış seriya RX ******* nömrəli çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış torpaq sahəsinin vərəsələr arasında bölünməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ünvan 1i ünvanındakı 0,22 ha torpaq sahəsinə verilmiş “JN:358A KOD-61006018” saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə verilmiş xx.xx.2019-cu il tarixli, 1********** nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış torpaq sahəsinin vərəsələr arasında bölünməsi” tələbinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısı X3 övladıdır. X1 2023cü ildə vəfat etmişdir. Anası vəfat etməmişdən öncə onun xüsusi mülkiyyətində ünvan 1ində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, 36.36 kv.m yaşayış sahəsi, 11.04 kv.m yardımçı sahəsi, 46.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi olmuşdur. X16 qeyd etdiyi fərdi yaşayış evini 25 mart 1993-cü il tarixli müqavilə ilə ona bağışlamışdır. O isə müqavilə əsasında ona verilmiş olan fərdi yaşayış evinə 713 saylı Qeydiyyat vəsiqəsi almışdır. Anası yaşayan günə qədər o anasıyla və ailə üzvləriylə birlikdə bir neçə ay Samux rayonunda, bir neçə ay isə Bərdə rayonunda evlərində qalmışlar. Davamlı anasında, daha sonra isə ona məxsus olan fərdi yaşayış evində anasıyla birlikdə qalmışlar. Anası vəfat etdikdən sonra o, ailə üzvləriylə birlikdə həmin evdə yaşamışdır. Lakin bir müddətdən sonra bacısı X8 və onun həyat yoldaşı X11 onu həmin evdə yaşamağa icazə vermədilər. Bununla bağlı Bərdə rayon Məhkəməsinə ailə üzvləriylə birlikdə həmin evə köçürülməyinə dair iddia ərizəsi ilə müraciət etmiş və Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ailə üzvləriylə birlikdə ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Həmin evə köçürülməyinə baxmayaraq yenə də bacısı və onun həyat yoldaşı onların həmin evdə yaşamaqlarına maneçilik törətmişdir. Yenidən Bərdə rayon Məhkəməsinə mülkiyyətində olan evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət etdi və iddia tələbi 2020-ci il tarixdə qismən təmin edilərək bacısı və onun həyat yoldaşı sadəcə ünvan 1ində yerləşən iki otaqlı, 36.36 kv.m yaşayış sahəsi, 11.04 kv.m yardımçı sahəsi, 46.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılmışdır. Anası vəfat edəndən sonra həmin fərdi yaşayış evindən istifadə etmiş və anasına məxsus olan əşyaları da miras olaraq qəbul etmişdir. Lakin hazırda hazırki iş üzrə cavabdeh bacısının oğlu Cavabdeh anası vəfat etdikdən sonra lazımi təşkilatlara müraciət etmiş və qanunsuz olaraq ünvan 1ində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini öz adına sənədləşdirərək JN:358A KOD- 61006018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə isə xx.xx.2019-cu il tarixli 1********** nömrəsi ilə qeydiyyata alınmış Seriya RX № ******* saylı çıxarış almışdır. Həmin çıxarışdan isə onun bütün məhkəmə proseslərindən sonra yeni məlumatı olmuşdur. Cavabdeh onun savadsızlığından sui istifadə edərək evi öz adına sənədləşdirmişdir. Anası vəfat etdikdən sonra o bilməmişdir ki, həmin ev üçün vərəsəlik şəhadətnaməsi alınmalı və həmin ev onun adına sənədləşdirilməlidir. O elə bilirdi ki, qeydiyyat vəsiqəsi ilə torpağın sənədi tam sənəddir. Cavabdeh onun bilməməyindən istifadə edərək qanunsuzluq etmişdir. İndi isə Cavabdeh qanunsuzluq edərək çıxarış aldığı evdən onu çıxartmaq istəyir. Onun isə həmin evdən başqa yaşamağa heç bir yaşayış yeri yoxdur. O, Samux rayonunda məcbur qaldığı üçün ailəsiylə birlikdə kirayədə yaşayır. Həmçinin onun əmisi fərdi yaşayış evində yaşamağa hüququ var və anasından qalmış fərdi yaşayış evi miras əmlak olaraq ona da verilməlidir. İndi isə Cavabdeh onun razılığı olmadan və ən önəmlisi onun xəbəri olmadan evi öz adına sənədləşdirməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda belə Bərdə rayon Əyricə kənd İnzibati ərazi Vahidi üzrə Nümayəndəliyinin Əyricə kəndinə dair 1995-2000-ci illər üzrə 5 saylı Təsərrüfat başına kitabın 354 saylı şəxsi hesabına əsasən X1nın ailə başçısı olduğunu, üzərində ailə üzvlərindən heç birinin olmadığı bilinmişdir. Bunun üçündə ünvan 1 ünvanındakı 0.22 ha torpaq sahəsinə verilmiş JN:358A KOD-61006018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinə verilmiş xx.xx.2019-cu il tarixli 1********** nömrəsi ilə qeydiyyata alınmış seriya RX No ******* saylı çıxarış və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsini istəyir. Həmçinin miras qalmış əmlakın vərəsələr arasında bölünməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Xanlar rayonu, Şəmşəddin kəndində anadan olmuşdur. Samux rayonu, Qarayeri qəsəbəsində yaşayır. Samux rayon İcra Hakimiyyəti Başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1511 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Samux rayonu, Qarayeri qəsəbəsində yaşayır və qeydiyyatdadır. 713 nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən yaşayış evi X5 məxsus olmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-158/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X8 və X10 qarşı “cavabdehlərin mülkiyyətində olan evdən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdeh X11 İddiaçı məxsus Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən iki otaqlı, 36.36 kv.m yaşayış sahəsi, 11.04 kv.m yardımçı sahəsi, 46.40 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılmış, iddiaçı Cavabdeh X9 və üçüncü şəxs İddiaçı qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 mart 2020-ci il tarixli 48/1 cavabdan görünür ki, Bərdə rayon Dövlət Arxivində 77 saylı fondda mühafizə olunan Əyricə İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin Əyricə kəndinə dair 1995-2000-ci illər üzrə 5 saylı Təsərrüfatbaşına kitabın 354 saylı şəxsi hesabına əsasən vətəndaş X4 ailə başçısı olduğu, üzərində ailə üzvlərindən heç birinin olmadığı və adına olan torpağın 0,22 olduğu qeyd olunub. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 713 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən İddiaçı məxsus evin 0.22 ha torpaq sahəsi üzrə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, 36.36 kv.m yaşayış sahəsi, 11.04 kv.m yardımçı sahəsi, 46.40 kv.m ümumi sahəsi var. İş materiallarında olan JN-358A, KOD: 61006018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş 0.22 ha fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Bərdə rayonu, Yeni Əyricə kənd sakini X7 və Cavabdeh mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən ümumi sahəsi 48,4 ha olan fərdi yaşayış evi Cavabdeh məxsusdur. Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-68/2-17342/23 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh yaşayış yeri üzrə Bərdə rayonu, Yeni Əyricə kəndində qeydiyyatdadır. Bərdə rayon Məhkəməsinin 22 oktyabr 2007-ci il tarixli 2-761/07 nömrəli qətnaməsinin surətindən görünür ki, X3 və qeyrilərinin cavabdeh İddiaçı qarşı “miras qalmış evə görə cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi, paylarına düşən hissəyə mülkiyyət hüququnun tanınmasına” dair iddia əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu, 0.40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ünvan 1 ünvanındaki 0,22 ha torpaq sahəsinə verilmiş “JN:358A KOD-61006018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinə verilmiş xx.xx.2019cu il tarixli, 1********** nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış torpaq sahəsinin vərəsələr arasında bölünməsi” tələbinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-in 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə görə miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Əqdlərin və sənədlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işdə çıxarışın etibarsızlığını ehtiva edən hər hansı hal mövcud deyil. Həmçinin, məhkəmə hesab edir ki, əqin, yəni hazırki işdə çıxarışın etibarsızlığı onun tərəfə məlum olduğu gündən 1 il ərzində mübahisələndirilə bilər. Bu müddət isə iş materiallarına əsasən iddiaçı tərəfindən ötürülmüşdür və həmin müddət kəsici müddət olduğundan artıq çıxarışın etibarsız hesab edilməsinə dair tələbin irəli sürülməsi müddəti keçmişdir. Eyni zamanda iddiaçı anasından mirası qalmış fərdi yaşayış evini qəbul və idarə etməmişdir və ya iddiasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, iş materiallarında yalnız bir arayış iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evində yaşadığını göstərir ki, bu hal digər mötəbər sübutlarla təsdiq edilmir. Bundan başqa işdə olan Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)- 158/2020 nömrəli qətnaməsində evin yerləşdiyi torpaq sahəsi ilə bağlı qeyd edilmişdir ki, Bərdə rayonunda yerləşən mübahisəli 0,22 ha torpaq sahəsi İddiaçı deyil, X7 vəfat etdikdən sonra Cavabdeh mülkiyyətindədir. Odur ki, İddiaçı həmin torpaq sahəsinin qanuni mülkiyyətçisi deyil. Beləliklə, artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə həmin hala qiymət verildiyindən məhkəmə hesab edir ki, təkrarən həmin hala qiymət verməyə zərurət yoxdur və torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi ilə birlikdə vahid mülkiyyət təşkil etdiyindən iddia təmin edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə qətnamələrindən də görünür ki, torpağın və onun üzərindəki yaşayış evinin cavabdehin adına keçməsi faktı hələ uzun illər bundan əvvəl iddiaçıya məlum olsa da iddiaçı həmin halı ayrıca və ya baxılan işlər zamanı qarşılıqlı iddia verməklə mübahisələndirməmişdir. Belə olan halda hazırki iddianın təmin edilməsi prosessual qənaət prinsipinə zidd olmaqla əvvəlki məhkəmə qətnamələrindəki müəyyən edilmiş halların dəyişməsinə səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı “JN:358A KOD- 61006018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və xx.xx.2019-cu il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış seriyaRX ******* nömrəli çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış torpaq sahəsinin vərəsələr arasında bölünməsi” tələbinə dаir iddiası təmin edilməməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “JN:358A KOD-61006018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və xx.xx.2019-cu il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış seriyaRX ******* nömrəli çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış torpaq sahəsinin vərəsələr arasında bölünməsi” tələbinə dаir iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar