Məhkəmə qərarları › İş №2(021)-2391/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2391/2023

17.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2391/2023 17.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Bərdə rayonu Kərimbəyli kəndində yaşayan İddiaçı “Çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsinin yerinin müəyyən edilərək bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” MMC-nin adına verilən 79,4351 ha torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi və 19 ha torpaq sahəsinin yerinin müəyyən edilərək Kərimbəyli kənd bələdiyyəsinin mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 150.1 və 150.1.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddia ərizəsindən görünür ki, iddia hüquqi şəxs Bərdə rayon Kərimbəyli Bələdiyyəsi tərəfindən deyil, fiziki şəxs İddiaçı tərəfindən qaldırılmış, iddia fiziki şəxs tərəfindən qaldırılmasına baxmayaraq iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi və ya dövlət rüsumunu ödəməkdən azad edilməsi haqqında sənədi əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin: 152.1 və 152.1.5-ci maddələrinə əsasən, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı “Çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsinin yerinin müəyyən edilərək bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı Cavabdeh qarşı “Çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsinin yerinin müəyyən edilərək bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar