Məhkəmə qərarları › İş №2(021)-2399/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2399/2022

24.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2399/2022 24.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X13 katibliyi, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* seriya ilə qeydə alınmış çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* seriya ilə qeydə alınmış çıxarışın onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, hazırda Bərdə rayonu, Əmirli kəndində yaşayırlar. Bərdə rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən onlara Bərdə rayonu, Əmirli kəndində 1,82 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarışda Ərizəçi1 münasibətdə soyad texniki səhv olaraq “Talıbova” kimi, Ərizəçi3 münasibətdə ad, soyad ata adı “X8” kimi, Ərizəçi2 münasibətdə ad “Gülarə” kimi qeyd edilmişdir. Bundan başqa Bərdə rayonu Əmirli kəndində onlara məxsus 0,27 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair çıxarışda Ərizəçi1 münasibətdə soyad texniki səhv olaraq “Talıbova” kimi, Ərizəçi3 münasibətdə ad, soyad ata adı “X8” kimi, Ərizəçi2 münasibətdə ad “Gülarə” kimi qeyd edilmişdir. Mülkiyyətlərində olan torpaq sahələrinə dair çıxarışlarda müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, həmin çıxarışlarda müvafiq düzəliş edilməsindən imtina edilmişdir. Sənədlərdə olan uyğunsuzluğu başqa cür həll edə bilmirlər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X25, X15 və X9 ifadə verərək göstərmişlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda Ərizəçi1 soyadı Talıbov olduğu halda texniki səhv olaraq “Talıbova” kimi, Ərizəçi3 adı, soyadı, ata adı Ərizəçi3 olduğu halda texniki səhv olaraq “X8” kimi, Ərizəçi2 ad Gülnarə olduğu halda texniki səhv olaraq “Gülarə” kimi qeyd edilmişdir. İş materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu İmirli kənd sakinləri X10, X2, X3 və X4 ümumi birgə mülkiyyətlərinə 0,27 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu İmirli kənd sakinləri X10, X3, X4 və X2 ümumi birgə mülkiyyətlərinə 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1987-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X20, ana qrafasında anası kimi X6 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1963-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X19, ana qrafasında anası kimi X16 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1973-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X19, ana qrafasında anası kimi X16 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, X20 ilə X6 arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Talıbova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 174 saylı 04 avqust 2022-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Bərdə rayon Dövlət Arxivində 161 saylı fondda mühafizə edilən Bərdə rayon Əmirli kənd inzibati ərazi dairəsinin Əmirli kəndinə aid 2006-2010-cu illər üzrə 5 saylı təsərrüfatbaşına kitabın 389 saylı şəxsi hesabına əsasən ailə başçısı X19-ata, oğlu-Ərizəçi1, qızı-Ərizəçi3, nəvə-Ərizəçi2 (ərə gedib), gəlin-həsənova Vəfa Etibar qızı, nəvə-X1, nəvə-X11 olduğu qeyd olunub. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 147 saylı 10 may 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Torpağa mülkiyyət hüququna dair ******* seriyalı çıxarışda səhvən X7, X8, X12 əslində Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 kimi oxunmalıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 148 saylı 10 may 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Torpağa mülkiyyət hüququna dair ******* seriyalı çıxarışda səhvən X8, X12, X7 əslində Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 kimi oxunmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin **********26 nömrəli 17 may 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 xx.xx.2017-ci il tarixli çıxarışlarda ad, soyad və ata adlarının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə müraciət etsədə çıxarışlarda düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın X14, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X10, X3, X4 və X2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın X14, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X10, X3, X4 və X2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın X14, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar