Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2401/2022 29.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X21 katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə rayon X20 01 avqust 1997-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayonu Bəcirəvan kəndində verilmiş 0.08 ha torpaq sahəsinə verilmiş JN- 185A KOD-61000028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara və mərhum X10 məxsus olması, X7 və X1 düzgün yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1997-ci il tarixli 09 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-185A KOD-61000028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında bir çox səhvlik baş vermişdir. Belə ki, həmin sənəddə texniki səhvlik edərək onun soyadını və adı qeyd olunmuş digər şəxsin soyadını səhv qeyd etmişlər. Belə ki, onun soyadı Əhmədova (Baratlı) Asiman Fəxrəddin qızı olduğu halda soyadını səhvən X4, soyadı X17 olduğu halda soyadını səhvən X5 qeyd edilib. X17 28 may 2007-ci il tarixdə vəfat etmişdir. Onun soyadının və adı olmuş digər şəxsin soyadının JN-185A KOD-610006028 saylı Dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Baratlı X16 mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçi Əhmədova (Baratlı) Asiman Fəxrəddin qızının soyadı texniki səhv olaraq X4, X2 texniki səhv olaraq X5 qeyd edildiyini, ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X22 və X23 göstərmişlər ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Əhmədova (Baratlı) Asiman Fəxrəddin qızının soyadı Əhmədova (Baratlı) olduğu halda texniki səhv olaraq “Qarayeva” kimi, X3 Baratlı olduğu halda texniki səhv olaraq “Qarayev” kimi qeyd edilmişdir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-185A KOD 61000028 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 09 saylı 01 avqust 1997-ci il tarixli qərarına əsasən Bərdə rayonu Bəcirəvan kənd sakinləri Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X9, Maraqlı şəxs4 mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan XVİ-ЖГ 261341 saylı 07 fevral 1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx xxxxxx 1992-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Maraqlı şəxs2, ana qrafasında anası kimi Maraqlı şəxs3 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X17 17 mart 1993-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Maraqlı şəxs2, ana qrafasında anası kimi Maraqlı şəxs3 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 28 iyul 2022-ci il tarixdə verilmiş nikah akt qeydindən çıxarışdan müəyyən olunur ki, X25 və X19 19 mart 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Əhmədova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 28 iyul 2022-ci il tarixdə verilmiş arayışlardan müəyyən olunur ki, X25 ilə Ərizəçi birgə nikahlarından 28 fevral 2008-ci ildə Cəmil, 09 aprel 2010-cu ildə Zəhra və 31 yanvar 2015-ci ildə Tuncay adlı uşaqları anadan olmuşdur. 28 fevral 2008-ci ildə anadan olmuş X14, 09 aprel 2010-cu ildə anadan olmuş X15 və 31 yanvar 2015-ci ildə anadan olmuş X12 ata qrafasında atası kimi X25, ana qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayonu Bəcirəvan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 16 iyul 2007-ci il tarixli AZ-İ 247376 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 28 may 2007-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 176 saylı 04 avqust 2022-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, rayon Dövlət Arxivində 159 saylı fondda mühafizə olunan Bərdə rayon Bəcirəvan kənd İnzibati Ərazi Vahidinin Bəcirəvan kəndi üzrə 2 saylı təsərrüfatbaşına kitabın 1996-2000-ci illərə dair 108 saylı şəxsi hesaba əsasən vətəndaş Maraqlı şəxs2 ailə başçısı olduğu: həyat yoldaşı- Maraqlı şəxs3, qızı- X19, oğlu- X17, qızı- Maraqlı şəxs4 olduğu, adına olan torpağın 0,08 ha olduğu qeyd olunub. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********86 nömrəli 01 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-185A saylı şəhadətnamədə soyadının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə çıxarışda düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-185A, KOD 61000028 saylı şəhadətnamənin Maraqlı şəxs2, Maraqlı şəxs3, Baratlı (Əhmədova) Asiman Fəxrəddin qızına, X10 və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X9, Maraqlı şəxs4 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-185A KOD 61000028 saylı şəhadətnamənin Maraqlı şəxs2, Maraqlı şəxs3, Baratlı (Əhmədova) Asiman Fəxrəddin qızına, X10 və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X9, Maraqlı şəxs4 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-185A KOD 61000028 saylı şəhadətnamənin Maraqlı şəxs2, Maraqlı şəxs3, Baratlı (Əhmədova) Asiman Fəxrəddin qızına, X10 və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2401/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2401/2022
29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver