Məhkəmə qərarları › İş №2(021)-2405/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2405/2022

21.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2405/2022 21.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) X7, cavabdeh yeni zamanda X4 qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə, mərhum X1ndan miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində paylarının bərabər müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhum X1na valideynlərindən vərəsəliklə keçmişdir və atalarının mülkiyyətində olmuşdur. Onlar həmin evdə doğulmuş və mərhum X1 analarından boşanan günədək, yəni 24.12.2**2-ci ilədək həmin evdə yaşamışlar. Valideynləri ayrıldıqdan sonra onlar analarının himayəsində yaşamışlar. Valideynləri ayrıldıqdan sonra ataları hazırki iş üzrə Cavabdeh1 ilə ailə qurmuş və onların birgə nikahından uşaqları olmamışdır. Sonradan Şəlalə adlı uşağı övladlığa götürmüşlər. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, qanun üzrə birinci növbə vərəsə kimi Bərdə regioanal “ASAN xidmət” mərkəzində notariat ofisinə onları qeydə alınması barədə müraciət etmişlər və oradan onlara bildirmişlər ki, vərəsəlik 6 aydan sonra verilir. xx.xx.2022-ci ildə Bərdə regioanal “ASAN xidmət” mərkəzində notariat ofisinə gələrək Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edərkən, onlara məlum olmuşdur ki, atasının ikinci arvadı Cavabdeh1 və övladlığa götürdüyü X11 vərəsə kimi özlərini qeydə aldıraraq xx.xx.2022-ci il tarixdə miras əmlakın 6/8 hissəsini qəbul etmələri barədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Bu barədə narazılıqlarını bildirdikdə onlara notarius demişdir ki, mübahisəli əmlak X8 mülkiyyətinə 16.10.2**7-ci il tarixdə keçdiyindən və həmin dövrdə ikinci arvadı ilə nikahda olduğundan miras əmlakın 4/8 hissəsi onundur, qalan 1/8 hissə isə yenə onun və onlar 3 uşağın arasında bölünmüşdür. Notariusa nə qədər bildirsələr də ki, həmin ev mərhum atalarının valideynlərindən miras qaldığından, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmir, ancaq haqlı tələblərinə məhəl qoymayıb onlara 1/8 hissədə Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Onu da qeyd edirlər ki, X11 yetkinlik yaşına çatmamışdır və hazırda anası Cavabdeh1 ilə birlikdə yaşayır. Atasının mülkiyyətində olan 1998-ci il buraxılışlı VAZ-21061 markalı avtomaşın həqiqətən ikinci arvadı ilə birgə nikah dövründə əldə edildiyindən həmin avtomaşın üzərində paylarının 1/8 hissəsi ilə razıdırlar. Ancaq fərdi yaşayış evi atalarına valideynlərindən miras qaldığından həmin əmlak üzərində payları bərabər hesab olunmaqla, hər birlərinə 1/4 hissə pay verilməlidir. Bir daha bildirirlər ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi atalarına öz valideyinlərindən miras qalmışdır. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) X15 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək xx.xx.2022-ci il tarixli 2-V230, 2V-232 və 2V-251 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə, mərhum X1ndan miras qalmış ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində paylarının bərabər müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) X15 iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda X4 qanuni nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 31 may 2**4-cü ildə X17 ilə evlənmiş, Bərdə şəhəri, Fizuli küçəsi 1-də yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Köçürüldüyü fərdi yaşayış evi X24un mülkiyyətində olmuşdur. Sonuncunun birinci arvadından iki uşağı olmuş, lakin onlar həmin evdə yaşamamışlar. X24 xx.xx.2021-ci ildə vəfat etmiş, ərinin ölümündən sonra evdə özü və qızı X11 yaşamışlar. İddiaçılar isə ümumiyyətlə həmin evdə yaşamamışlar. Ərinin ölümündən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etmiş və qızı Şəlalə İbrahimova ilə birlikdə vərəsə kimi qeydə alınmışlar. Bərdə şəhəri, Fizuli küçəsi 1-də yerləşən fərdi yaşayış evinə 5/8 hissə onun, 1/8 hissə qızı X4 mülkiyyət hüququ tanınmış, 2/8 hissə isə X8 mülkiyyətində saxlanılmışdır. Bərdə şəhəri, Fizuli küçəsi 1-də yerləşən fərdi yaşayış evində yaxşılaşdırma işləri aparmış, evi təmir etmişdir. Ona görə də hesab edir ki, iddiaçıların tələbləri əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçıların nümayəndəsi (vəkili) X6 və Cavabdeh1 oğlunun izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 sentyabr 2**7-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 24 may 2**3-cü ildə vəfat etmiş X9 vərəsəsi Bərdə şəhəri, Fizuli küçəsi 1-də yaşayan X12r. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə rayon Ərazi İdarəsinin 14.09.2**7-ci il tarixli 4030 saylı arayışına və 4**7 saylı vəsiqəsinə əsasən mərhum X13 məxsus ünvan 2 ünvanda, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi vardır. Ev 0,06 ha torpaq sahəsində yerləşir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH **05095 saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Füzuli küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 70 kv.m yaşayış, 107,1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə rayon VVADQ şöbəsi tərəfindən verilmiş 31 may 2**4-cü il tarixli AZ-İ 099976 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 və Cavabdeh1 31 may 2**4-cü ildə 292 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra qadına Həsənova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Yeni Əyricə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 26 iyun 2010-cu ildə verilmiş AZ-İİ 472687 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 14 oktyabr 2**9-cu ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X17, ana qrafasında anası kimi Cavabdeh1 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı2 xx xxxxxxx 1990-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X17, ana qrafasında anası kimi X3 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X16 xx xxxxxx 1988-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X17, ana qrafasında anası kimi X3 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X17 ilə X3 arasında olan nikah 24 dekabr 2**2-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X17 24 avqust 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 27 fevral 2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci ildə vəfat etmiş X2 qalmış arvadı Bərdə şəhəri, Fizuli küçəsi ev 1-də qeydiyyatda olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı-ƏMDKnin yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X10 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən; -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X10 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. -O cümlədən ölmüş ərin ümumi əmlakdan payı Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. -O cümlədən ölmüş ərin ümumi əmlakdan payı Bərdə şəhəri, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında olan 27 fevral 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci ildə vəfat etmiş X8 vərəsələri: arvadı Cavabdeh1 və qızı X11 miras əmlakdan 1/8 irs almışdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X10 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən; -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X10 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd: Miras əmlakın ½ hissəsinə dair xx.xx.2022-ci il tarixli 2V-230 saylı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. -Miras əmlakın 2/8 hissəsi açıq saxlanılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1822**6683 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, ünvan 3-də 0,0584 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 180,5 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə X4 və 2/8 hissədə X8 adına Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 07 mart 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci ildə vəfat etmiş X8 vərəsələri: oğlu İddiaçı2 və qızı İddiaçı1 miras əmlakdan 1/8 irs almışlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X10 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən; -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X10 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd: Miras əmlakın ½ hissəsinə dair xx.xx.2022-ci il tarixli 2V-229 saylı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. -Miras əmlakın 2/8 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X8 X3 ilə birgə nikahların doğulmuş övladları olmuş, sonuncular arasında olan nikah 24 dekabr 2**2-ci ildə pozulmuşdur. X17 31 may 2**4-cü ildə Cavabdeh1 ilə evlənmiş, birgə nikahlarından 14 oktyabr 2**9-cu ildə X11 adlı övladları doğulmuşdur. X17 24 avqust 2021ci ildə ölmüşdür. ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında X9 adına olmuş və 18 sentyabr 2**7-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 24 may 2**3-cü ildə vəfat etmiş X9 vərəsəsi Bərdə şəhəri, Fizuli küçəsi 1-də yaşayan X17 olduğundan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə rayon Ərazi İdarəsinin 14.09.2**7-ci il tarixli 4030 saylı arayışına və 4**7 saylı vəsiqəsinə əsasən mərhum X13 məxsus ünvan 2 ünvanda, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi qanun üzrə vərəsəlik hüququ əsasında X8 adına keçmişdir və sonuncunun adına Seriya MH **05095 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak olmamış, X8 adına qanun üzrə vərəsəlik hüququ əsasında keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Bu Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə görə mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Bu Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndində qeyd edilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə göstərilən maddələrin tələblərinə əsasən hesab edir ki, X5 miras qalmış, ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmadığından, həmin əmlak üzərində 4 nəfər vərəsənin bərabər pay hüququ vardır. Ona görə də Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2-V230, 2V-232 və 2V-251 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, mərhum X5 miras qalmış, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində payları bərabər müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH **05095 saylı çıxarışa əsasən X8 mülkiyyətində olmuş, Bərdə şəhəri, Füzuli küçəsi 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 70 kv.m yaşayış, 107.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1, 1\4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə X4 vərəsəlik hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar