Məhkəmə qərarları › İş №2(021)-241/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-241/2024

25.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-241/2024 25.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi), maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X3nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X3 isə 15 avqust 1986-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Anadan olduğu andan əqli qüsurlu olduğu müəyyən edilmişdir. Bununla bağlı 5 yaşından 2-ci qrup əlillik müəyyən edilərək pensiya təyin edilmişdir. 05 iyul 2023-cü ildə yenidən qiymətləndirmə aparılmış və ona "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu". İQ-22 diaqonuzu qoyulmuşdur. Bununla da, qızına “1-ci dərəcəli", "müddətsiz əlillik təyin edilmiş və orqanizmin funksiyalarının 90% pozulduğu və tam əmək qabiliyyətsiz" olduğu göstərilmişdir. Qızına 1-ci dərəcəli əlillik təyin edildiyi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu il tarixli, 294 nörməli "Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Qərarı və bu qərar əsasında təqaüdün ödənilməsi Qaydalarının 1.2-ci bəndinə görə, "Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. Təqaüd verilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna müraciət edilmişdir. Qurum, həmin qaydaların 2.2.3-cü bəndini əsas tutmaqla təqaüdün verilməsindən imtina etmişdir. Həmin bənddə qeyd edilir ki, "məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti". Yəni, onun qızının həm əmək qabiliyyətsiz, həm də əqli geriliyinin olması səbəbindən yalnız məhkəmə qaydasında qızının fəaliyyət qabiliyyəsizliyi təsdiq edildikdən sonra həmin təqaüdü ala bilər. Bundan başqa 05 iyul 2023-cü tarixli qiymətləndirmə qərarı ilə Bərdə Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edib qızına qəyyum olaraq təyin edilməsini istəsə də, İcra Hakimiyyəti 07 avqust 2023-cü il tarixli 3/584 nömrəli məktubu ilə yalnız məhkəmə tərəfindən qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsindən sonra qəyyum təyin edəcəklərini bildirmişlər. Yuxarıda qeyd etdiklərindən sonra hesab edir ki, övladı X6 məhkəmə qaydasında fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 Ərizəçi X3nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi oğlu 25 avqust 1958-ci ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olmuşdur, Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X6 15 avqust 1986-cı Bərdə rayonu Yeni Əyricə kəndində anadan olmuşdur, Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatdadır. 02 sentyabr 1986-cı il tarixli Xİ-ЖГ 369211 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 avqust 1986-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X7, “ana” qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. 05 sentyabr 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının müəyyən edilməsinə” dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Səhiyyə İdarəsinin Ruhi-Əsəb Xəstəxanasının ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli 749 saylı rəyindən görünür ki, 15 avqust 1986-cı ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olmuş X6 “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və daun sindromu ilə XBT-10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. -X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və daun sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərinə nəzarət etmək iqtidarında deyildir. O, fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər. Bərdə Rayon İcra Hakimiyyəti Başçısı aparatının 07 avqust 2023-cü il tarixli 3/584 nömrəli məktubundan görünür ki, Ərizəçi X3nın qəyyumluğa verilməsi ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti Başçısı aparatına müraciət etmiş, sonuncuya övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 320.1-ci maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 320.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olundu ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Azərbaycan Respublikasının MPM-nin: 321.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi X3nın fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçinin məhkəməyə ərizə verilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233-234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi, maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçi 15 avqust 1986-cı ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar