Məhkəmə qərarları › İş №2(021)-2414/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2414/2021

10.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2414/2021 10.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X28 oğlunun, Ərizəçi iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-114 A və JN -114B olan şəhadətnamələrin X16, X2, Ərizəçi Nurəddin oğluna, X25 qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandımışdır ki, Bərdə Rayon Aqrar islahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən onlara- X16 (vəfat etmişdir), X2 (vəfat etmişdir), Ərizəçi Nurəddin oğluna, X25 qızına Bərdə rayonu Güloğlular kəndində 0.72 ha və 0.40 ha həyətyanı torpaq sahəsi verilmişdir, həmin torpaq sahələrinə torpağın mülkiyyətə verilməsinə dair JN-114 A saylı və JN-114 B olan şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə X13 adı səhvən Nürəddin kimi, Talıbova Sonaxanım Məmməd qızınnın adı səhvən “ Sona”, soyadı isə səhvən “Məhəmməd kimi , Ərizəçi oğlunun ata adı səhvən “Nürəddin “ kimi qeyd edilmişdir. Məhz bu səbəbdən qeyd edilən torpaq üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirsələrdə, sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN -114 A saylı və JN 114 B saylı şəhadətnamələrin onlara X16 (vəfat etmişdir), X2 (vəfat etmişdir), Ərizəçi oğluna, X23 qızına məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacları var. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid X26 oğlu izahatında göstərdi ki, ərizəçi onun qardaşıdır, mülkiyyətlərinə verilmiş torpaq sahəsinin şəhadətnaməsində adlar səhv yazılmışdır. Məhkəmə iclasında şahid X8 şahid X9 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair J-114A və JN-114B saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarına əsasən Bərdə rayonu Güloğlular kənd sakinləri X14 (vəfat etmişdir), X10 (vəfat etmişdir), Ərizəçi Nürəddin oğlunun, X3 mülkiyyətinə 0,72 ha və 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 12 avqust 1974-cü ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 05829644 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məhərrəmova Səadət Nürəddin qızı 12 iyul 1971-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarında olan 20 may 2021-ci il tarixliŞ 605-05/69 nömrəli arayışdan müəyyən olunur ki, 12 iyul 1971-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, atası Talıbov Nürəddin Əli oğlu, anası Talıbova Sonaxanım Mamed qızıdır. İş materiallarında olan 17 may 2021-ci il tarixli, 583-05/69 nömrəli arayışdan müəyyən olunur ki, Talıbova Sonaxanın Məmməd qızı 10 noyabr 2017-ci ildə Bərdə rayonu, Güloğlular kəndində ölmüşdür. İş materiallarında olan 17 may 2021-ci il tarixli, 584-05/69 nömrəli arayışdan müəyyən olunur ki, Talıbov Nurəddin Əli oğlu 10 dekabr 2002-ci ildə Bərdə rayonu, Güloğlular kəndində ölmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********8 nömrəli 25 iyun 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi oğlu JN 114A və JN 114 B saylı şəhadətnamədə yol verilmiş səhvliklərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN 114 A və JN 114 B saylı şəhadətnamənin X16 (vəfat etmişdir), X2 (vəfat etmişdir), Ərizəçi Nurəddin oğluna, X23 qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X14 (vəfat etmişdir), X10 (vəfat etmişdir), Ərizəçi Nürəddin oğlunun, X23 qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN 114 A və JN 114 B saylı şəhadətnamənin X16 (vəfat etmişdir), X2 (vəfat etmişdir), Ərizəçi Nurəddin oğluna, X5 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X14 (vəfat etmişdir), X10 (vəfat etmişdir), Ərizəçi Nürəddin oğlunun, X23 qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN 114 A və JN 114 B saylı şəhadətnamənin X16 (vəfat etmişdir), X2 (vəfat etmişdir), Ərizəçi Nurəddin oğluna, X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar