Məhkəmə qərarları › İş №2(021)-2414/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2414/2022

16.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2414/2022 16.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və vəkili X1, Üçüncü şəxs Cavabdeh2, Üçüncü şəxs X3 qanuni nümyəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və üçüncü şəxs Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində Cavabdeh2 X5 Bərdə şəhəri, Füzuli küçəsi 6/40 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-450 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs atası Cavabdeh2, mərhumə X6 isə anasıdır. Ailədə iki övlad, o və bacısı Xədicə Muradova olmuşlar. Hər ikisi Bərdə şəhəri, ünvan 1 ünvanda doğulmuşlar. Anası Cavabdeh2 xx.xx.2021-ci ildə xəstəlikdən ölmüşdür. Bacısı Xədicə isə öz ailəsi, yəni əri və iki övladı ilə eyni küçədə yerləşən başqa özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Atası Azik əsəbi və nevroz olduğuna və başı səs küy götürmədiyinə görə o uşaqları atasını narahat etməsinlər deyə ailəsini götürüb kirayəyə çıxmışdır. 2021-ci ildə anası dünyasını dəyişəndən sonra atasının ona qarşı münasibəti qəfil pisləşərək dəyişmişdir. Atası yaşadığı həmin evi bacısı Xədicənin qızı Gülərin adına qeyd etdirmək niyyətinə düşmüş, ondan ötəri Bərdə regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə getmişdir. Lakin, ’’ASAN xidmət’in notariat ofisində qeydiyyatda olan şəxslərin siyahısına baxan zaman onun adıının bağışlamaq istədikləri evdə qeydiyyatda olması məlum olmuşdur. Məlum olduğu kimi daşınmaz əmlakın bağışlama müqaviləsinin təsdiqi üçün zəruri olan tələblərdən biri də, yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşma çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Buna görə də, Bərdə rayon”ASAN xidmət” mərkəzində notariatı haqlı olaraq atası Azikin evi bacısı qızina bağışlamasından imtina etmişdir. Bundan sonra atası Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı Gəncə İnzibatı Məhkəməsinə müraciət edərək fərdi yaşayış evinin bağışlama müqaviləsinin bağlanmasının cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Məhz atası Cavabdeh2 tərəfindən Gəncə İnzibati Məhkəməsinə yazılmış iddia ərizəsində də, qeyd olunur ki, Bərdə şəhəri, Füzuli küçəsi ev 6/40-da qeydiyyatda olan onun razılığı olmadığından bağışlama müqaviləsi üzrə notariat hərəkətlərinin aparımasından imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsində məhkəmə prosesində işə baxan hakim ondan fikrini soruşmuş, o da cavab olaraq etiraz edərək cavab vermişdir. Onun etirazından sonra hakim onların iddiasını təmin etməmişdir. Bu isə onu təsdiq edir ki, o məhz həmin ünvanda qeydiyyatda olmuşdur. Atası özüdə bunu təsdiq etmişdir. Lakin “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı belə iddia olduğu təqdirdə necə ola bilər ki, qısa müddət keçməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsini təsdiq etmişdir. Beləliklə evin 30 ildən çox müddətdir ki, ünvanı Bərdə şəhəri, ünvan 2ngə 6 ev 40 etmişlər. Atası ünvanı dəyişməklə onu qanuni əsaslarla qeydiyyatda olduğu ünvandan hansı yolla çıxarması hələdə müəmmalı qalır. Həmçinin Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş 1822**7589 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, ünvan 3 ünvanlı ev X3 adına qeyd olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində Cavabdeh2 X5 Bərdə şəhəri, Füzuli küçəsi 6/40 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair xx.xx.2022-ci il tarixli, 4Ə-450 nömrəli bağışlama müqaviləsinin, həmin müqavilənin əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2414/2022 saylı qərarı ilə X8 mülki iş üzrə 3-cü şəxs kimi cəlb edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2414/2022 saylı qərarı ilə Qanuni nümayəndə 3-cü şəxs X3 qanuni nümayəndəsi kimi tanınmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili vəkili X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, ev onun mülkiyyətindədir, iddiaçının hər hansı bir hüququ yoxdur ki, bağışlama müqaviləsini etibarsız hesab etsin. Məhkəmə iclasında üçüncü şəxs X3 qanuni nümyəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi ev 40-da qeydiyyatdadır. Mülki işə əlavə edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1955-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur, 24 fevral 2022-ci il tarixdən Bərdə şəhəri, ünvan 3-da qeydiyyatdadır. Mülki işə əlavə edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Bərdə rayonunda anadan olmuşdur, 08 noyabr 2**3-cü il tarixdən Bərdə şəhəri, Füzuli küçəsi ev 40-da qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2278 saylı 21 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, Füzuli küçəsi ev 40-da yaşayır, qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 18 mart 1991-ci il tarixli Qeydiyyat vəsiqəsi surətindən görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi 6/40 ünvanda yerləşən, iki otaqlı, 67,3 kv.m yaşayış, 37,17 kv.m köməkçi, 104,47 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ əsasında bütünlüklə Cavabdeh2 adına qeydə alınmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 30 avqust 1984cü il tarixli İİİ-ЖГ 389961 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X2 30 avqust 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Muradova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş 12 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi surətindən görünür ki, Bərdə şəhəri, ünvan 3 ünvanda yaşayan Cavabdeh2 Bərdə şəhəri, ünvan 4i sahəsi 104,47 kv.m, yaşayış sahəsi 67,3 kv.m, yardımçı sahəsi 37,17 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini Qanuni nümayəndə (X8 əvəzinə) bağışlamışdır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli 1822**7589 qeydiyyat nömrəli çıxarış surətindən görünür ki, Bərdə şəhəri, ünvan 3-da yerləşən, ümumi sahəsi 116,5 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3, fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsi isə tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Mülki işə əlavə edilmiş 17 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 1** (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı üçüncü şəxs Cavabdeh2 oğludur. Üçüncü şəxs Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Füzuli küçəsi ünvanında yerləşən mənzili nəvəsi X5 bağışlamışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, həmin mənzildə pasport qeydiyyatındadır. Onun razılığı olmadan həmin əmlakı bağışlanılması qanunsuzdur. Məhkəmə əvvəl olaraq onu qeyd edir ki, iddiaçı iddiaya cavab verməli olan şəxsin düzgün müəyyən etməmişdir. Belə ki, iddia ərizəsi üzrə cavabdeh notariat ofisi kimi irəli sürülmüşdür. Məhkəmə iclasında dəfələrlə məhkəmə iddiaçıya və onun vəkilinə cavabdeh qismində Cavabdeh2 cavabdeh qismində işə cəlb olunması üçün ərizə vermələrini təklif etsə də nə iddiaçı, nədəki, onun vəkili məhkəməyə belə bir ərizə təqdim etməmişdirlər. Belə olan halda notariat ofisi müstəqil olaraq iddia tələbinə cavab verməli olan hüquqi şəxs statusunu daşıya bilməz. O ki, qaldı iddia tələbinin əqdin və bununla bağlı çıxarışın etibarsızlığı hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlanma müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.2.-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.3.-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi mübahisəli bağışlama müqaviləsi tərəflərin könüllü razılığı və dövlət norariat kontorunda bağlanmışdır. Müqavilə bağlandığı andan X3 həmin yaşayış evi üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh2 ilə X8 arasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 12 mart 2022-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat kontorunda həmin tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanarkən X8 üzərinə heç bir öhdəlik götürməmişdir. Bu hal onu göstərir ki, bağışlama əqd tərəflərin iradəsinə uyğun qaydada bağlanmış və bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat kontorunda bağlanmış 12 mart 2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlandığından ləğv edilə bilməz. Məhkəmə həmçinin iddiaçının sözügedən mənzildə qeydiyyatda olması ilə bağlı aşağıdakıları bildirir. Əvvəla iddiaçının qeydiyyatı onunla bağlı olmuşdur ki, o bir övlad kimi həmin mənzildə yaşamış, ona görə də valideyinlərinin yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bu o deməkdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir Hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası KM Plenumunun24 sentyabr 2020-ci il tarixli Qərarı) Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və üçüncü şəxslər X5 və Cavabdeh2 qarşı qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar