Məhkəmə qərarları › İş №2(021)-242/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-242/2022

31.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-242/2022 31.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atası Rüstəmov Müstəcəb Rüstəm oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 29 may 1963-cü ildə Bərdə şəhərində anadan olmuşdur. 16 iyul 2020-ci ildən Bərdə şəhər Polikilinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır. Baş-beyin üzvi xəstəliyi nəticəsində əmələ gələn kəskin nəzərəçarpan şəxsiyyət davranış pozuntusu diaqnozu qoyulmuşdur. Uzun illərdir ki, Müstəcəb Rüstəmov onun himayəsində yaşayır. O, saxlayır və bütün ehtiyaclarını ödəyir. Rüstəmov və hərəkətlərini idarə edə bilmir, daimi yardıma və nəzarətə ehtiyacı vardır. Bu səbbədən də onun fəaliyyət qabliyyətsizliyi məhkəmə qaydasında müəyyə Ərizəçi X9 ərizə ilə müraciət edərək himayəsində iki azyaşlı övladı və xəstə atası olduğunu və onları evdə nəzarətsiz qoyub məhkəmə iclasında bilmədiyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Müstəcəb qızı 22 may 1993-cü ildə anadan olmuşdur. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 29 may 1963-cü ildə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs Başçısının Bərdə rayonu, Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1044 nömrəli, 08 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Camal qızı Bərdə rayonu, Güloğlular kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs Başçısının Bərdə rayonu, Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1045 nömrəli, 08 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Camal qızının ailə üzvüləri - 1963-cü il təvəllüdlü atası X15 oğlu, övladları 2010-cu il təvəllüdlü X14 və 2015-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Bərdə şəhər X5 şəxsi tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli, 708 nömrəli arayışından müəyyən olunur ki, X15 oğlu Bərdə şəhər poliklinikasının ruhi- əsəb kabinetində 16 iyul 2020-ci ildən baş beyinin üzvi xəstəliyi nəticəsində əmələ gələn kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışın surətindən müəyyən olunur ki, 29 may 1963-cü il təvəllüdlü X2 üzrə 30 iyun 2021-ci il tarixdə daxil olmuş, 29 iyul 2021-ci il tarixdə çıxmışdır. İş materiallarında olan X24 dispanseri tərəfindən verilmiş 364 nömrəli, 30 iyul 2021-ci il tarixli rəyin surətindən müəyyən olunur ki, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatda olan 29 may 1963-cü il təvəllüdlü Rüstəmov Müstəcəb Rüstəm oğlu 30 iyul 2021-ci il tarixdə Dispanserdə şöbə müdiri X19 tərəfindən müayinə olunub, baş beyinin üzvi xəstəliyi nəticəsində əmələ gələn kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu ilə F07.8 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 342790 saylı sentyabr 2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Rüstəmov Müstəcəb Rüstəm oğlu ilə X12 11 fevral 2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 342789 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X12 arasında nikah 11 fevral 2020-ci il tarixdə pozulmuşdur. İş materiallaında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, XVİİ JQ 325081 nömrəli arayışdan müəyyən olunur ki, Rüstəmov Rüfanə Müstəcəb qızı xx xxx 1993-cü ildə anadan olmuşdur, atası X8, anası Rüstəmova Şəfiqə Hüseyn qızıdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1637/2021 saylı 20 may 2021-ci il tarixli qərardadına əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Disopanseri tərəfindən verilmiş 778 saylı 20 dekabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Rüstəmov Müstəcəb Rüstəm oğlu baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F 07.8 xəstəliyi keçidriyindən öz hərəkətlərinin mənasını tam anlayıb tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Rüstəmov Müstəcəb Rüstəm oğlu hal-hazırda fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticyə gəlməsinə X4 2020-ci ildən Bərdə şəhər poliklinikasında “Baş- beyinin üzvi xəstəliyi nəticəsində əmələ gələn kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu ilə qeydiyyata götürülməsi, həmin diaqnozla X24 Dispanserində stasionar müalicədə olması. (Bərdə şəhər poliklinikasından verilmiş 13 sentyabr 2021-ci il tarixli 708 saylı arayış, Ağdam Ruhi Əsəb Dispanserindən verilmiş çıxarış, 30 iyul 2021-ci il tarixli 364 saylı arayış), hazırkı ekspertiza zamanı onda davranış, təfəkkür, yaddaş və emosiya pozuntularının aşkar edilməsi (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, müayinə zamanı verilən suallara heç bir reaksiya verməməsi, narahat və gərin olması və. s) və davranışının mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi Rüstəm qızının atası X4 fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi Rüstəm qızının X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi Rüstəm qızının atası X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar