Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2438/2021 10.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X41 oğlunun, Ərizəçi X16 iştirakları ilə, Ərizəçi X1 məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər X25 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair KOD 6100000** JN *** A saylı şəhadətnamənin ona Miriyev Nemət Səfər oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Miriyev Namət Səfər oğlu ərizəsini onunla əsasldnrımışdır ki, onun adına verilmiş Torpağa mülkiyyətə verilməsinə dair KOD 6100000** JN *** A saylı şəhadətnamədə adı X23 əvəzinə yanlış olaraq X24 yazılmışdır. Sənəddə olan hərf səhvinə görə torpağını sata bilmir, adında olan səhfin aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsə də, nöqsanların aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Daha sonra ərizəçi Miriyev Namət Səfər oğlu məhkəməyə ərizə verərək, qeyd etdiyi Torpağa mülkiyyətə verilməsinə dair KOD 6100000** JN *** A saylı şəhadətnamədə yanlış olaraq adının Nemət yazılmaqla, övladlarının da ata adının Nemət yazılmasını qeyd edərək, həmin şəhadətnamədə adının Namət qeyd edilməklə, övladlarının da ada adının Namət qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid X17 izahatında göstərdi ki, ərizəçi onun qohumudur, mülkiyyətlərinə verilmiş torpaq sahəsinin şəhadətnaməsində ad səhv yazılmışdır. Ərizəçinin əsl adı Namətdir. Məhkəmə iclasında şahid X20 və Cəmilova Sənubər Hüseyn qızı şahid X3 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 6100000** JN *** A saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli, 205 saylı qərarına əsasən Bərdə rayonu Yeünidaşkənd kənd sakinləri Mirzəyev Nemət Səfər oğlunun, X2, X6, X7, X4, X8 mülkiyyətinə 0,29 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 23 avqust 1956-cı ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 14259106 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X21 04 mart 1979-cu ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X31 qızı 08 may 1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE 17189503 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X46 qızı 15 iyun 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi 1-li Zeytun Sov A/Y-ünvanda qeydiyyatdadır. İş materiallarında olan AZE 15741845 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X22 06 iyul 1989-cu ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur, Bakı şəhəri, Xətai rayonu, 641 saylı hərbi hissədə qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli 340 saylı arayışdan görünür ki, Ərizəçi Səfər oğlu ilə Torpağa mülkiyyət hüququna dair KOD 6100000** JN *** A saylı şəhadətnamədə yazılmış Mirzəyev Nemət Səfər oğlu ilə eyni şəxsdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********94 nömrəli 21 iyun 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair KOD 6100000** JN *** A saylı şəhadətnamənin Ərizəçi Səfər oğluna, X5, X13, X14, X9, X15 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Mirzəyev Nemət Səfər oğlunun, X2, X6, X7, X4, X8 adına verilmiş Torpağa mülkiyyət hüququna dair KOD 6100000** JN *** A saylı şəhadətnamənin Ərizəçi Səfər oğluna, X5, X13, X14, X9, X15 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X12, X2, X6, X7, X4, X8 adına verilmiş Torpağa mülkiyyət hüququna dair KOD 6100000** JN *** A saylı şəhadətnamənin Ərizəçi Səfər oğluna, X5, X13, X14, X9 və X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2438/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2438/2021
10.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver