Məhkəmə qərarları › İş №2(021)-2444/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2444/2024

31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2444/2024 31.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X25 iclas kаtibliyi, iddiaçıların vəkili X26 və Cavabdeh3 iştirakları ilə, İddiаçılar İddiaçı1, Həsənova (Mustafayeva) Məlahət Araz qızının, Zeynalova (Mustafayeva) Səidə Araz qızının və Əliyeva (Mustafayeva) Aysel Araz qızının cavabdehlər İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxslər X60 Xidmət Mərkəzində Notariat Ofisi, X18 və X35 qarşı “xx.xx.2016-cı il tarixli, 2V-461 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, mirasın onun tərəfindən qəbul edilməsi və miras qalmış əmlakdan payların müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1, Həsənova (Mustafayeva) Məlahət Araz qızı, Zeynalova (Mustafayeva) Səidə Araz qızı və Əliyeva (Mustafayeva) Aysel Araz qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs X60 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X27 və X11 qanunsuz olaraq almış olduğu xx.xx.2016-cı il tarixli, 2V-461 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, mirasın onun tərəfindən qəbul edilməsi və miras qalmış Bərdə rayon Lənbəran kəndində yerləşən 24.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin və Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu uk tarixli 01 saylı qərarı ilə verilmiş olan JN-700 KOD 61000048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 6,89 ha pay torpaq sahəsindən payların müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, o, yəni İddiaçı1 X28 ilə 2000-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını isə 23 noyabr 2005-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşayış dövründə isə 3 övladları anadan olmuşdur. Həyat yoldaşı X28 yıxılaraq boynunun sınması nəticəsində 28 noyabr 2005-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra o azyaşlı övladları ilə birlikdə Araz Mustafayevin xüsusi mülkiyyətində olan Bərdə rayon Lənbəran kəndində yerləşən 24.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evində yaşamışlar. Evli olan zaman da orada yaşamışlar. Həyat yoldaşı vəfat etdikdən sonra övladları və onunla birlikdə qalan şəxslərdən qaynX10 və qaynX5 olmuşdur. Onlar da iddiaçılarla birlikdə həmin evdə vəfat edən günə kimi yaşamışlar. X27 02 iyun 2022-ci ildə, X20 isə 19 oktyabr 2022-ci ildə vəfat etmişlər. Qaynatası və qaynanası vəfat etdikdən sonra bir müddət övladlarının şəxsi həyatlarına başları qarışdığı üçün evin rəsmi sənədləşməsi üçün heç nə etməmişlər. Lakin, təxminən 10 gün öncə yaşadıqları Bərdə rayon, Lənbəran kəndində yerləşən 24.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin və Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə verilmiş olan JN-700 KOD 61000048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 6,89 ha torpaq sahəsini öz adına sənədləşdirmək istədiyi üçün ASAN Xidmət Mərkəzinin notariat ofisinə müraciət etdiyi zaman mərhum qaynatası və mərhumə qaynanasının onlardan xəbərsiz, heç kimə məlumat vermədən ASAN Xidmət mərkəzinə müraciət edərək hər ikisinin adına saxta yolla xx.xx.2016-cı il tarixli 2V-461 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını bilmişdir. Belə ki, sənədlərdə olan vərəsəlik hüququ haqqında arayışda mərhum həyat yoldaşının vərəsələrinin sadəcə X27 və X20 olduğunu qeyd ediblər. Halbuki, qeyd etdiyi yaşayış evində o, övladları ilə birlikdə yaşamış, pay torpaq sahəsindən onlar da istifadə etmişlər. Buna görə vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və payların müəyyənləşdirilməsini istəyir. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2444/2024 saylı qərardadı ilə X18 və X45 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçıların vəkili X46 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh3 iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə iddiaçılara və digər cavabdehlərə, habelə üçüncü şəxslər X60 Xidmət Mərkəzində Notariat Ofisinə, X18 və X35 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar, digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gələn şəxsləri dinləyib, iş materiallarını toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1975-ci ildə Bərdə rayonunda doğulmuşdur. Bərdə rayon, Lənbəran kəndində yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2005-ci ildə doğulmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.2001-ci ildə doğulmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2003-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 may 2024cü il tarixli 205905 saylı çıxarışdan görünür ki, X28 ilə X13 arasında 23 noyabr 2005-ci ildə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra kişiyə Mustafayev, qadına isə Mustafayeva soyadları verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X21 xx.xx.2005-ci ildə Bərdə rayonunda doğulmuşdur. X9, anası İddiaçı1dır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X29 xx.xx.2003-cü ildə Bərdə rayonunda doğulmuşdur. X9, anası İddiaçı1dır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X30 xx.xx.2001-ci ildə Bərdə rayonunda doğulmuşdur. X9, anası İddiaçı1dır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X27 xx.xx.2022-ci ildə Bərdə rayonunda insulitdən asılı şəkər səbəbindən vəfat etmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X20 xx.xx.2022-ci ildə Bərdə rayonunda dəqiqləşdirilməmiş kəskin infarkt səbəbindən vəfat etmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X28 xx.xx.2005-ci ildə Bərdə rayonunda boyunun sınması səbəbindən vəfat etmişdir. X60 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 22 aprel 2024cü il tarixli məktubdan görünür ki, 28 noyabr 2005-ci ildə vəfat etmiş əri X14 miras qalmış əmlaka dair Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, vərəsələrə verilmiş şəhadətnamənin mübahisələndirilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. X60 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən vəkil Xanım İsayevaya ünvanlanmış 15 may 2024-cü il tarixli məktubdan görünür ki, Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisində X19 vəfatından sonra irs qalmış miras əmlaka dair verilmiş 17 avqust 2016-cı il tarixli 2V-461 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun rəsmiləşdirilməsi ilə əlaqədar olmuş sənədlərin surəti aidiyyatı üzrə göndərilmişdir. İşdə olan Bərdə rayon İHB-nın Lənbəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 370 saylı və 369 saylı arayışlardan görünür ki, AR DTAK BDTİ və MHQİ-si tərəfindən verilmiş 2-900 nömrəli reyestr kitabında yazılmış 900 nömrəli qeydiyyat vəsiqəsi olan evdə X7 aşağıdakı ailə üzvləri ilə birlikdə yaşamışdır və vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: H.y. İddiaçı1 qızı İddiaçı4 qızı İddiaçı3 qızı İddiaçı2 X10-xx.xx.2022-ci ildə vəfat etmişdir X5-xx.xx.2022-ci ildə vəfat etmişdir. İşdə olan Bərdə rayon İHB-nın Lənbəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 368 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayon, Lənbəran kəndində qeydiyyatdadır. AR DTAK BDTİ və MHQİ-si tərəfindən verilmiş 900 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bərdə rayon Lənbəran kəndində 1 otaqdan ibarət 24.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi X28 adına qeydə alınmış və 2-900 nömrə ilə reyestr kitabına yazılmışdır. İşdə olan X60 Xidmət Mərkəzində Notariat Ofisinin notariusuna ünvanlanmış X27 və X11 etibarnamə üzrə nümayəndəsi X31 tərəfindən ünvanlanmış ərizələrin surətlərindən görünür ki, 28 noyabr 2005-ci ildə vəfat etmiş X19 vərəsələri valideynləri X27 və X15r, X14 miras qalmış əmlak isə Bərdə rayonu, Lənbəran kəndində yerləşən torpaq sahəsindən ibarətdir. İşdə olan Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 26 avqust 2016-cı il tarixli arayışın və JN-700 KOD 61000048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə X27, X22, Cavabdeh2, X28, Cavabdeh3, X18, X23, X32 ümumi birgə mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndində 6,89 ha torpaq sahəsi verilmişdir. İşdə olan 05 iyun 1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 01 may 1974-cü ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuşdur. X10, X5dır. İşdə olan X60 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X39 tərəfindən verilmiş 27 avqust 2016-cı il tarixli 2V-461 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə ölmüş X19 vərəsələri X27 və X15r və onlar JN 700 KOD 61000048 saylı dövlət aktına əsasən Bərdə rayonu, Lənbəran kəndində yerləşən ümumi sahəsi 6,89 ha olan torpaq sahəsinin X24 məxsus olan hissəsindən ½ hissədə pay almalıdır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh4 xx.xx.1972-ci ildə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 xx.xx.1982-ci ildə doğulmuşdur. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1978-ci ildə Bərdə rayonunda doğulmuşdur. Bərdə rayonu, Lənbəran kəndində yaşayır. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1970-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X4 ailə üzvləri və qanun üzrə birinci növbəli vərəsələri iddiaçılar olan arvadı İddiaçı1, övladları Həsənova (Mustafayeva) Məlahət Araz qızı, Zeynalova (Mustafayeva) Səidə Araz qızı, Əliyeva (Mustafayeva) Aysel Araz qızı, mərhum X10 və mərhumə X5 olmuşdur. X6 və mərhumə X11 vərəsələri isə övladları X28, Cavabdeh3, Cavabdeh2, İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızı və Cavabdeh4 olmuşdur. AR DTAK BDTİ və MHQİ-si tərəfindən verilmiş 900 saylı qeydiyyat vəsiqəsinə əsasən Bərdə rayon Lənbəran kəndində 1 otaqdan ibarət 24.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi X7 adına bütünlüklə qeydə alınmışdır və ondan miras qalmışdır. İşdə olan Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 26 avqust 2016-cı il tarixli arayışa və JN-700 KOD 61000048 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 6,89 ha torpaq sahəsi X27, X22, Cavabdeh2, X45, X28, Cavabdeh3, X18, X12 ümumi birgə mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, dövlət aktında adları qeyd edilmiş şəxslərdən X22 mərhumə X20, X23 isə İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızıdır. Torpağa mülkiyyət hüququna dair dövlət aktından göründüyü kimi vərəsələrdən başqa orada X45 və X18 da vardır. X7 23 noyabr 2005-ci ildə, X6 02 iyun 2022-ci ildə, X20 isə 19 oktyabr 2022-ci ildə, yəni övladları Arazdan sonra vəfat etmişlər. X4 vəfatından sonra miras qalmış Bərdə rayon Lənbəran kəndində olan mərhumun adına olan fərdi yaşayış evində iddiaçılar İddiaçı1, övladları Həsənova (Mustafayeva) Məlahət Araz qızı, Zeynalova (Mustafayeva) Səidə Araz qızı, Əliyeva (Mustafayeva) Aysel Araz qızı, valideynləri X6 və mərhumə X20 vəfat edən günədək yaşamışlar. Lakin, 27 avqust 2016-cı il tarixli 2V-461 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə xx.xx.2005-ci il tarixdə vəfat etmiş X19 vərəsələri qismində yalnız X27 və X20 göstərilmişdir. Halbuki, həmin vaxt iddiaçılar mərhum Araz Mustafayevdən miras qalmış fərdi yaşayış evində digər mərhumlarla birlikdə yaşayırdılar, həmin əmlakdan sahiblik və istifadə edirdilər. Lakin, naməlum səbəbdən onlar gizlədilmiş, vərəsələr sırasından kənarda saxlanılmış və bu haqda notariat ofisinə məlumat verilmədiyindən hazırki iş üzrə iddiaçıların qanunla müəyyən olunmuş vərəsəlik hüquqları pozulmuşdur və onlar miras əmlakdan hər hansı bir miras payı əldə etməmişlər. Miras əmlakda vərəsələrin pay almaq hüququ ilə bağlı xüsusi müddətlər qanunvericilikdən çıxarıldığından və vərəsələrin miras payı əldə etmək hüququ xüsusi müddətdən asılı olmadığından və qanunla qorunduğundan, həmçinin hazırki iş üzrə iddiaçılar qanun üzrə birinci növbə vərəsə olmaqla irsi transmissiya qaydasında mərhumlar Fərrux Mustafayev və Məlahət X1 çatacaq miras payından da vərəsəlik qaydasında miras əldə etmək hüququna malik olduqlarından iddia təmin edilməli, X6 və mərhumə X11 əldə etdiyi xx.xx.2016-cı il tarixli, 2V-461 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş bütün sənədlər (hüquqi nəticələr) etibarsız hesab edilməli, miras əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi müəyyən edilməli və mərhum X2 miras qalmış Bərdə rayon Lənbəran kəndində yerləşən 24.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evində və Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə verilmiş olan JN-700 KOD 61000048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 6,89 ha pay torpaq sahəsindən vərəsələrin miras payları müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, pay hüququ üzrə mərhum X2 miras qalmış Bərdə rayon Lənbəran kəndində yerləşən 24.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 hər birinin 4/24 hissədə pay, geri qalan X4 vərəsəsi olan valideynləri X6 və mərhumə X11 hər birinin 4/24 hissədə olan payları isə onların vərəsələri arasında bölünməklə həmin paylara Cavabdeh3, Cavabdeh2, İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızı, Cavabdeh4 hər birinin 1/24 hissədə miras (vərəsəlik) payları tanınmalıdır (müəyyənləşdirilməlidir). Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə verilmiş olan JN-700 KOD 61000048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 6,89 ha pay torpaq sahəsindən isə sağ olan birgə mülkiyyətçilər Cavabdeh2, X45, Cavabdeh3, X18, İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızının hər birinin 8/64 hissədə payları tanınmalı, geri qalan payçılar olan X6, X28 və mərhumə X16 payları isə onların qanun üzrə vərəsələri arasında bölünməklə İddiaçı1, Həsənova (Mustafayeva) Məlahət Araz qızının, Zeynalova (Mustafayeva) Səidə Araz qızının, Əliyeva (Mustafayeva) Aysel Araz qızının, İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 hər birinin 1/64 hissədə miras (vərəsəlik) payları tanınmalıdır (müəyyənləşdirilməlidir). AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X14 miras qalmış əmlaka dair X6 və mərhumə X11 əldə etdikləri xx.xx.2016-cı il tarixli, 2V-461 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş bütün sənədlər (hüquqi nəticələr) etibarsız hesab edilsin, miras əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi müəyyən edilsin və mərhum X2 miras qalmış Bərdə rayon Lənbəran kəndində yerləşən 24.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evində və Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə verilmiş olan JN-700 KOD 61000048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 6,89 ha pay torpaq sahəsindən miras payları müəyyənləşdirilsin. X3 miras qalmış Bərdə rayon Lənbəran kəndində yerləşən 24.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 hər birinin 4/24 pay, geri qalan X4 vərəsəsi olan valideynləri X6 və mərhumə X11 hər birinin 4/24 hissədə olan payları isə onların vərəsələri arasında bölünməklə Cavabdeh3, Cavabdeh2, İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızı, Adıgözəlova (Mustafayeva) Dilarə Fərrux qızının hər birinin 1/24 hissədə miras payları; JN-700 KOD 61000048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə verilmiş olan 6,89 ha pay torpaq sahəsindən sağ qalan birgə mülkiyyətçilər Cavabdeh2, X45, Cavabdeh3, X18, İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızının hər birinin 8/64 hissədə payları tanınsın, geri qalan payçılar olan X6, X28 və mərhumə X16 8/64 hissədə payları isə vərəsələr arasında bölünməklə həmin paylara İddiaçı1, Həsənova (Mustafayeva) Məlahət Araz qızının, Zeynalova (Mustafayeva) Səidə Araz qızının, Əliyeva (Mustafayeva) Aysel Araz qızının, İsmayılova (Mustafayeva) Qönçə Fərrux qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 hər birinin 1/64 hissədə miras (vərəsəlik) payları tanınsın (müəyyənləşdirilsin). (Hazırki qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və payların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır) İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar