Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2447/2024 01.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, Ərizəçi maraqlı şəxs Bərdə rayon Mərkəzi Xəstəxanasına qarşı “Ambulator xəstənin fərdi vərəqsinin qardaşına məxsus olması faktının təsdiq edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi, Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, X2 Bərdə rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatına alınmasına dair sənədlərin həqiqətəndə X3 məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi, Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə X2 Bərdə rayon X1 şöbəsinin ruhi-əsəb kobinetində dispanser qeydiyyatına alınmasına dair sənədlərin həqiqətəndə X3 məxsus olması faktının təsdiq edilməsinə dair iddia tələbi - rayon məhkəməsinin səlahiyyətinə aid deyil. Belə ki, şəxsin ruhi-əsəb kobinetində dispanser qeydiyyatına alınması Səhiyyə Nazirliyi və onun regional qurumları olan Mərkəzi rayon Xəstəxanalarının Poliklinika şöbələrinin səlahiyyətinə aiddir və həmin məsələ səlahiyyətli orqanın funskiyalarından irəli gəldiyindən mülki xarakterli məsələ deyil və bu iddiaya mülki iddia icraatı qaydasında baxıla bilməz. Sözügedən sənəd hüquqmüəyyənedici sənəd deyildir. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Qərarının 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM) 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd edilənlərlə bağlı ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçinin nümayəndəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Mərkəzi Xəstəxanasına qarşı “Ambulator xəstənin fərdi vərəqsinin qardaşına məxsus olması faktının təsdiq edilməsi”nə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin, ərizə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2447/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2447/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver