Məhkəmə qərarları › İş №2(021)-2455/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2455/2025

16.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2455/2025 16.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Bank Respublika ASC-nin “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsini nəzərdən keçirib, məhkəmə Müəyyənetdim: Bank Respublika ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən “icra haqqında” qanunun 20.1.2-ci maddəsinə əsasən tərəflər arasnda bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş və məhkəməyə ünvanlanmışdır. Belə ki, barışıq sazişinin təsdiqi tələbinə hal-hazırki ərizə Bərdə rayon məhkəməsinin icraatında olmaqla eyni mübahisəyə dair baxılan tələb çərçivəsində verilməlidir. Eyni zamanda bildirilir ki, hal-hazırki ərizə qiymətləndirilməyən iddia tələbinə dair dövlət rüsumu ödənilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən Bank Respublika ASCnin “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdim: Bank Respublika ASC-nin “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar