Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-246/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “X3” qarşı “cərimə məbləğinin azaldılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 4017.60 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Gəncə küçəsi ünvanında fərdi yaşayış evi var. Uşaqları Bakı şəhərində oxuduqları üçün orda yaşayırlar, o, da uşaqların yanında onlarla qalır. Ona görə də yaşayış evini kirayəyə veribdir. 2021-ci ilin oktyabr ayında “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin əməkdaşları həmin evə gələrək sayğaca baxış keçirib, sayğacı dəyişərək smart tipli sayğac quraşdırmışlar. 25 dekabr 2021-ci ildə Bərdə şəhər İcra hakimiyyəti yaxınlığında otelin tikintisində işləyən Turqut və Tacir adlı şəxslər müvəqqəti qalması üçün onlara iş yerlərinə yaxın olan evini 120 manata kirayəyə vermişdir. “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin əməkdaşları baxış keçirən zaman rezin boru vasitəsi ilə qazdan qanunsuz olaraq istifadə edildiyi aşkar olunmuşdur. Ona görə də 33480 kub.m təbii qazın dəyəri olan 4017.60 manat hesabat aprılaraq abonentdən ödənilməsi barədə 25 fevral 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. İstifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəmiş, onların yaşadığı müddətdə kirayə haqqı vermədən də çıxıb getmişlər. Az müddət ərzində qanunsuz olaraq qazdan istifadə etmişlər. Ona məxsus evdə iran peçi və bir ədəd piltə olmuşdur. Buna baxmayaraq aktda qeyd edilmişdir ki, guya ona məxsus evdə əlavə olaraq dörd gözlü pilətə olmuşdur. Az müddətdə qazın dəyəri düzgün hesablanmamış, ona 4017.60 manat cərimə yazılmışdır. Onların qazdan qanunsuz istifadə etmələrindən xəbəri olmamışdır. Onların işlətdikləri qaz 33480 kub.m ola bilməz. Bir ay 24 gün ərzində 4017.60 manat məbləğində əsassız olaraq cərimə borcu yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X2” nümayəndəsi X9 iddianı qəbul etməyərək izahatında göstərdi ki, “X2” mütəxəssisləri tərəfindən Bərdə şəhəri, Gəncə küçəsi ev 21-də yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zamanı sayğacdan kənar əlavə xəttdən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və çəkilişlər aparılmışdır, qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X8nın pozulması haqqında” akt tərtib edilmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2917 nömrəli, 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan “Təbii X8nın pozulması haqqında” ******* nömrəli 25 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla ünvan 3 ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğaca baxış keçirilməsi, baxış keçirilən zamanı abonentin sayğacdan kənar qaz xəttinə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar olunaraq aktlaşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00210 İddiaçı qalıq və aktlar üzrə borcu 4017.60 manat təşkil edir. İş materiallarında olan cavabdeh “X2” nümayəndəsi X9 tərəfindən verilmiş etirazda göstərilmişdir ki, İddiaçı Bərdə rayon Məhkəməsində qaldırdığı iddiaya görə 4017.60 manat əsassız hesablanmış borcun silinməsi tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Çünki, iddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X8”nın tələblərinə əməl etmək) və “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xəttlə qaz xəttinə qoşularaq təbii qazdan istifadə edərək təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qaz xəttinə əlavə xətt qoşaraq iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X8n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 33480 m3 “Azəriqaz” İstehsalat Birliyinə ziyan dəymişdir (aktlar işə əlavə edilir). İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4017.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır (dəymiş ziyanın hesablanması barədə qərar işə əlavə edilir). “Azəriqaz” İB-nin işçiləri tərəfindən fərdi evə baxış zamanı çəkilmiş fotolarda qaz cihazlarının bir başa qaz xəttinə qoşulması açıq aydın görünür və video çəklişdə əlavə xəttin birbaşa fərdi evin xəttinə qoşulması müəyyən olunmuşdur.(video çəkliş əlavə olunur) Tərəflər arasında imzalanmış 08 oktyabr 2012-ci il tarixli, 8483 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14 mart 2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X8nın pozulması hallarında qanunsuz istifadə edilmiş qazın dəyərinin bərpasının hesablanası qayydalarına əsasən müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyini etiraf etmişdir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 9/2857 nömrəli ekspert rəyində göstərilmişdir ki, X6 tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evdə təbii qazdan istifadə nəticəsində tələb edilən 4017.60 manat məbləğin düzgünlüyünü tərtib edilmiş abonentin salidosu məlumatlarının doğru olub- olmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X8nın təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hüquq pozuntusuna yol verdiyi halı öz izahatında, məhkəməyə verdiyi iddia ərizəsində və cavabdehin təqdim etdiyi diskdə öz əksini tapmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, İddiaçı iddia tələbini sübut edə bilməmiş, əksinə həqiqətən sayğacdan kənar xətt qoşaraq qazdan qanunsuz istifadə edtdiyini etiraf etmişdir. Həmçinin məhkəmə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iddiaçı olan abonentin saldosundan müəyyən olunur ki, abonent mütəmadi olaraq 2010-cu il tarixdən 2020-ci ilə qədər qaz sərfiyyatına görə 2010-cu il üçün 70,40 manat, 2011-ci il üçün 220,10 manat, 2012-ci il üçün 174 manat, 2013-cü il üçün 221 manat, 2014-cü il üçün 210 manat, 2015-ci il üçün 373,60 manat, 2016-cı il üçün 724,60 manat, 017-ci il üçün 775 manat, 2018-ci il üçün 810 manat, 2019-cu il üçün 1565,40 manat ödəniş etdiyi halda, abonentin 2020ci ildə ümumiyyətlə ödəniş etməməsi, 2021-ci il üçün 7,50 manat ödəniş etməsi onun iki il ərzində sayğacdan kənar qanunsuz qaz sərf elədiyinə dəlalət edən haldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı cavabdeh “X3” qarşı “cərimə məbləğinin azaldılaraq silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-246/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-246/2023
26.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver