Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2465/2022 14.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X18 katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxslər X6, X7 və X16 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək JN-093 A, KOD 61003038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan Ərizəçi1 Məhsun qızının ata adının “Ərizəçi1” kimi, X11 adının isə “Ərizəçi2” kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 oğlu və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə onlara Bərdə rayonu, Qəhrəmanlı kəndində ümumilikdə 0.08 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN 093A, KOD 61003038 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Sözügedən şəhadətnamədə Ərizəçi1 ata adı yanlış olaraq “Ərizəçi1 Məhsun qızı” kimi, Ərizəçi2 adı yanlış olaraq “X21” kimi qeyd olunmuşdur. Onlara məxsus bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqələrində, ad, soyad və ata adları düzgün və müvafiq olaraq “Ərizəçi1 və Ərizəçi2” kimi qeyd olunmuşdur. Bərdə rayon Həsənqaya kənd İcra Nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 377 və 378 saylı arayışlardan göründüyü kimi, JN 093A, KOD 61003038 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları səhv yazılan Ərizəçi1 ilə Ərizəçi1 Məhsun qızı o, cümlədən Ərizəçi2 ilə X21 eyni şəxslərdir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə onlara verilmiş JN 093A, KOD 61003038 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələr də, sözügedən qurumdan xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir ki, məhkəməyə müraciət etməlidirlər. Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə olan addakı uyğunsuzluğu başqa cür aradan qaldıra bilmirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında maraqlı şəxslər X13, X14 və X3 rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən onlara 0,08 ha həyətyanı torpaq sahəsi verildiyini, bu barədə JN-093A, KOD 61003038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aldıqlarını, lakin qeyd olunan şəhadətnamədə Ərizəçi1 ata adı texniki səhv olaraq Ərizəçi1 Məhsun qızı, Ərizəçi2 adı isə texniki səhv olaraq X2 qeyd edildiyini qeyd edərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, maraqlı şəxsləri və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X22 və X23 ifadə verərək göstərmişlər ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 ata adı Məhsul olduğu halda texniki səhv olaraq “Məhsun” kimi, Ərizəçi2 adı Tural olduğu halda texniki səhv olaraq “Turan” kimi qeyd edilmişdir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-093A KOD 61003038 saylı şəhadətnamədən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən Bərdə rayonu Qəhrəmanlı kənd sakinləri X4, Ərizəçi1 Məhsun qızının, X11, X5 və X15 mülkiyyətlərinə 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 28 sentyabr 1990-cı il tarixli İİ-HK 262167 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 və X8 28 sentyabr 1990-cı ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Babayeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Həsənqaya kənd icra nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 1993-cü il tarixli XVİİİ-ЖГ 326701 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxxx 1993-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X13, ana qrafasında anası kimi Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan İ-ИЕ 639266 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 28 avqust 1958-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Fərəcov Məhsul, ana qrafasında anası kimi X12 qeyd edilmişdir. İş materiallarında olan 07 oktyabr 1992-ci il tarixli İİ-HK 418489 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 11 iyun 1992-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X13, ana qrafasında anası kimi Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan 08 yanvar 2001-ci il tarixli AZ-İ 045315 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 11 dekabr 2000-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X13, ana qrafasında anası kimi Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan АЗ 908819 saylı 15 iyul 1973-cü il tarixli səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 rayonu Saatlı kənd orta məktəbində oxumuş və 1973-cü ildə səkkizinci sinfi bitirmişdir. İş materiallarında olan БТ 593978 saylı 30 avqust 1980-cı il tarixli diplom surətindən müəyyən olunur ki, X8 1977-ci ildə X19 texnikomuna daxil olmuş və 1980-cı ildə aqranom ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan A 734217 saylı 02 iyul 2008-ci il tarixli əsas təhsil haqqında şəhadətnamə surətindən müəyyən olunur ki, 1993-cü ildə anadan olmuş Ərizəçi2 Bərdə rayon R.Orucov adına Saatlı kənd orta məktəbində oxumuş və 2008-ci ildə əsas təhsilini bitirmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 377 saylı 08 iyun 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi2 adı JN-093A KOD 61003038 nömrəli torpaq aktında X21 yazılmışdır. Tural və Turan eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 378 saylı 08 iyun 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi1 ata adı JN-093A KOD 61003038 nömrəli torpaq aktında Ərizəçi1 Məhsun qızı yazılmışdır. Ərizəçi1 və Ərizəçi1 Məhsun qızı eyni şəxsdir. İş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin **********44 nömrəli 06 iyun 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, X13 JN-093A saylı şəhadətnamədə düzəliş edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə müraciət etsədə şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-093A KOD 61003038 saylı şəhadətnamənin X9, Ərizəçi1, Ərizəçi2, X10 və X20 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X4, Ərizəçi1 Məhsun qızının, X11, X5 və X15 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X9, Ərizəçi1, Ərizəçi2, X10 və X20 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4, Ərizəçi1 Məhsun qızının, X11, X5 və X15 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X9, Ərizəçi1, Ərizəçi2, X10 və X20 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2465/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2465/2022
14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver