Məhkəmə qərarları › İş №2(021)-2466/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2466/2022

04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2466/2022 04.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-120A KOD-61003028 saylı Şəhadətnamədə olan X13 və X14 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi və mərhum X10 məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışlardır ki, ailə üzvlərinə Bərdə rayon Aqrar İslahat komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən 0.08 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə JN-120A KOD-61003028 saylı Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun adı, ata adı və soyadı yanlış olaraq X13 və mərhum ərinin ata adı X4 qeyd olunmuşdur. Mərhum əri xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1947-ci ildə Kəlbəcər rayon Zülfüqarlı kəndində anadan olmuşdur. Bərdə rayon Saatlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 411 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Saatlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş İ-ЖГ № 369565 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə Ərizəçi arasında xx.xx.1976-cı il tarixdə Yevlax şəhər VVAQ Şöbəsində 18 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Vİİİ-ЖГ № 395432 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1982-ci il tarizdə anadan olmuşdur. X3, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli №83-05\69 nömrəli Arayışdan görünür ki, X15 xx.xx.2017-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-120A KOD- 61003028 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi Bərdə rayon Saatlı kənd sakinləri X5, X2, X6, X7 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair JN-120A saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-120A KOD-61003028 saylı Şəhadətnamədə yanlışlıq olaraq mülkiyyətçilər- Ərizəçi soyadı və cinsi “X13”, X8 ata adı “X14” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-120A KOD-61003028 saylı Şəhadətnamədəki – X13 və X14 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi və mərhum X10 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-120A KOD-61003028 saylı X1 və X14 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi və mərhum X10 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-120A KOD-61003028 saylı Şəhadətnamədə qeyd olunmuş X13 və X14 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi və mərhum X10 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar