Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-248/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Abdullayev Fərman Firidun oğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçı X7 iştirakı ilə , İddiaçı X7 cavabdeh X2rşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X10 cavabdeh X2rşı “cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əsassız olaraq yazılmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X10 iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə Belarusiyada yaşayırlar. Bakı şəhərində şəxsi evləri var. Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 1 saylı bina ev 53 mərhum qaynatası X11 onlara miras qalmışdır. Həyat yoldaşı Belarusiya vətəndaşı olmaqla hazırda orada yaşayır. Onlar Bərdə şəhərində mərhum qaynatası Səfi Alıyevdən miras qalmış evə gəlib baxış keçirərəkən qapıda qaz idarəsi tərəfindən borclu olmaqlarına dair yazılan qəbz görmüşdürlər. Həmin evdə mərhum qaynatası və qaynanası rəhmətə getdikdən sonra heç kim yaşamamış ev heç kəsə kirayə verilməmişdir. Həmin borc mərhum qaynatası X15 adına gəlmişdir. O, qaynatası və qaynanası rəhmətə getdikdən sonra sayğacın götürülməsini qaz idarəsi əməkdaşlarına bildirməsinə baxmayaraq həmin sayğac uzun illərdir istifadəsiz olaraq evdə qalmışdır. X18 adına akt tərtib edilərək 3110.4 manat cərimə olunmuşdur. Onlar sayğacdan kənar xətt çəkməmiş və istifadə etməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı X10 iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdeh X8 tərəfindən mərhum qaynatası X15 adına qanunsuz yazılmış aktın etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X10 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi X12 məhkəməyə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbi təmin edilməməli, əksinə tərəflərindən verilmiş etiraz ərizəsi isə təmin edilməlidir. Çünki, İddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və "X9"nın tələblərinə əməl etmək) və "X9"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanuns uz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xəttdən istifadə edərək təbii qazı talamışdır. İddiaçı iddia etdiyi mənzilin qaz təsərrüfatı Ağayev Şəfinin adına rəsimləşdirilmiş "Azəriqaz” X6 X16 İdarəsinin Bərdə Xidmət Sahəsinin abonenti olmaqla **********00530 nömrəli hesabla qeydiyyatdadır. Ağayev Şəfinin **********00530 saylı qaz hesabında 3110.40 (üç min bir yüz on manat, qırx qəpik) manat 13 mart 2024-cü il tarixli, ******* nömrəli təbii X9nın pozulması ilə bağlı tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir. Belə ki, "Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən Bərdə rayonu C.Məmmmədquluzadə küçəsi 1 saylı bina ev 53-ə mənzilə quraşdırılmış G-4 markalı **********3 nömrəli qaz sayğacına xx.xx.2024-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar qaz şəbəkəsinə 15 mm-lik metal boru ilə əlavə xəttə qoşularaq yeraltı apararaq mənzilin evin qaz xəttinə birləşdirərək qeyri-qanuni istifadə etmişdir. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktı abonentin iştirakı ilə Birliyin işçiləri tərəfindən "Təbii X9n pozulması haqqında" akt tərtib edilərək təsdiq edilmişdir. İddiaçı öz mənzlindən başqa qoşusunda iki əlavə mənzilinində əlavə xəttə qoşularaq istifadə etdiyi aşkar olunmuşdur. Tərəflər arasında bağlanılmış "Qaz-paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən "X9"na 2 saylı əlavə olan "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və "X9"nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, "X9"nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar "Azəriqaz” İstehsalat Birliyinin əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinin icrasının təmin edilməsi məqsədilə iddiaçı X7 Cavabdehnə qarşı əsassız borcun silinməsinə dair tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №179747785 nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, X10 xx.xx.1967-ci ildə Ağdam rayon Başqərvənd kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə şəhər İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 şəhər C.Məmmədquluzadə küçəsi ev 83 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №5145488 saylı xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Abonent kodu: **********00530 olan abonent Şəfi Ağayevin adına olan qaz sayğacı TRQİS-nin qəza nəzarəti Şöbəsinin məktubuna əsasən növbədən kənar dövlət yoxlamasına göndərilmişdir. Mülki işə əlavə edilmiş abonentin saldosundan görünür ki, Abonent kodu: **********00530 olan abonent Şəfi Ağayevin adına olan ünvan 3 ünvanında yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2024-cü ilin mart ayında 3110,40 manat cərimə borc yazılmışdır. Mülki işə əlavə edilmiş AZ-İ №179162 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 08.01.206-cı il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, Nurəddin Alıyev mülkiyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0618 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır. X8 tərəfindən təqdim edilən video diskə baxış keçirilməsi zamanı müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən evə baxış zamanı müəyyən edilmişdir ki, evdə kombi işləməsinə baxmayaraq sayğac təbii qazdan istifadəni qeydə almır, həmçinin yerin qazılması zamanı müəyyən edildi ki, sayğacdan kənar torpağın altı ilə dəmir boru vasitəsilə evə qaz xətti çəkilmişdir. Həmin çəkliş zamanı iddiaçının evdə olması və yoxlamanın şahidi olması müəyyən olunur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cərimənin silinməsini tələb etsə də, hazırkı yaranmış məbləğ cərimə deyil, məhz kənar qaz xəttindən istifadə nəticəsində yaranmış borc məbləğdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X9” na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndinə əsasən İstehlakçının vəzifələri: 2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək; 2.3.2. bu Müqavilənin və “X9”nın tələblərinə əməl etmək; 2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək; 2.3.4. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək; 2.3.5. baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün qaz paylayıcısının nümayəndəsini və ya nümayəndələrini xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq; 2.3.5-1. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq; 2.3.6. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq; 2.3.7. “X9”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X10 oğlunun cavabdeh “X5” qarşı “qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X7 cavabdeh X2rşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-248/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-248/2025
23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver