Məhkəmə qərarları › İş №2(021)-2500/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2500/2021

18.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2500/2021 18.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21 oğlunun, Ərizəçi Əhliyyət qızının iştirakları ilə, Ərizəçi Əhliyyət qızının sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Əhliyyət qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə hüququna dair KOD 610060** JN *** saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Əhliyyət qızı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayon Aqrar islahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə onlara Bərdə rayonu, yeni Əyricə kəndində yerləşən 3.17 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-400 KOD-61006018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. JN -400 KOD-61006018 saylı dövlət aktında onun soyadı, adı və ata adında səhvlik baş vermişdir. Onun düzəliş olunmasını istəyir. Dövlət aktında səhvlik olması ona bir sıra çətinliklər yaradır. Belə ki, onun ayadı, adı və ata adı Ərizəçi olduğu halda soyadı, adı və ata adı səhvən X1 qeyd edilmişdir. Qeyd olunan yanlışlıqların LN 400 KOD 61006018 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Hal-hazırda JN -400 KOD 61006018 saylı dövlət aktında soyadının, adının və ata adının düzgün qeyd edilməsini istəyir, çünki bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid Əhmədov Fariz Əhliyyə oğlu izahatında göstərdi ki, ərizəçi bacısıdır, mülkiyyətlərinə verilmiş torpaq sahəsinin şəhadətnaməsində ad və soyadlar, ata adı səhv yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əhmədova Validə Əhliyyət qızı xx xxxx 1969-cu ildə Laçın rayonunda doğulmuşdur, Bərdə rayonu, Yeni Əyricə kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon İcra hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, 525 saylı arayışdan müəyyən olunurk i, Əhmədov Sahib Yasin oğlu Bərdə rayonu Yeni Əyricə kəndində yaşayır. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN 400 saylı KOD 61006018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Bərdə rayonu Yeni Əyricə kənd sakinləri X6, Əhmədov Sadiq Yasin oğlunun, Əhmədov Sahib Yasin oğlunun, Əhmədova Sevda Yasin qızının mülkiyyətinə 3.17 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ ******* nömrəli, xx xxxx 1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Əhliyyət qızı xx xxxx 1969-cu ildə Laçın rayonunda doğulmuşdur, atası Əhmədov Əhliyyət Yusif oğlu, anası X14 qızıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 573 saylı arayışdan görünür ki, Əhmədov Vaqif Əhliyyət oğlu ilə Əhmədova Validə Əhliyyət qızı eyni şəxsdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********68 nömrəli 09 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-400 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN 400 saylı KOD 61006018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X4 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 400 saylı KOD ********* dövlət aktının Ərizəçi qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X4 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 400 saylı KOD ********* dövlət aktının Ərizəçi qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar