Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2517/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışda hüquq sahiblərindən birinin X2 olması faktının təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinin vermiş olduğu 05 noyabr 2022-ci il tarixli ********** nömrəli çıxarışda hüquq sahibləri bölümündə X3 olması faktının təsdiq edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası, X4 məxsus ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. Həmin evin yerləşdiyi torpaq sahəsi anası X5 adınadır.Həmin evdə atası X7, anası X10, qardaşı Elşən Şərifov, qardaşı Elşən Şərifovun həyat yoldaşı X3 və onların uşağı X8 qeydiyyatda olmuş, atası X7 05 fevral 1989-cu ildə anası X9 24 iyun 2013-cü ildə qardaşı X11 isə 22 dekabr 2007-ci ildə vəfat etmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin vermiş olduğu çıxarışda hüquq sahibləri bölümündə əmlak sahiblərindən birinin adı X3 (ata soyadı Hüseynova) əvəzinə səhvən X1 yazılmışdır. Bununla bağlı Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri üzrə X13 hüquqi şəxsin 7 saylı ərazi İdarəsinə sorğu edilmiş, qeyd edilən idarənin rəhbərliyinin vermiş olduğuu 27 mart 2023-cü il tarixli 3-21-3- 46/2-1445/2023 saylı məktubunda ad və soyadı uyğunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmək məqsədə uyğun hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yəni həmin məsələyə baxılması ümumi məhkəmələrin səlahiyyətinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin vermiş olduğu çıxarışda yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) həmin oorqan tərəfindən düzəldilə bilər. Həmin orqan məsələnin həllindən imtina etdiyi halda orqanın hərəkətlərindən inzibati qaydada məhkəməyə şikayət edilə bilər. Yəni həmin məsələyə bağılması ümumi məhkəmələrin səlahiyyətinə daxil deyildir. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışda hüquq sahiblərindən birinin X2 olması faktının təsdiq edilməsi ilə bağlı inzibati orqana müraciət etməli, inzibati orqan bundan imtina etdiyi halda vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliyindən İnzibati Məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinin tələbinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışda hüquq sahiblərindən birinin X2 olması faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2517/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2517/2023
04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver