Məhkəmə qərarları › İş №2(021)-2539/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2539/2021

17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2539/2021 17.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi Ərizəçi oğlunun iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə onlara Bərdə rayonu, Xanərəb kəndində verilmiş 2.23 ha torpaq sahəsinə verilmiş JN-125 KOD- 61019018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə onlara Bərdə rayonu, Xanərəb kəndində yerləşən 2,23 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-125 KOD-61019018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. Dövlət aktında adları olan X11 və X5 vəfat etmişdir. JN-125 KOD -61019018 saylı dvölət aktında onun adında səhvlik baş vermişdir. Adında səhvlik olması ona bir sıra problemlər yardır. Belə ki, onun adı Ərizəçi Kərim oğlu olduğu hala adı səhvən Məmmədov Akif Kazım oğlu kimi qeyd edilib. səhvin düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət reystir Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun qardadşıdır. Qardaşına pay torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinin verilməsinə dair dövlət aktında X13 yazılmışdır. Məhkəmə ərizəçi X7 izahatını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan 893-05/69 nömrəli 14 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1966-cı ildə doğulmuşdur, atası X11, anası Məmmədova Təzəgül Kərim qızıdır. İş materiallarında olan 892-05/69 nömrəli, 14 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X11 ilə Əliyeva Təzəgül Kərim qızı arasında nikah 01 sentyabr 1961-ci il tarixdə, 25 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan 894-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X12 30 aprel 1961-ci ildə doğulmuşdur, atası X11, anası Məmmədova Təzəgül Kərim qızıdır. İş materiallarında olan Bərdə rayon, Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 584 nömrəli, 13 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ilə X13 eyni şəxsdir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 61019018 JN -0125 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakini X6, X1, Məmmədov Akif Kazım oğlunun mülkiyyətinə 2, 23 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********67 nömrəli 09 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-125 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 125 KOD 61019018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-125 KOD 61019018 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X8 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 125 KOD 61019018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar