Məhkəmə qərarları › İş №2(021)-254/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-254/2025

10.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-254/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun hakimliyi, Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilmə» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X1nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, o, 1979-cu il təvəllüdlü Bərdə rayon Qaraqoyunlu kənd sakinidir. X1 orta dərəcəli 2-ci qrup əlilidir, ruhi xəstədir. Fərid Kərimlinin əqli gerilik, davranış pozğunluğu vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ rəyində göstərilmişdir- “Ümumi görünüş: Müavinətsiz.Davranış tərzi -Əməkdaşlıq etmir.Danışıq tərzi -Əlaqəsiz Cavablar, ləng. Emosional vəziyyət: aqressiv. Zaman və məkan bələdliyi: zəif. Qavrayış prosesi: zəif və.s” diaqnozu qoyulmuşdur. Oğlu mütəmadi müalicə olsa da onun səhətinin bərpa olunması mümkün olmamış, hal-hazırda da özünü idarə etmək iqtidarında deyildir. O, heçnəyi dərk etmir, başa düşmür, demək olar ki, heç bir fəaliyyət qabiliyyəti yoxdur. Ona qəyyum təyin edilməsi üçün Bərdə rayon İcra Hakimiyyətinin himayəçilik və qəyyumluq orqanı şöbəsinə müraciət etsələr də, X1nun fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş AZ-İ 573475 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. X3, anası Ərizəçidır. Azərbaycan Respublikası ƏƏSMN yanında tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, X6 diqanozu F71.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusudur. Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə İQ-42 xəstəliyi qeyd edilmişdir. Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında 3994/2022 nömrəli aktdan görünür ki, X2 rayon Şöbəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin xx.xx.2022-ci il tarixli 6 nömrəli göndərişi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci ilədək ambulator müayinə olmuşdur. Psixoloji müayinədə: ümumi görünüş-müvazinətsiz. Davranış tərzi- əməkdaşlıq etmir. Əlaqəsiz cavablar. Ləng. Ümosional vəziyyəti-aqqresiv. Hazırda ümumi koqnitiv qiymətləndirilməsi. Zaman və məkan bələdiyyə- zəif. Qavrayış prosessi –zəif, diqqəti- zəif, yaddaş prosessi-zəif İQ-47. Nevrotik pozuntu- əsəbilik halları. Psixi inkişaf davranış pozuntusu, aqressiv, əsəbi, impulsivlik. Psixoloqun əlavə qeydləri-əlaqəsiz davranışlar pozuntusu kimi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli 837 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Qaraqoyunlu kəndində yaşayır. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bərdə rayonu Şorəlli kəndində anadan olmuşdur. Bərdə rayonu Şorəlli kəndində yaşayır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli Bərdə rayon Məhkəməsinin 2(021)-2875/2024 saylı qərardadından görünür ki, Ərizəçi maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyəti olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə psixiatriya ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin PHŞ xx.xx.2024-cü il tarixli 897 saylı məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli 863 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, ekspert psixiatr qənaətə gəlmişdir ki, yoxlanılan şəxs X5 hazırda orta dərəcəli əqli gerilik ifadə olunmuş davranış pozuntuları ilə XBT -10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi müəyyən edilmiş, bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunması, bələdiyyənin pozulması, nitq kontaktına daxil olmaması, bu səbəbdən bütün məlumatların anası və mülki işdən toplanması, neçə yaşı olduğunu, hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda bir qədər narahatlıq və gərginlik müşahidə edilməsi, ekspertiza otağını tərk etməyə cəhd etməsi, anasının yardımı ilə zorluqla otaqda saxlanması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin daralması və fizioloji tələblərə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, tənqidi funksiyalarının pozulması, intelektinin inkişafından kəskin geri qalması, şəxsiyyətinə qüsur aşkar edilməsi İQ=47% və s.) sübut edir. Suallara cavab olaraq bildirilir ki, xx.xx.2005-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu Şirvanlı kəndində yaşayan X4 dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F 71.1 xəstəliyindən əziyyət çəkir. O, öz hərəkətələrinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətində deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-nin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndinə əsaən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-nin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-nin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-nin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X7 fəaliyyət qabiliyyətsiz hesab olunmasına əsaslar olduğundan ərizə təmin olunmalı və məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.

3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

5. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar