Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2543/2021 26.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN- 545 KOD-61010018 saylı Dövlət Aktının X13 məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04.05.1999-cu il tarixli 05 saylı qərarı ilə onlara Bərdə rayon Kətəlparaq kəndində yerləşən 1.12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-545 KOD- 61010018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin həmin sənəddə mərhum atası X11 adı yanlışlıq olaraq “X15” kimi qeyd olunmuşdur. Mərhum atası X17 12.05.2010-cu il tarixdə vəfat etmişdir. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə işə onlarn iştirakı olmadan işə baxilmasini mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA №0739012 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1981-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyi tərəfindən verilmiş 593 saylı , 30.06.2021-ci il tarixli Arayışdan görünür ki, X17 vəfat edən günədək Bərdə rayon Kətəlpaqraq kəndində yaşamış, vəfat edəndən sonra aşağıdakı ailə üzvləri qalmışdır: X8, Ərizəçi və Qurbanova (Əhmədova) Ağgül Əsgər qızı. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyi tərəfindən verilmiş 594 saylı , 30.06.2021-ci il tarixli Arayışdan görünür ki, Qurbanova Minayə Məmmədrza qızı vəfat edən günədək Bərdə rayon Kətəlpaqraq günündə yaşamış, vəfat edəndən sonra aşağıdakı ailə üzvləri qalmışdır: X8, Ərizəçi və Qurbanova (Əhmədova) Ağgül Əsgər qızı. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyi tərəfindən verilmiş 595 saylı , 30.06.2021-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Torpağa mülkiyyət hüququna dair JN-545 KOD- 61010018 saylı Dövlət X1 adı səhvən X7 yazılmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 saylı 20.05.2010-cu il tarixli Ölüm haqqında Akt qeydindən görünür ki, X17 12.05.2010-cu ildəı vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş “uçot kartoçkası”ndan görünür ki, X17 05.01.1948-ci ildə anadan olmuşdur, 05.12.1975-ci il tarixdə X6 ilə ailə həyatı qurmuş, 22.10.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 021928 sayli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Qurbanova Minayə Məmmədrza qızı 29.12.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 409466 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Qurbanov Əsgər Usub oğlu 20.05.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-545 KOD- 61010018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04.05.1999-cu il tarixli, 05 nömrəli qərarı ilə 1.12 ha torpaq sahəsi Bərdə rayon Kətəlparaq kənd sakinləri X10, Qurbanova Minayə Məmmədrza qızının, X5, X4 və Qurbanova Ağgül Əsgər qızının mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 12.07.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi torpağa mülkiyyət hüququna dair JN-545 saylı Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, həmin sənədlərdə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-545 KOD-61010018 saylı Dövlət Aktında yanlışlıq olaraq X11 adı -“X15” kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-545 KOD-61010018 saylı Dövlət X3 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-545 KOD-61010018 saylı Dövlət X3 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-545 KOD-61010018 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçi -“ X15” yazısının müvafiq olaraq X13 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2543/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2543/2021
26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver