Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2550/2021 30.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi Məhər oğlunun etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Məhər oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi “ barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi Məhər oğlunun etibarnamə üzrə nümayəndəsi X13 ərizə ilə məhkəməyə müraciət edərək, JN 0044 KOD 61012038 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında olan “X15”nun soyad, ad və ata adının “Ərizəçi” kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayonu Qaradəmirçi kəndində mərhum atası X20 oğluna və ailə üzvlərinə 2.73 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair verilmiş JN 0044 KOD 61012038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi adı yanlış olaraq “X15” kimi qeyd olunmuşdur. Bu yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Məhər oğlunun etibarnamə üzrə nümayəndəsi X13 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 26.01.1972-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayon Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-T № 148621 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğlu 16.08.1967-ci ildə anadan olmuşdur. Atası X20 oğlu, anası X12 qızıdır. İş materiallarına əlavə edilmiş AZ-İ № 199606 saylı ölüm haqqında şəhadətnamə surətindən görünür ki, X3 06.10.2007-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 387812 saylı ölüm haqqında şəhadətnamə surətindən görünür ki, X20 oğlu 01.09.2010-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 140 saylı 16 mart 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, dövlət aktında göstərilən mülkiyyətçi X7 qeyd olunmuşdur, Ərizəçi kimi oxunmalıdır. İş materiallarına əlavə edilmiş İ–JQ № 416672 saylı Nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X20 oğlu ilə X12 qızı 20.05.1972-ci ildə Bərdə rayon Alpoud kənd ərazi nümayəndəliyində 27 saylı akt qeydi ilə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 0044 KOD 61012038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahatı Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən 2.73 ha həyətyanı torpaq sahəsi X10, X1, X9, X5 və “X15” nun mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********97 nömrəli 26.02.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi JN 0044 KOD 61012038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibinin səhv yazılmış adının düzəldilməsinə köməklik göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 0044 KOD 61012038 saylı Dövlət Aktında yanlışlıq olaraq X6 adı -“ X15” kimi qeyd edilmişdir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən 2.73 ha torpaq sahəsinə dair verilmiş JN 0044 KOD 61012038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçi “X15” yazısının müvafiq olaraq Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, JN 0044 KOD 61012038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının X18 oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN 0044 KOD 61012038 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçi “X15” yazısının müvafiq olaraq “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2550/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2550/2021
30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver