Məhkəmə qərarları › İş №2(021)-2552/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2552/2025

26.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2552/2025 26.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh “X7 Xidməti” X12 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “X7 Xidməti” X10rşı “cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə tələbinə dair İddiaçı X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bildirişdə göstərilən qanunsuz yazılmış 537,38 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvlərilə birlikdə ünvan 1 ünvanda (jekin binası) yaşayır. Daim sudan istifadəyə görə hesablanmış su pulunu vaxtlıvaxtında ödəmişdir. 2022-ci ilin əvəllərindən 2024-cü ilin noyabr ayına kimi yaşadıqları binaya gələn su təchizatı kəsilmişdir. Həmin vaxtlarda suyu yaşadıqları ərazidə yerləşən "Şəhid bulağı" adlanan bulaqdan və satın almaqla su təminatlarını ödəmişdirlər. 2024-cü ilin noyabr ayının axırlarında binaya çəkilmiş su xətti bərpa edilmişdir. Dəfələrlə su kanal idarəsinə suyun olmaması barədə məlumat vermişlər, lakin bir nəticəsi olmamışdır. “X8 Xidməti" X18 tərəfindən ünvana bildiş və xəbərdarlıq göndərilmişdir. Ona təqdim edilmiş bildirişdə 537,38 manat cərimə borcu yazılmışdır. Hazırda onun sudan istifadəyə görə qalıq borcu yoxdur. Cavabdehlə aralarında sudan istifadəyə dair heç bir müqavilə bağlanmamışdır. Hesab edir ki, “X8 Xidməti" X18 tərəfindən yazılmış cərimə qanunsuz olaraq yazılmışdır. Daha sonra İddiaçı məhkəməyə ərizə verərək, cavabdeh "xxxx" ASC-nin əsl cavabdeh “X7 Xidməti” X14 əvəz olunmasını xahiş etmiş və Bərdə Rayon Məhkəməsinin 2(021)2552/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin əsl cavabdeh “X7 Xidməti” X14 əvəz olunmuşdur. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, yaşadığı ev jekin inzibati binasında yerləşir. Məcburi köçkün kimi arada məskunlaşıb yaşayır. Əvvəllər, yəni 2022-ci ilə qədər Su İdarəsinə pul ödəmişdirlər. Lakin nə həmin vaxt nə də indi cavabdehlə aralarında müqavilə olmamışdır. 2022-2024-cü illərdə onlara su verilmədiyi üçün ödəniş etməmişdir. Onların yaşayış yerinə su verilməməsinə baxmayaraq sudan istifadəyə görə qəbz yazılıb. Onlara 2024-cü ilin noyabr ayında su gəlib, həmin vaxtdan da pul ödəmişdir. O, məhkəməyə ödəniş etməsinə dair 5 ədəd qəbz təqdim etdi. Məhkəmə iclasında cavabdeh “X7 Xidməti” X12 nümayəndəsi X4 bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının mənzilinə su sayğacı quraşdırılmayıb. Onlara Nazirlər Kabnetinin 262 saylı qərarına əsasən 4 nəfər ailə üzvü hesablanmaqla su verilib. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işdə olan sənədlri araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə şəhər İcra Hakimiyyəti Başçısının Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, “X7 Xidməti” X17 tərəfindən İddiaçı borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş “X7 Xidməti” X9 xx.xx.2024-cü il tarixli hesab fakturasından görünür ki, ünvan 3 ünvanında yaşayan abonent İddiaçı 537,38 manat borcu vardır. Mülki işə əlavə edilmiş “X7 Xidməti” X9 xx.xx.2025-ci il tarixli hesab fakturasından görünür ki, ünvan 3 ünvanında yaşayan abonent İddiaçı 536,18 manat borcu vardır. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq iddiaçı tərəfindən müxtəlif tarixlərdə müxtəlif məbləğlədə "xxxx" Xidmətləri üçün ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 162 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; 4.1.6. hüquq təsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq; 4.1.7. suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək. Həmin Qərarın 5.1-ci bəndinə əsasən istehlakçıların hüquqları aşağıdakılardır: 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək; 5.1.2. su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək; 5.1.3. müqavilə öhdəliklərinin icrasını tələb etmək; 5.1.4. müqavilədə və mülki qanunvericilikdə göstərilmiş hallarda və qaydada müqavilə öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmək; 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək; 5.1.6. tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq; 5.1.7. tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək; 5.1.8. STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək. Həmin Qərarın 7.1-ci bəndinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qərarın 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qərarın 7.3-ci bəndinə əsasən Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qərarın 7.4-ci bəndinə əsasən Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qərarın 7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin Qərarın 7.6. Verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X15 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında 2022- 2024-cü illərdə “X7 Xidməti” X11 məxsus su xəttindən istifadə etmədiyinə və “X7 Xidməti” X17 tərəfindən ona qanunsuz cərimə yazılmasın dair sübut təqdim edə bilməmişdir. Məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh “X7 Xidməti” X17 tərəfindən qanunsuz “cərimənin silinməsi” tələbi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh “X7 Xidməti” X10rşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar