Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2563/2024 19.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı Cavabdeh və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “xx.xx.2020-ci il tarixli **********217 saylı ərizələrin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********217 saylı ərizələrin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli **********217 saylı ərizələrin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi ilə bağlı əvvəlcə Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə müraciət etməli olduğu halda birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin: 150.1 və 150.1.6-cı maddələrinə əsasən, ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Göründüyü kimi İddiaçı qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, xx.xx.2020-ci il tarixli **********217 saylı ərizələrin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi ilə bağlı Notariat orqanlarına müraciət etməsini təsdiq edən sübutu ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin: 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “xx.xx.2020-ci il tarixli **********217 saylı ərizələrin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı Cavabdeh və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “xx.xx.2020-ci il tarixli **********217 saylı ərizələrin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2563/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2563/2024
19.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver