Məhkəmə qərarları › İş №2(021)-2572/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2572/2022

16.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2572/2022 16.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, üçüncü şəxs X9 vəkili X13 iştirakı ilə İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və üçüncü şəxs X14 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə 16 noyabr 2*22-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək *4 oktyabr 2*21-ci il tarixli 2V- 1386 nömrəli reyestrdə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X1* xüsusi mülkiyyətində ünvan 1 ünvanında *.*5 ha torpaq sahəsi üzrə fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə *2.*7.2*11-ci il tarixdə Seriya MA *2*1*15 saylı çıxarışda verilmişdir. Həyat yoldaşı Məmməd Bəylərov 26 avqust 2*17-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra həmin fərdi yaşayış evini rəsmi olaraq o istifadə etmişdir. Onun 5 övladı var. X1 19 sentyabr 2*12-ci il tarixdə vəfat etmişdir. 3 qız övladları isə ailə həyatı qurmuş və ayrı yaşayırlar. Həyat yoldaşı vəfat etdikdən sonra Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi almaq istədiyi bildirmişdir. Notariat ofisi tərəfindən isə ona *4 oktyabr 2*21-ci il tarixdə 2V-1386 nömrəli reyestrdə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişlər. Lakin *4 oktyabr 2*21-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi yanlış olaraq verilmişdir . Belə ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi *.*5 ha olan torpaq sahəsini və torpaq sahəsi üzrə inşa edilmiş Seriya MA *2*1*15 saylı çıxarış əsasında verilmiş fərdi yaşayış evini birgə nikah dövründə mərhum həyat yoldaşı X24 ilə birlikdə almışlar. Həmin ev mərhum həyat yoldaşından ona miras olaraq qalmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində fərdi yaşayış evindən ona sadəcə 1/3 hissəsini pay olaraq vermişlər. Lakin onun həmin evdən payı 1/2 hissə olmalıdır. Həmçinin onun digər hissə olan oğlunun payındada payı var. Bunun üçündə yanlış yazılmış *4 oktyabr 2*21-ci il tarixli 2V-1386 nömrəli reyestrdə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini istəyir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək *4 oktyabr 2*21-ci il tarixli 2V- 1386 nömrəli reyestridə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmçinin maraqlı şəxs kimi qeyd etdiyi X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 vəkili X28 çıxı. edərək X9 himayəsində İ qrup əlil övladı olduğunu, özünün isə İİİ qrup əlil olduğunu göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatının gedişində iş üzrə X19, X2*, X29, X32 üçüncü şəxs qismində işə cəlb edilmişlər. Üçüncü şəxs X19 məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiyini, atası X7 miras qalmış ünvan 3 ünvanında *,*5 hektar torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evindən onun payına düşən vərəsəlik hissəsindən anası İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Üçüncü şəxs X2* məhkəməyə teleqram göndərərək payına düşən vərəsəlik hissəsini anası İddiaçı verdiyini bildirmişdir. Üçüncü şəxs X29 məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiyini, atası X7 miras qalmış ünvan 3 ünvanında *,*5 hektar torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evindən onun payına düşən vərəsəlik hissəsindən anası İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Üçüncü şəxs X32 məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiyini, babası X7 miras qalmış ünvan 3 ünvanında *,*5 hektar torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evindən mərhum atası X11 onun payına düşən hissəsindən nənəsi İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, məhəllə 1, ev 2-də qeydiyyatdadır. İş materiallarında olan Seriya MA *2*1*15 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ½-də, *,*5 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 14*,6 kv.m, yardımçı sahəsi 155,3 kv.m, ümumi sahəsi 295,9 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X1* adına qeydə alınmışdır. İş materiallarında olan 18.*6.197*-ci il tarixli АЗ 141993 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 və X21 18 iyun 197*-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra ərə Bəylərov, arvada Bəylərova soyadı verilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-1368 reyestr nömrəli *4.1*.2*21-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26.*8.2*17-ci il tarixdə vəfat etmiş X1* vərəsələri ünvan 4 ünvanında qeydiyyatda olan arvadı İddiaçıdır və o miras əmlakdan 1/3 hissədə pay almışdır. -şəhadətnamə verilən miras əmlak-7 saylı ərazi idarəsi tərəfindən *2.*7.2*11-ci il tarixdə X15 verilmiş 61**13**6819-1*3*1 reyestr nömrəli, 1811**3**7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində ½ ünvanında *,*5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 295,9 kv.m, yaşayış sahəsi 14*,6 kv.m, yardımçı sahəsi 155,3 kv.m, 5 otaqlı olan fərdi yaşayış evindən və 7 saylı ərazi idarəsi tərəfindən *2.*7.2*11-ci il tarixdə X15 verilmiş 61**13**6819-1*3*1 reyestr nömrəli, 1811**3**7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi *,*5 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-1375 reyestr nömrəli *6.1*.2*21-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26.*8.2*17-ci il tarixdə vəfat etmiş X1* vərəsələri ünvan 6 ünvanda qeydiyyatda olan X16r və o miras əmlakdan 1/3 hissədə pay almışdır. -şəhadətnamə verilən miras əmlak-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair *4.1*.2*21-ci il tarixli 21*41*1514EE333*1 nömrəli dövlət reyestrindən arayışa və ƏMDK yanında DƏDRX-nin 7 saylı ərzi idarəsi tərəfindən *2.*7.2*11-ci il tarixdə X15 verilmiş 61**13**6819-1*3*1 reyestr nömrəli, 1811**3**7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 295,9 kv.m, yaşayış sahəsi 14*,6 kv.m, yardımçı sahəsi 155,3 kv.m, 5 otaqlı olan fərdi yaşayış evindən və Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair *4.1*.2*21-ci il tarixli, 21*41*1514EE333*1 nömrəli dövlət reyestrindən arayışa və ƏMDK yanında DƏDRX-nin 7 saylı ərazi idarəsi tərəfindən *2.*7.2*11-ci il tarixdə X15 verilmiş 61**13**6819-1*3*1 reyestr nömrəli, 1811**3**7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi *,*5 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 avqust 2*17-ci il tarixli AZ-İ 885171 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 26.*8.2*17-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 avqust 2*22-ci il tarixli arayışdan görünür ki, X2* 11 noyabr 1973-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X25, ana qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 avqust 2*22-ci il tarixli arayışdan görünür ki, X22 14 iyun 1977-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X25, ana qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 avqust 2*22-ci il tarixli arayışdan görünür ki, X17 *7 avqust 1979-cu ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X25, ana qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 85 saylı 27 oktyabr 2*22-ci il tarixli məktubdan görünür ki, ünvan 7 evdə yaşamış mərhum X12 vəfatından sonra ünvanda yaşamış ailə üzvləri: 1) həyat yoldaşı İddiaçı (Bakı şəhərində yaşayır); 2) qızı X3 (ailə qurub Bakı şəhərində yaşayır); 3) qızı X4 (ailə qurub ayrı yaşayır); 4) qızı X5 (ailə qurub Tərtər rayonu Mamırlı kəndində yaşayır); 5) oğlu X8 (ailəsi və 2 övladı ilə birlikdə halhazırda ünvan 7 evdə yaşayır); 6) oğlu X11 (vəfat edib); 7) qızı X6 (vəfat edib) ibarətdir. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 3* nömrəli 27 oktyabr 2*22-ci il tarixli məktubdan görünür ki, ünvan 7 ünvan MTİS-nin balansında deyil, X26 haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan ********* saylı 15.*7.2*22-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 1** manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 18 iyun 197*-ci ildə X24 ilə evlənmiş, birgə nikahlarından 6 uşaqları doğulmuşdur. X2 və X23 vəfat etmişlər. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ½ ünvanda yerləşən, 2 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 14*,6 kv.m, yardımçı sahəsi 155,3 kv.m, ümumi sahəsi 295,9 kv.m olan fərdi yaşayış evi və yaşayış evinin yerləşdiyi *,*5 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X1* adına qeydə alınmış, X24 26 avqust 2*17-ci il tarixdə vəfat etmişdir. *4 oktyabr 2*21-ci il tarixli 2V-1368 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ½ ünvanda yerləşən, 2 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 14*,6 kv.m, yardımçı sahəsi 155,3 kv.m, ümumi sahəsi 295,9 kv.m olan fərdi yaşayış evindən İddiaçı 1/3 hissə, *6 oktyabr 2*21-ci il tarixli 2V-1375 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən isə X26 1/3 hissə pay almışdır. İş materiallarından göründüyü kimi iddiaçının iddia etdiyi X15 verilmiş 61**13**6819- 1*3*1 reyestr nömrəli, 1811**3**7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 295,9 kv.m, yaşayış sahəsi 14*,6 kv.m, yardımçı sahəsi 155,3 kv.m, 5 otaqlı olan fərdi yaşayış evi və 7 saylı ərazi idarəsi tərəfindən *2.*7.2*11-ci il tarixdə X15 verilmiş 61**13**6819-1*3*1 reyestr nömrəli, 1811**3**7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi *,*5 ha olan torpaq sahəsi *2.*7.2*11-ci il tarixdə yəni tərəflərin birgə nikahda olduğu dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə də iddiaçının iddia tələbində qeyd etdiyi üzrə miras əmlakın birgə nikah dövründə əldə edilməsi və buna görə ½ hissəsinin nəzərə alınmaması səbəbindən miras əmlakda paylar notarius tərəfindən düzgün müəyyən edilib bölüşdürülməməklə vərəsələr olan hazırki iş üzrə tərəflər X14 Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 2V-1375 reyestr nömrəli *6.1*.2*21-ci il tarixli və və İddiaçı Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 2V-1368 reyestr nömrəli *4.1*.2*21-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. İddiaçının mübahisələndirdiyi şəhadətnamələrin tarixi *4 və *6 oktyabr 2*21-ci ili göstərdiyindən iddiaçı onların etibarsızlığı ilə bağlı tələbi Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilən kəsici müddət olan 1 illik müddət daxilində irəli sürmüşdür. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən həmin məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Bu Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə görə mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Bu Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 116*-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndində qeyd edilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan başqa MPM-in 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-1368 reyestr nömrəli *4.1*.2*21-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” və X14 Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-1375 reyestr nömrəli *6.1*.2*21-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar