Məhkəmə qərarları › İş №2(021)-2583/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2583/2022

19.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2583/2022 19.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı cavabdeh X1rşı “aktın etibarsız hesab olunması və müəyyən edilmiş cərimənin silinməsi ” barədə şikayət və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus sayğaca kənar müdaxilənin olmasına dair xx.xx.2021-ci il tarixdə “ Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1710-05538-1 nömrəli aktına əsasən G-4 markalı ******* saylı hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var”qeyd olunmuş tələbnamənin etibarsız hesab olunması, onun evinə qaz verilməsinin dərhal bərpa olunmasına və ona tətbiq olunmuş 4320 kub metr cərimənin silinməsi və cavabdeh tərəfindən dəyişdirilmiş sayğacın onun ünvanında öz hesabına qurşadırılmasına və həmin ünvana qaz verilməsinin dərhal bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hazırkı tələblə bağlı aşağıdakıları qeyd edir: Belə ki, tələb iddia icraatı qaydasında baxılan işlərə aid olduğundan tərəflər iddiaçı və cavabdeh kimi qeyd olunmaqla, iddia ərizəsi formasında verilməli olduğu halda, İddiaçı kimi yox, ərizəçi kimi qeyd olunmuşdur. Həmçinin hazırkı tələblə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olduğu halda şikayətlə müraciət etmişdir. İddiaçı izah olunmalıdır ki, müraciətin xahiş etdi hissəsində qeyd olunmuş tələbnamənin etibarsız hesab olunması tələbi müstəqil baxış predmeti ola bilməz. Məhkəmə tərəfindən şəxsin evinə qazın verilməsinin dərhal bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə müvəqqəti təminat tədbirlərinin görülməsi barədə ərizə ilə müraciət olunduqda baxıla bilərdi. İddiaçı ona tətbiq olunmuş 4320 kub metr cərimənin silinməsi hissəsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qazın sərfiyyatının silinməsi məhkəmənin səlahiyyətində olmadığından, məhkəmə həmin sərfiyyata görə hesablanmış məbləğin silinməsi tələbinə baxa bilər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Odur ki, hazırkı tələb MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı cavabdeh X1rşı “aktın etibarsız hesab olunması və müəyyən edilmiş cərimənin silinməsi ” barədə şikayət və ona olunmuş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ İddiaçın izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi İddiaçı cavabdeh X1rşı “aktın etibarsız hesab olunması və müəyyən edilmiş cərimənin silinməsi ” barədə şikayət və ona olunmuş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar