Məhkəmə qərarları › İş №2(021)-2595/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2595/2021

25.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2595/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Ərizəçilər Kərimov Niyaz Mustafa oğlunun, Ərizəçi2 Mustafa qızının, Talıbova Güllü Cabbar qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Talıbova Güllü Cabbar qızının sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Kərimov Niyaz Mustafa oğlu, Ərizəçi2 Mustafa qızı və Talıbova Güllü Cabbar qızı ərizə ilə məhkəməyə müraciət edərək 03 iyun 1998-ci il tarixli Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən onlara verilmiş, kənd təsərrüfat təyinatlı 5.19 ha torpaq sahəsinə dair JN 159 kod 61020018 saylı torpağa mülkiyyət hüququna dair aktının Kərimov Niyaz Mustafa oğluna, Quluyeva Hürzad Mustafa qızına və Ərizəçi3 Cabbar qızıa məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Kərimov Niyaz Mustafa oğlu, Ərizəçi2 Mustafa qızı və Talıbova Güllü Cabbar qızı ərizəni onunla əsaslandırmışdır ki, 16 fevral 1998-ci il tarixli Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən onlara verilmiş kənd təsərrüfat təyinatlı 5.19 ha torpaq sahəsinə dair JN 159 kod 61020018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Kərimov Niyaz Mustafa oğlu - Kərimov Niyazi Mustafa oğlu kimi, Ərizəçi2 Mustafa qızı - Kərimov Hürzad Mustafa oğlu kimi və Talıbova Güllü Cabbar qızı Kərimova Güllü Cabbar qızı olaraq yazılmışdır. Həmin torpaq aktında yol verilmiş yanlışlıqlara düzəliş edilməsi üçün Azərbaycan Respublikası DƏDRX-nin 7 saylı ərazi İdarəsinə 25 iyun 2021-ci il tarixdə ərizə ilə rəsmi müraciətləri olmuşdur. Adıçəkilən idarədən onlara verilmiş 01 iyul 2021-ci il tarixli, **********15 saylı cavab məktubunda qeyd edilmişdir ki, sənəddə düzəlişin edilməsi onların səlahiyyətinə aid deyil və bu səbəbdən məktublarında onların məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Məhz bu səbəbdən də 16 fevral 1998-ci il tarixli Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən onlara verilmiş, kənd təsərrüfat təyinatlı 5.19 ha torpaq sahəsinə dair JN159 kod 61020018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında olan yanlışlıqların aradan qaldırılmasını başqa qaydada əldə edə bilmirlər. Bu səbəbdən də məhkəməyə müracitə etməli olublar. Məhkəmə iclasında ərizəçilər Kərimov Niyaz Mustafa oğlu, Ərizəçi2 Mustafa qızı və Talıbova Güllü Cabbar qızı ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılzadə Emin Zabil oğlu ifadəsində göstərdi ki, ərizəçilərlə qohumdur, ərizəçilərə verilmiş torpağın mülkiyyəytə verilməsinə dair dövlət aktında ad və soyadları səhf yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18, şahid İsmayılzadə Emin Zabil oğlunun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN159 kod 61020018 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarına əsasən Bərdə rayonu Xəsili kənd sakinləri Kərimov Mustafa Davud oğlunun, X2, X7, Ərizəçi1 Mustafa oğlunun, X4, X8 mülkiyyətinə 5.19 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin 01 iyul 2021-ci il tarixli, **********15 saylı məktubundan müəyyən edilmişdir ki, ərizəçi Kərimov Niyaz Mustafa oğlu JN-159 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 310 nömrəli, 27 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Kərimov Niyaz Mustafa oğlu Bərdə rayonu Xəsili kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 308 nömrəli, 23 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, dövlət aktında adı səhvən Ərizəçi1 Mustafa oğlu yazılmışdır. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 309 nömrəli, 23 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 adı səhvən Kərimova Hürzad Mustafa qızı yazılmışdır. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 311 nömrəli, 23 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi3 adı səhvən Kərimova Güllü Cabbar qızı yazılmışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1975-ci ildə Bərdə rayonu Xəsili kəndində doğulmuşdur və Bərdə rayon Xəsili kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 25 avqust 1978-ci ildə doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 058772 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X9 16 yanvar 2007-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN159 kod 61020018 saylı Dövlət aktının Kərimov Niyaz Mustafa oğluna, Ərizəçi2 Mustafa qızına və Talıbova Güllü Cabbar qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X6, X2, X7, Ərizəçi1 Mustafa oğlunun, X4 və X8 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-159 KOD 61020018 saylı dövlət aktının X12, X5, X13, Ərizəçi1, Ərizəçi2 vəƏrizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1 Mustafa oğlunun, X4, X8 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 159 KOD 61020018 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar