Məhkəmə qərarları › İş №2(021)-2608/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2608/2021

06.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2608/2021 06.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı Ərizəçi və onun vəkili X9 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoruna qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi məhkəmədə iddia qaldıraraq, Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat ofisi tərəfindən Hacıyev Gəncəli Hacı oğlunun miras əmlakına görə 01 iyul 2021-ci il tarixdə V-587 nömrəli vərəsəlik işi üzrə Hacıyeva Yazgül Gəncəli qzının, Hacıyeva Sahibə Gəncəli qızının və Hacıyev Qurbani Gəncəli oğlunun adına verilmiş 2V-943 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibrsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X21 ilə mərhum anası X16 birgə nikahlarından onlar, övladları Ərizəçi, X13 və X17 anadan olmuşlar. Valideynlərinin başqa övladları olmamışdır. Bərdə rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeydləri kitabında edilmiş qeydə əsasən X21 onların atası, X22 anaları hesab edilmişdir. X3 22 sentyabr 2016-cı ildə ölmüşdür. X2 isə 31 dekabr 2020-ci il tarixdə ölmüşdür. X32 sağlığında 21 oktyabr 2017-ci ildə Maraqlı şəxsndə vəsiyyətnamə vermişdir. Notariat ofisində 21 oktyabr 2017-ci ildə 2V-653 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədə atası göstərmişdir ki, ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan qızı Ərizəçi vəsiyyət edir. Atası öləndən sonra o miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün 21 may 2021-ci il tarixdə Maraqlı şəxsnə ərizə verib. Vərəsəlik işi açılması üçün digər sənədlərlə bərabər o, vəsiyətnaməni də təqdim edib. Notariat ofisində kompyuter vasitəsi ilə ərizə tərtib edilmiş və oda imzalamışdır. Lakin hüquqi təhsili olmadığına görə ərizənin məzmununu başa düşməmişdir. Atasının ölümündən 6 ay keçəndən sonra 01 iyul 2021-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etmiş və burada digər əmlakların sənədləri hazır olmadığı üçün yalnız atasından miras qalan VAZ-2101 minik markalı 50BJ719 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vərəsəlik şəhadətnaməsi verilmişdir. O, vərəsəlik şəhadətnaməsini alandan sonra ona, bacısı X7 və qardaşı X8 2V-943 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və hər birinə miras əmlakdan 1/3 pay müəyyən edilmişdir. Halbuki o ərizə verərkən vəsiyyətnaməni də təqdim edibmiş. Lakin o, notariat ofisində vərəsəlik işi ilə tanış olarkən məlum olub ki, ofisin əmakdaşı əlində vəsiyyətnamə olmasına baxmayaraq hansısa səbəbdən ərizədə əmlaka qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilməsini xahiş etdiyini göstərməmiş və hüquqi savadının olmamasından istifadə edib onu aldatmışdır. O, qeyd etdiki atası öləndən sonra onun miras əmlakları olan pay torpağını, yaşayış evini, həyətyani sahəni, yaşayış evinin içərisindəki əşyaları, nəqliyyat vasitəsini faktiki olaraq qəbul etmişdir. Cavabdeh notariat ofisi qanunvericilikdə öz öhdəsinə düşən vəzifəsini yerinə yetirmədən vərəsələrin hər bir bərabər paylara qanun üzrə şəhadətnamə verməklə qanun pozuntusuna yol verimişdir. Bununla da cavabdeh notariat ofisi qanunvericiliyin tələblərini kobudcasına pozaraq, qanunvericilikdə ona məxsus olacaq əmlakları digər vərəsələrin adlarına keçirilməsinə nail olmuşdurlar. Halbu ki, o vəsiyyət üzrə vərəsə kimi tanınmalı idi. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X19 iddianın təmin edilməsini xahiş etdi Cavabdeh Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 15 avqust 1983-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi korpus 2, ev 15, m 612 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan Bərdə tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli arayıdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş X36 Xidmət Mərkəzində notariat kontoru tərəfindən verilmiş 1244/2021 saylı, 22 iyul 2021-ci il tarixli mətubdan müəyyən olunur ki, aparılmış pay bölgüsünün, şəhadətnamənin ləğvinin və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş X36 Xidmət Mərkəzində notariat kontoruna Ərizəçi gtərəfindən verilmiş ərizədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş X36 Xidmət Mərkəzində notariat kontoruna X13 tərəfindən verilmiş ərizədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş X36 Xidmət Mərkəzində notariat kontoruna X14 gtərəfindən verilmiş ərizədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Bərdə rayonu Xanərəb kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 179 nömrəli, 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X21 Bərdə rayonu Şərəli kəndi ünvanında yaşayıb, vəfatından sonra ailə üzvüləri olaraq Hacıyev Qurbani Gəncəli oğlu, Ərizəçi və X13 qalmışdır. İş materiallarında olan AZ-İİ 152569 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 31 dekabr 2020-i ildə ölmüşdür. İş materiallarında olan İİ-JQ 336175 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 və X23 20 mart 1980-ci ildə 09 saylı nikah akt qeydi ilə nikahlarını rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 810715 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 22 sentyabr 2016-cı ildə ölmüşdür. İş materiallarında olan AZ-0842203 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 05 mart 1965-ci ildə doğulmuşdur, atası X21, anası Hacıyeva Əsli İslam qızıdır. İş materiallarında olan 20 may 2021-ci il tarixli,603-05/69 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi 15 avqust 1963-cü ildə doğulmuşdur, atası X21, anası Hacıyeva Əsli İslam qızıdır. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli, 474-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X14 05 aprel 1962-ci ildə doğulmuşdur, atası X21, anası Hacıyeva Əsli İslam qızıdır. İş materiallarında olan X36 Xidmət Mərkəzində notariat kontoru tərəfindən verilmiş 85/2021 nömrəli 21 may 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, X12 31 dekabr 2020-ci ildə ölməsi barədə Bərdə Regional Asan Xidmət Mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur, təqdim olunmuş sənədlər və məlumatlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi və X1 Gəncəli Hacı oğlunun 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir. İş materiallarında olan 01 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haaqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 31 dekabr 2020-ci il tarixdə vəfat etmiş Hacıyev Gəncəli Hacı oğlunun vərəsələri qızı X13, Ərizəçi və X14 hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak VAZ 21011 markalı 50 BJ719 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan 21 oktyabr 2017-ci il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X21 ölən günədək ona məxsus olan harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan 01 iyul 2021-ci il tarixli miras payın bağışlanması haqqında müqavilənin surətindən müəyyən olunur ki, X14 və X1 Gəncəli Hacı oğlundan onlara çatası miras payı Ərizəçi bağışlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olduğu məhkəmə hesab edir ki, 21 oktyabr 2017-ci il tarixli vəsiyyətnaməyə əsasən X12 ölən günədək ona məxsus olan harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Ərizəçi vəsiyyət etməsi, həmin vəsiyyətnamənin qüvvədə olması və ləğv edilməməsi hazırki iddia tələbinin təmin edilməsi üçün əsasdır və Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru tərəfindən qanunsuz olaraq miras əmlaka dair qanun üzrə şəhadətnamə verilmişdir. Göstərilənlərə əsasən də iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Ərizəçi cavabdeh Bərdə regional “Azsan Xidmət” mərkəzində notariat kontoruna qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat ofisi tərəfindən Hacıyev Gəncəli Hacı oğlunun miras əmlakına görə 01 iyul 2021-ci il tarixdə V-587 nömrəli vərəsəlik işi üzrə Hacıyeva Yazgül Gəncəli qzının, Hacıyeva Sahibə Gəncəli qızının və Hacıyev Qurbani Gəncəli oğlunun adına verilmiş 2V-943 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar