Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2609/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Məhərrəm oğlunun iştirakı ilə, İddiaçı Məhərrəm oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bildirişdə göstərilən qanunsuz yazılmış 286.60 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhərrəm oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Hərkəsin həyətində su olduğu kimi onun həyətində su var. Halhazırda qeyd etdiyi ünvanda tək yaşayır. O, hər ay vaxtlı-vaxtında su üçün müəyyən olunmuş pulu ödəyir və bəzən müəyyən olunmuş puldan artıq ödəmişdir. Lakin bir gün həyətində olan su dəyərindən artıq axdığı üçün həyətini su basmışdır. Suyun çox axması nəticəsində yaşadığı fərdi yaşayış evi nəmişlik nəticəsində yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı aidiyyatı orqana su idarəsinə müraciət etmiş, lakin su idarəsinin işçiləri tərəfindən gəlib su ilə əlaqədar olan problemə aydınlıq gətirməmişdirlər. Su idarəsindən şikayət etdiyi üçün, müəyyən bir vaxtdan sonra su idarəsinin işçiləri onun suya 286,60 manat borcunun olduğunu bildirdimişlər. Halbuki, heç bir zaman su idarəsində borcu olmamışdır. Su idarəsi tərəfindən yazılmış cərimə qanunsuz olaraq yazılmışdır. Məhkəmə iclasında İddiaçı Məhərrəm oğlu ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verdi, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işdə olan sənədlri araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı Məhərrəm oğlu xx.xx.1947-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə şəhər İcra Hakimiyyəti Başçısının Bərdə şəhər X2 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 4268 saylı 12.07.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Məhərrəm oğlu Bərdə şəhəri, ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin 01.05.2021-ci il tarixli hesab fakturasından görünür ki, Bərdə şəhəri, ünvan 4 ünvanında yaşayan abonent Tapdıq Hüseynovun 01.04.2021-ci il tarixə 262.60 manat borcu vardır. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin 01.07.2021-ci il tarixli hesab fakturasından görünür ki, Bərdə şəhəri, ünvan 4 ünvanında yaşayan abonent Tapdıq Hüseynovun 01.06.2021-ci il tarixə 286.60 manat borcu vardır. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin 31.07.2021-ci il tarixli hesab fakturasından görünür ki, Bərdə şəhəri, ünvan 4 ünvanında yaşayan abonent Tapdıq Hüseynovun 01.07.2021-ci il tarixə 298.60 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X3 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. İddiaçı Məhərrəm oğlu istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında onun evinə su axıdılması nəticəsində evinə ziyan dəyməsini, həmçinin "xxxx" ASC tərəfindən qanunsuz cərimə yazılması qeyd etsə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, İddiaçı Məhərrəm oğlu cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz cərimə yazılması tələbi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Məhərrəm oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2609/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2609/2021
25.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver