Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-261/2023 10.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi, ərizəçinin vəkili X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «fəaliyyət qabiliyyətsiz hesab olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, X11 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Xocalı rayonunun Badara kəndində doğulmuşdur. Xocalı hadisələrinə qədər X16 ilə ailəli olmuşdur. Birgə nikahlarından 3 övladı, 2 qızları və 1 oğulları X17 doğulmuşdur. Məlum, qanlı xx.xx.1992-ci ildə baş verən Xocalı qıyamında ilk olaraq əri Elman, səhəri günü isə, yəni xx.xx.1992-ci ildə oğlu Xaliq aldıqları güllə yarasından ölmüşlər. Məcburi köçkün kimi müvəqqəti olaraq Bərdə rayonunda məskunlaşmışdır. Oğlunu itirdiyinə görə qardaşı Bakirin oğlu Hakimi övladlığa götürmək qərarına gəldi. Bərdə rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə xx.xx.2000-ci il təvəllüdlü X5 övladlığa götürdü. İlk olaraq Hakimin azyaşlı vaxtından, böyüdükcə isə daha çox səhhətində narahatçılıqların olmasını aşkar etdilər. Bu narahatçılıq Hakimdə əqli qüsur yaratdığından o, bir çox klinikalarda müayinə və müalicə olunsa da¸sağlamlığı bərpa olunması, əksinə səhhəti günü-gündən pisləşməyə başlamışdır. Hazırki ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti , Bakı Baş Səhiyyə İdarəsinin X10nın 2003-cü il tarixli, 763 nömrəli, 2008-ci il tarixli,739 nömrəli epikriz (xəstəlik tarixindən), hemoskanizasiya üsulu ilə darkopol mikroskopunda diaqnostikdan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bərdə Mərkəzi Rayon Xəstəxanası, Şəhər Xəstəxanasının aktından, Həmin xəstəxananın nevroloji şöbəsinin çıxarışından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanasının epikriz XT 2237 nömrəli tibbi sənmədlərdən müəyyən olunur ki, Hakim Orucov xəstədir. Hakim Orucova xx.xx.2020-ci il tarixli yekun Dianoz: Toksiki ensefalopatiya. Ensefalopatiya.Gicgah epilepsiyası. Fokal başlamğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial)idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 9-10 dəfə).Xoşxassali kəllədaxili hipertenziya. Serebral hi-pertenziya. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İ tip orta ağır dərəcə. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Mərkəz sinir sisteminin orqanik xəstəliyi. İntelektin enməsi və nitq qüsuru ilə qeyri-spesifik reaktiv hepatit. Reaktiv medikamentoz hepatit. (Durğunluq) ürək çatışmamazlığı olmadan, əsasən, ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik (-yi). Arterial hipertenziya İ dərəcə təyin edilmişdir. Hakim Orucovun yuxarıda göstərilən bu xəstəliyi ilə əlaqədar özünü idarə edə bilmir, normal yuxu yatmır, gecələr tez-tez oyanır, əsəbi olduğundan hər şeyə əsəbləşir, gecələr sudurqaları tutur, hamam və tualetdən istifadə qaydalarını bilmir, rəng tanımır, yazıb oxuma qabiliyyəti yoxdur, yemək yeyərkən doyduğu bilinmir, pul tanımır, əqli 3 yaşlı uşaq əqli kimidir. İstifadə etdiyi sözlərin mənasını dərk etmir. Bir sözlə normal deyildir. Hərəkətlərini idarə edə bilmir, daima yardıma və nəzarətə ehtiyacı vardır. Bu səbəbdən də onun fəaliyyət qabiliyyətsizliyi məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə sonuncu məhkəmə iclasında ərizəçinin vəkili iştirak edərək ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi də ərizədə qeyd edilənləri təsdiq etmiş və ərizənin təmin edilməsini xahiş etmişdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkilini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Xocalı rayonu, Badara kəndində anadan olmuşdur, Xocalı şəhərində qeydiyyatdadır. AZE seriyalı, 15938698 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.2000-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Xocalı şəhərində qeydiyyatdadır. AA 434606 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X2 rayonundan məcburi köçkündür, Bərdə rayonu, Qarabağ qəsəbəsi, ev 34 ünvanında müvəqqəti məskunlaşmışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 2237 nömrəli Epikriz XT-nin surətindən görünür ki, X11 əsas xəstəliyi Ensefalopatiya, epileptiv qıcolma tutulmalarıdır. X10 tərəfindən verilmiş 739 nömrəli Epikrizdən görünür ki, X11 anadangəlmə hidrosefaliya subkompensetiya olunmuş psixo-fiziki inkişaf geriliyinin olduğu göstərilir. X10 tərəfindən verilmiş 763 nömrəli epikrizdən görünür ki, X11 anadangəlmə hidrosefaliya subkompensetiya olunmuş psixo-fiziki inkişaf geriliyinin olduğu göstərilir. Bərdə MRX-ı nevroloji şöbəsi tərəfindən verilən x/t № ******* seriyalı çıxarışdan görünür ki, 2000-ci il təvəllüdlü X12 qoyulan diaqnoz ensefalopatiya, epileptik qıcolma tutmaları nitq qüsuru şəkərli diabetdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Tibbi- Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, X11 xəstəliyi toksiki ensefalopatiyadır. Gicgah epilepsiyası. Flokal başlanğıclı qıcolma tutulmaları ilə müşahidə edilən lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlarf, tez-tez təkrarlanan qıcolma tutulmaları ilə (ayda 9-10 dəfə). Xoşxassəli kəllədaxili hipertenziya. Serebral hipertenziya. İnsulindən asılı olmayan şəkərli diabet; Şəkərli diabet İ tip orta ağır dərəcə; Baş beyinin xəstəliyi; travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; Mərkəzi sinir sisteminin orqanik xəstəliyi; İntellektin enməsi və nitq qüsuru ilə. Qeyri-spesifik reaktiv hepatit. Durğunluq və ürək çatışmazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Arterial hipertenziya İ dərəcədir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 may 2003-cü il tarixli, AZ-İ 004003 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, 14 mart 2000-ci ildə Bərdə şəhərində doğulmuş X1 Hakim Elman oğlu və Ərizəçi tərəfindən övladlığa götürülmüş və ona X18 adı verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 aprel 2003-cü il tarixli, AZ-İ 363794 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 14 mart 2000-ci ildə anadan olmuşdur. X6, anası Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeydə alınmışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZ-İ 031425 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X17 xx.xx.1992-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeydə alınmışdır. Xocalı rayon İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1992-i il tarixli, AZ-İ 940098 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X16 xx.xx.1992-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeyd edilmişdir. Xocalı rayon DSMF tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 027304 nömrəli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il qanunu (Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəşt edilməsi) Ərizəçi aid edilir. Qaçqınları və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AA 415595 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xocalıdan məcburi köçkündür. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi X11 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndinə əsaən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Rüsum tələb edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Bərdə şəhərində yaşayan X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə X18 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-261/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-261/2023
10.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver