Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2613/2023 29.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh* və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı “miras əmlakın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Alpoud kəndində yerləşən mərhum həyat yoldaşı X4 miras qalmış 0,23 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində onun və yetkinlik yaşına çatmayan Qalib adlı uşağının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X*8 ilə *0.02.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından X*4 adlı övladları olmuşdur. Bərdə rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə Bərdə rayonu Alpoud kəndində mərhum həyat yoldaşı X*2 və 5 nəfərdə ibarət ailə üzvünə 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinə dair JN-8*A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həyat yoldaşı X*8 30.06.20*9-cu il tarixdə vəfat etmişdir. Bundan sonra o, sözügedən əmlakı miras kimi qəbul etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, o, Tofiq Vəliyevin ikinci həyat yoldaşı olmuşdur. Birinci evliliyindən onun üç uşağı olmuşdur. Hazırda aralarında problem olmasa da, miras qalmış torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi və naturada bölünməsi zərurəti ortaya çıxmışdır. Lakin bölgünü öz aralarında apara bilməmişlər. Miras əmlak üzərində paylarının müəyyən edilməsi məqsədi ilə vərəsəlik şəhadətnaməsi almaq üçün Cavabdeh4nə müraciət etmişdir. Sözügedən idarədən ona *3.*0.2022-ci il tarixli, 256*/2022 saylı məktubla cavab verildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vǝrǝsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O, mirasın qəbulu üçün qanunla davam edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *248.*-ci addəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Odur ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni imanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunur. Bu səbəbdən də məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, “torpağın mülkiyyətə verilməsinə” dair JN-08*A KOD: 6*00*0*8 nömrəli şəhadətnamə üzrə birgə mülkiyyətləri olan 0,23 ha torpaq sahəsindən miras qoyan X2nun payının təxminən 0,045 ha olduğunu, buna görə də qalan 0,8*5 ha torpaq sahəsinin atanın mirası olmadığını, İddiaçı yalnız atasına çatası pay olan 0,045 ha torpağın bölünməsini tələb edə bilmə haqqı olduğunu bildirmişdir. Hətta həmin bölünmə də Cavabdeh*, X9, İddiaçı, X*4 və onun arasında bərabər paylara bölünməklə aparılmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 satılan torpağın qaytarılmasını, daha sonra bölünməsini tələb etmişdir. Məhkəmə iclasında Cavabdeh* da eyni məzmunlu izahat verərək satılan torpağın qaytarılmasını, daha sonra bölünməsini tələb etmişdir. İş üzrə maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzi Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb iddia tələbinə obyektiv hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA *064332 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*984-cü ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.*986-cı ildə anadan olmuşdur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 988955 nömrəli arayışdan görünür ki, X*8 30.06.20*9-cu ildə kardiogen şok səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 3*0826 nömrəli çıxarışdan görünür ki, X*8 ilə X*5 arasında *9.02.2007-ci ildə rəsmi nikah bağlanmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3*.0*.2007-ci il tarixli, AZ-İ 063070 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X*8 ilə X*6 arasında bağlanmış nikah *8.03.2005-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Vəliyev, qadına Süleymanova soyadı verilmişdir. Nikahın pozulması haqqında akt qeydləri kitabında *8.03.2005-ci il tarixdə 25 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *9.05.2023-cü il tarixli, 363 nömrəli arayışdan görünür ki, Bərdə rayonu, Alpoud kəndində yaşamış mərhum X8 ailə üzvləri Cavabdeh*, İddiaçı, Cavabdeh2, Cavabdeh3 və X*0r. Bərdə rayon Alpoud kənd Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş*5.07.2008-ci il tarixli, AZ –İİ *24405 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X*4 xx.xx.2008-ci ildə Bərdə rayonu, Alpoud kəndində anadan olmuşdur. X2, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında *5.07.2008-ci il tarixdə 2* nömrə ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərzi İdarəsi tərəfindən verilmiş 07.*2.2022-ci il tarixli, **********69 nömrəli sorğuya cavabdan görünür ki, Bərdə rayonu, Alpoud kənd sakini X8 adına Bərdə rayonu, Alpoud kəndində 5 nəfər ailə üzvü ilə birlikdə JN-8*A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,23 ha həyətyanı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində aşkar edilmişdir. Cavabdeh4 tərəfindən İddiaçı ünvanlanmış 256*/2022 saylı *3 oktyabr 2022-ci il tarixli ərizəyə cavabdan görünür ki, 30 iyun 20*9-cu ildə vəfat etmiş Bərdə rayonu, Alpoud kəndi ünvanında qeydiyyatda olmuş X4 miras qalmış əmlaka vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı ərizəyə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər. Odur ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş edilir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *0.07.2023-cü il tarixli, AZ-İ 497627 nömrəli arayışdan görünür ki, Cavabdeh* *2.07.*984-cü ildə Bərdə rayonunda anadan olmuşdur. X2, anası X**r. Doğum haqqında akt qeydləri kitabında 2*.07.*984-cü il tarixdə 8* nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *0.07.2023-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.*986-cı ildə Bərdə rayonu, Alpoud kəndində anadan olmuşdur. X2, anası X**r. Bu barədə doğum haqqında akt qeydləri kitabında*2.09.*986-cı il tarixdə *04 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *0.07.2023-cü il tarixli, AZ-İ 3*8*99 nömrəli arayışdan görünür ki, Cavabdeh3 22.03.*988-ci ildə Bərdə rayonu, Alpout kəndində anadan olmuşdur. X2, anası X**r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2*.04.*988-ci il tarixdə 47 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *0.07.2023-cü il tarixli, AZ-İ 988955 nömrəli arayışdan görünür ki, X*8 30.06.20*9-cu ildə dəqiqləşdirilməmiş miokard infarktı səbəbindən vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş *0.07.2023-cü il tarixli, 23-2*-3-46/2-3037/2023 nömrəli sorğuya cavabdan görünür ki, X*8 adına Bərdə rayonu, Alpoud kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 3*.07.2023-cü il tarixli, 487 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu, Alpoud kəndində qeydiyyatdadır. Abonent saldosundan görünür ki, İddiaçı Bərdə rayonu, Alpoud kəndi ərazisində 4 gözlü qaz plitəsi cihazına malik olmaqla təbii qazdan istifadə edir və istehlak edilmiş qazın dəyərini ödəyir. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında cədvəldən görünür ki, İddiaçı ünvan 1 ünvanı üzrə elektrik enerjisindən istifadə edir və istifadə etdiyi enerjinin dəyərini ödəyir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, *0*4-05/69 nömrəli arayışdan görünür ki, X*7 04.09.*973-cü ildə miokard infaktı səbəbindən Bərdə rayonu, Alpoud kəndində vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 0*8A KOD 6*00*0*8 saylı şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.*998-ci il tarixli, 09 nömrəli qərarı ilə X*8, X*6, Cavabdeh*, X9 və Cavabdeh3 Bərdə rayonu, Alpoud kəndi ərazisində 0,23 ha torpaq sahəsi verilmişdir. Alpoud kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 028 nömrəli arayışdan görünür ki, X8 adına Alpoud bələdiyyəsi ərazisində 0,23 ha həyətyanı torpaq sahəsi var. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış *8.07.2023-cü il tarixli, *779/2023 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququ üzrə sair mabahisələr” tələbinə dair mülki işə baxılması iə əlaqədar 3*.07.2023-cü il tarixə, saat 09:20-yə təyin edilmiş məhkəmə iclasında iştirak etməməyini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, *80 nömrəli arayışdan görünür ki, Bərdə rayon Dövlət Arxivində 78 saylı fondda mühafizə edilən Bərdə rayon sabiq Alpoud kənd Sovetliyinin Alpoud kəndi üzrə *977-*979-cu illərə aid 02 saylı təsərrüfatbaşına kitabın 38 saylı şəxsi hesabına əsasən vətəndaşlar X20, X*, X*3 və X*9 adına olan torpaq sahəsinin 0,23 ha olduğu qeyd edilmişdir. İş materiallarında olan *07243*095 ömrəli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün *00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Təqdim edilmiş fotoşəkillərdən fərdi yaşayış evi, onun daxili və həyətyanı torpaq sahəsinin olduğu görünür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Alpoud kəndində yerləşən mərhum həyat yoldaşı X4 miras qalmış 0,23 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində onun və yetkinlik yaşına çatmayan Qalib adlı uşağının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 20**-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *203.*-ci maddəsinin şərh edilməsinə dair” *3 dekabr 20**-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): **33.*-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. **34.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. **5*.*-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **59.*.*-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. **60-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. *243.*-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. *26*-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. *262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. *263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. *273-*-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin *262-ci və *263-cü maddələri tətbiq edilir. *274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. *275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. *29*-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *6 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4cü il *8 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *29* və *32*.*-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.*-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 202*-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan *274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan *29*-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin *297-*299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin *29*-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 saylı qərarının *0-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın *0.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxıldığından hazırki halda məhkəmə faktı deyil, mirasın qəbul edilmiş hesab edilməsi olaraq iddianı təmin etməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı qanunu bilmədiyindən və məlumatının olmaması səbəbindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən ötürülmüş müddət üzürlü sayılaraq bərpa edilməlidir. Çünki, müddət bərpa edildikdən sonra mirasın qəbul edilmiş hesab edilməsi və payların bölünməsi tələbi təmin edilə bilər. Bundan başqa iş materiallarına əsasən İddiaçı mərhum həyat yoldaşı X4 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bu hal iş materialları və təqdim edilmiş sübutlarla (kommunal xidmətlərlə bağlı cədvəllər, yaşayış yerindən arayış və s.) təsdiq edilir. Həmçinin, məhkəmə araşdırması nəticəsində mərhum X8 qanun üzrə birinci növbə vərəsələrinin Cavabdeh*, İddiaçı, Cavabdeh2, Cavabdeh3 və X*4 olması müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mərhum X4 miras qalmış 0,23 ha torpaq sahəsində mərhuma məxsus payı qəbul etməsi müəyyən edilməlidir, mirasın qəbulu üçün ötürülmüş müddət üzürlü sayılaraq bərpa edilməli və həmin miras payı olan əmlak üzərində iddiaçı, oğlu və digər vərəsələrin payları müəyyən edilməlidir. Belə olduğu təqdirdə Torpağın Mülkiyyətə verilməsinə dair JN-0*8A KOD 6*00*0*8 saylı şəhadətnaməyə əsasən Bərdə rayonu, Alpoud kəndi ərazisində mərhum X*8 ilə birlikdə 5 nəfər ailə üzvünün mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsinin mərhum X*2 məxsus 5/25 hissə olan torpaq payı üzərində, yəni 0,046 ha hissəsi üzərində */5 hissələrdə (bütövlükdə 0,23 ha torpaq sahəsinə münasibətdə */25 hissələrdə) İddiaçı, X5, Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 hər birinin vərəsəlik (miras) payları tanınmalıdır (müəyyən edilməlidir). 0,23 ha torpaq sahəsinin geri qalan 20/25 hissə olan paylı mülkiyyəti üzrə digər birgə mülkiyyətçilər olan Cavabdeh2, Cavabdeh3 , X*4 və X6 hərəsinin 5/25 hissədə paylı mülkiyyət hüquqları tanınmaqla saxlanır. Məhkəmə hesab edir ki, iddia tələbi miras payının naturada bölünməsi hissəsində təmin edilə bilməz. İlk növbədə vərəsəlik payları tanınmalı, bundan sonra həmin paylar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin məsələyə ayrıca iddia tələbi üzrə baxıla bilər ki, bu da ayrı və növbəti bir məhkəmə mübahisəsinin predmetidir. Beləliklə, AR.MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələbinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X4 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab edilərək həmin müddət bərpa edilsin və İddiaçı mərhum X4 miras qalmış 0,23 ha torpaq sahəsində mərhuma məxsus payı qəbul etməsi müəyyən edilsin və həmin miras payı olan əmlak üzərində iddiaçı, oğlu və digər vərəsələrin payları müəyyən edilməklə Torpağın Mülkiyyətə verilməsinə dair JN- 0*8A KOD 6*00*0*8 saylı şəhadətnaməyə əsasən Bərdə rayonu, Alpoud kəndi ərazisində mərhum X*8 ilə birlikdə 5 nəfər ailə üzvünün mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsinin mərhum X*2 məxsus 5/25 hissədə olan torpaq payı, yəni 0,046 ha hissəsi üzərində */5 hissələrdə (bütövlükdə torpaq sahəsinə münasibətdə */25 hissələrdə) İddiaçı, X5, Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 hər birinin vərəsəlik (miras payları) tanınsın (müəyyən edilsin). 0,23 ha torpaq sahəsinin geri qalan 20/25 hissə olan paylı mülkiyyəti üzrə digər birgə mülkiyyətçilər olan Cavabdeh2, Cavabdeh3 , X*4 və X6 hərəsinin 5/25 hissədə paylı mülkiyyət hüquqları tanınmaqla saxlansın. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2613/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2613/2023
29.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver