Məhkəmə qərarları › İş №2(021)-2621/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2621/2021

01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2621/2021 01.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun, Ərizəçi Ərizəçi1 və Ərizəçi2 Paşa qızının iştirakları ilə, Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi1 Məhəmməd oğlu və Məmmədova Arinə Paşa qızı ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair KOD 610010** JN ***A saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 Məhəmməd oğlu və Məmmədova Arinə Paşa qızının ərizələri onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayon Aqrar islahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara- Ərizəçi1 oğluna, Ərizəçi2 Paşa qızına və Məmmədov Rəfail Sabir oğluna (ölmüşdür) Bərdə rayonu Alpoud kəndində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa torpağın mülkiyyətə verilməsinə dair JN -016 A saylı kod-61001018 olan şəhadətnamədə onlardan Məmmədova Arinə Paşa qızının adı səhvən Aminə kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi onların sahibliyində və istifadəsində olsa da torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaqğa torpağın mülkiyyətə verilməsinə dair JN 016 A saylı kod- 61001018 olan şəhadətnamədə də alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JB -016A saylı kod- 61001018 olan şəhadətnamənin onlara - Ərizəçi1 Məhəmməd oğluna, Ərizəçi2 Paşa qızına və Məmmədov Rəfail Sabir oğluna (ölmüşdür) məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacı vardır. Məhkəmə iclasında ərizəçilər Məmmədov Sabir Məhəmməd oğlu və Ərizəçi2 qızı ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Məhəmməd oğlu 29 noyabr 1937-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Alpoud kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədova Arinə Paşa qızı xx xxxx 1940-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Alpoud kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon İcra hakimiyyəti Başçısının Alpoud kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 506 saylı arayışdan müəyyən olunur ki, Ərizəçi1 oğlu Bərdə rayonu Alpoud kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon İcra hakimiyyəti Başçısının Alpoud kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 501 saylı arayışdan müəyyən olunur ki, Ərizəçi1 oğlu Bərdə rayonu Alpoud kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X14 oğlu 18 yanvar 1970-ci ilə anadan olmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2 Paşa qızıdır. İş materiallarında olan Bərdə Rayon İcra hakimiyyəti Başçısının Alpoud kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2021-ci il tarixli, 501 saylı arayışdan müəyyən olunur ki, JN -016A saylı şəhadətnamədə texniki səhv olaraq X9 qazılmışdır, lakin AZE 0******* olan şəxsiyyət vəsiqəsinə əsasən Məmmədova Arinə Paşa qızıdır. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN 016A saylı KOD 61001018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Bərdə rayonu Alpoud kənd sakinləri Ərizəçi1, X4, Məmmədov Rəfail Sabir oğlunun mülkiyyətinə 0.30 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İ-KM 514147 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mamedov Rafil Sabir oğlu 16 oktyabr 2016-cı ildə ölmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********608 nömrəli 23 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi Məmmədov Sabir Məhəmməd oğlu JN-016A saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN 016 A saylı KOD 61001018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1 Məhəmməd oğluna, X6 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Məmmədov Sabir Məhəmməd oğlunun, X4, Məmmədov Rəfail Sabir oğlunun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 016 A saylı KOD 61001018 dövlət aktının Ərizəçi1 Məhəmməd oğluna, Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Məmmədov Sabir Məhəmməd oğlunun, X4, Məmmədov Rəfail Sabir oğlunun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 016 A saylı KOD 61001018 dövlət aktının Ərizəçi1 Məhəmməd oğluna, Ərizəçi2 və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar