Məhkəmə qərarları › İş №2(021)-2626/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2626/2021

02.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2626/2021 02.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs DƏDRX-nin 7 saylı Əİ-nə qarşı « hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 Şəkəralı qızı və Ərizəçi2 ərizəsi ilə məhkəməyə müraciət edərk, torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərinə görə baxılmamış qalmışdır. Məhkəmə tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə 21.10.2021-ci il tarixdə məhkəmə dəftərxanasına ərizə verərək Bərdə Rayon Məhkəməsinin 2(021)- 26266/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadının ləğv olunmasını, işin icraatı təzələnərək yenidən işə baxılmasını xahiş etmişdir. Ərizədə tərəflərin məhkəmədə iştirak etməmə səbəbləri barədə heç bir məlumat göstərilmədən, sadəcə olaraq MPM-nin 260.4,260.5, 259.0.6 və 259.0.7-ci maddələrinə istinad edilmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, əvvəla Bərdə Rayon Məhkəməsinin 2(021)-26266/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadından qanunvericiliklə müəyyən olunmuş qaydada vəsatət və ya şikayət verilməmiş, sadəcə ərizə verilmişdir ki, bu hal da MPM-nin 260.4 və 260.5-ci maddələrinin tələblərinə əməl olunmaması kimi qiymətləndirilir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçilər məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməsinə dair sübut təqdim etməmişdir. Bu isə öz növbəsində MPM-nin 260.5-ci maddəsinin tələblərinə uyğun gəlməməsinə əsas verir. Həmin maddəyə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə həmçinin qeyd edir ki, Dövlət rüsumu haqında qanuna görə ərizə baxılmamış saxlanıldıqda ondan şikayətə görə 50 manat dövlət rüsumu ödənilir. Lakin hazırkı halda da dövlət rüsumu ödənilməmişdir. Sadalanan halları nəzərə alan məhkəmə qeyd edir ki, verilən ərizə MPM-nin və dövlət rüsumu haqında qanunun tələblərinə əməl edilmədiyindən təmin olunmamalıdır. Buna baxmayaraq ərizəçi yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənləri və MPM-nin 263-264, 267-268-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-2626/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadından Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə verdiyi ərizə təmin olunmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar