Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2650/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15, Ərizəçilər Ərizəçi5 və Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 oğlunun və Ərizəçi7 Daşınmaz Əmlakın Dövlət Reyestri X33 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 oğlu və Ərizəçi7 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-130A KOD 61005018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 oğlu, Ərizəçi7 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 09 saylı qərarına əsasən onlara X4 (ölmüşdür), X8 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Mustafazadə (Mustafayev) Ömər Möhübbət oğluna, Ərizəçi5, Mustafazadə 9Mustafayeva) Xuraman Mehman qızına, Mustafazadə (Mustafayev) Mustafa Mehman oğluna, Ərizəçi8 Bərdə rayonu, Güloğlular kəndində 0.51 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa JN-130A KOD-61005018 sayı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də almışlar. Həmin torpaq onların sahibliyində və istifadəsində olsa da mülkiyyət üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, payçılardan X9 olduğu halda ata adı səhvən “Dilən qızı” kimi, X10 ata adı səhvən “Mustafa oğlu” kimi, Ərizəçi8 adı səhvən “Yeganə” kimi qeyd edilmişdir. Bu da torpağın üzərində sərəncam hüququnun həyata keçirilməsinə problemlər yaradır. Bununla bağlı DƏDRX-nin 7 sylı Bərdə ərazi İdarəsinə müraciət edilsə də məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara X4 (ölmüşdür), X8 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Mustafazadə (Mustafayev) Ömər Möhübbət oğluna, Ərizəçi5, Mustafazadə 9Mustafayeva) Xuraman Mehman qızına, Mustafazadə (Mustafayev) Mustafa Mehman oğluna və Ərizəçi8 məxsus olması faktına dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi5 və Ərizəçi4 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X33 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, ərizəçilərin qohumudur. Onlara verilən torpaq shənədində adları səhv yazılmışdır. Məhkəmə hazırlıq icclasında şahid qismində dindirilmiş X19 izahatında göstərmişdir ki, ərizəçilərlə qohumdurlar, həmçinin eyni kənddə yaşayırlar. Onlara həytyanı torpaq sahəsi verilmiş, həmin torpağın şəhadətnaməsində səhvlik olmuşdur, bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-130A KOD ********* olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Güloğlular kənd kənd sakini X1 (ölmüşdür), X5 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X10, Ərizəçi5, X2, X6, X11 mülkiyyətinə 0.51 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AZE 14282227 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 08 sentyabr 1979-cu ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 13207942 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 07 aprel 1978-ci ildə doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində qeydyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 01 fevral 1972-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi7 xx xxxxxx 1999-cu ildə Bərdə rayonu, Güloğlular kəndində doğulmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi6 xx xxxx 1997-ci ildə Bərdə rayonu, Güloğlular kəndində doğulmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx xxxx 1971-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 24 avqust 1990-cı ildə Bərdə rayonu, Güloğlular kəndində doğulmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxx 1965-ci ildə Bərdə rayonu, Saatlı kəndində doğulmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1964-cü ildə Bərdə rayonu, Güloğlular kəndində doğulmuşdur, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi8 xx xxxxx 1971-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ 039762 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 30 dekabr 2019-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZB 065504 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 xx xxxxx 1971-ci ildə doğulmuşdur, atası X32, anası X7r. İş materiallarına əlavə edilmiş AZ-İ 285273 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 25 mart 2008-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş XVİİ-JQ 432317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi4 20 avqust 1993-cü ildə doğulmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 790 nömrəli,13 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X1 ailə üzvüləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 ibarətdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 789 nömrəli,13 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X5 ailə üzvüləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 ibarətdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 776 nömrəli,08 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X14 25 mart 2008-ci il tarixdə Bərdə rayonu, Güloğlular kəndində vəfat etmişdir. Vəfat edənə kimi Güloğlular kəndində yaşayıb vəfatından sonra təsərrüfatında onunla birgə eydiyyatda olan ailə üzvləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 qalmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 775 nömrəli, 08 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X12 30 dekabr 2019-cu il tarixdə Bərdə rayonu, Güloğlular kəndində vəfat etmişdir. Vəfat edənə kimi Güloğlular kəndində yaşayıb vəfatından sonra təsərrüfatında onunla birgə qeydiyyatda olan ailə üzvləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 qalmışdır. İş materiallarına əlavə edilmiş 851-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X12 ilə X17 19 dekabr 1964-cü il tarixdə 31 nömrəli akt qeydi ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X33 7 saylı Bərdə Ərazi İdarəsinin **********78 nömrəli 21 iyul 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi5 JN 130A nömrəli şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X33 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-130A KOD 61005018 şəhadətnamənin X4 (ölmüşdür), X3 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Mustafazadə (Mustafayev) Ömər Möhübbət oğluna, Ərizəçi5, Mustafazadə (Mustafayeva) Xuraman Mehman qızına, Mustafazadə (Mustafayev) Mustafa Mehman oğluna, Ərizəçi8 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X1 (ölmüşdür), X5 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X10, Ərizəçi5, X2, X6, X11 adına verilmiş JN-130A KOD 61005018 dövlət aktının X4 (ölmüşdür), X3 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Mustafazadə (Mustafayev) Ömər Möhübbət oğluna, Ərizəçi5, Mustafazadə (Mustafayeva) Xuraman Mehman qızına, Mustafazadə (Mustafayev) Mustafa Mehman oğluna, Ərizəçi8 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 (ölmüşdür), X5 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X10, Ərizəçi5, X2, X6 və X11 adına verilmiş JN-130A KOD 61005018 dövlət aktının X4 (ölmüşdür), X3 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Mustafazadə (Mustafayev) Ömər Möhübbət oğluna, Ərizəçi5, Mustafazadə (Mustafayeva) Xuraman Mehman qızına, Mustafazadə (Mustafayev) Mustafa Mehman oğluna və Ərizəçi8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2650/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2650/2022
11.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver