Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2698/2024 19.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı xx.xx.2023-cü tarixli **********319, **********320, **********320, **********321, **********322, **********23, **********24 saylı ərazilərin və onun əasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı xx.xx.2023-cü tarixli**********319, **********320, **********320, **********321, **********322, **********23, **********24 saylı ərazilərin və onun əasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qeyd olunan maddənin tələblərinə əməl etməyərək, iddia əriəsini cavabdehin rəsmi qeydə alındığı yer üzrə verməmişdir. İş materiallarında olan Cavabdeh şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Əhmədova X1 rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı xx.xx.2023-cü tarixli **********319, **********320, **********320, **********321, **********322, **********23, **********24 saylı ərazilərin və onun əasında verilmiş sənədlərin etibarsız hesab edilməsitələbinə dair iddia ərizəsi geri qaytarıldığından İddiaçı2 tərəfindən ödənilmiş 100 mant dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilən maddələrin tələblərinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı xx.xx.2023-cü tarixli**********319, **********320, **********320, **********321, **********322, **********23, **********24 saylı ərazilərin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149- 152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı xx.xx.2023-cü tarixli**********319, **********320, **********320, **********321, **********322, **********23, **********24 saylı ərazilərin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2698/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2698/2024
19.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver