Məhkəmə qərarları › İş №2(021)-272/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-272/2022

14.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-272/2022 14.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Hasoy oğlunun, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Nəzərova Bukurə Xıdır qızına, Cavabdeh3, Cavabdeh4 Rəhim oğluna, Cavabdeh5 Hüseyn oğluna, Cavabdeh6, üçüncü şəxslər Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı 13 aprel 2021-ci il tarixli, 18 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zakir oğluna, Cavabdeh4 Rəhim oğluna, Cavabdeh5 Hüseyn oğluna, üçüncü şəxslər Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, Cavabdeh1, Cavabdeh2. Cavabdeh3 və Cavabdeh4 təmsilçisi X5 ilə Cavabdeh6 Yunis oğlu arasında bağlanmış 13 aprel 2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, Cavabdeh6 ilə Cavabdeh5 arasında bağlanmış 18 iyun 2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Yeni-Daşkən kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-153, KOD 61000038 saylı dövlət aktı əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətlərində olan 1,12 ha pay torpaq sahəsini 23 iyun 2000-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehlərdən satın almışdır. Həmin torpaq sahəsi 2000-ci il tarixdən onun istifadəsindədir, 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, Cavabdeh1 və digər cavabdehlər həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh6 satmışdır. Bundan sonra Cavabdeh6 18 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsini Cavabdeh5 satmışdır. Mübahisəli torpaq sahəsi ilkin alqı-satqı müqaviləsi əsasında ona satıldıqdan sonra cavabdehlər tərəfindən qanunsuz yolla Cavabdeh6 satılmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 Yunis oğlu iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Cavabeh çıxışında bildirdi ki, mübahisəli torpaq sahəsini qanuni əsaslarla alıb. Cavabdehlər Nəzərova Bukurə Xıdır qızına, Cavabdeh3 Zakir oğluna, Cavabdeh4 Rəhim oğluna, Cavabdeh6 Yunis oğluna, üçüncü şəxslər Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Nəzərova Bukurə Xıdır qızı, Cavabdeh3 Zakir oğlu, Cavabdeh4, Cavabdeh6 Yunis oğlu, üçüncü şəxslər Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, Cavabdeh5 Hüseyn oğlunun izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1933-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 13746475 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 19 sentyabr 1988-ci ildə Bərdə rayonu, Yeni Daşkən kəndində doğulmuş, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 368 nömrəli, 19 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş 23 iyun 2000-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən müyyən olunur ki, Cavabdeh1 16 yanvar 1998-ci il tarixli Jİ-153 KOD 61000038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 1.12 hektar torpaq sahəsini İddiaçı 1.500.000 manata satmışdır. İş materiallarına əlavə olunmuş AZE 14474272 saylı şəxsiyyt vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 10 fevral 1990-cı ildə Bərdə rayonu, Divanlı kəndində doğulmuşdur, Bərdə rayonu Divanlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AN-İ-0928236 saylı, 13 aprel 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 Yaqub oğlu, Nəzərova Bukurə Xıdır qızı, Cavabdeh3 Zakir oğlu, Cavabdeh4 Rəhim oğlu 09 aprel 2021ci il tarixli **********15 resyter nömrəli ********** qeydiyyat nömrəli çıxarışla birgə mülkiyətlərində olan Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 1,12 ha torpaq sahəsini Cavabdeh6 4000 manata satmışdır. İş materiallarına əlavə olunmuş Dövlət Reyestirindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Yenidaşkənd kəndində 1.12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AN-İ 096382 nömrəli 18 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh6 Yunis oğlu 07 may 2021-ci il tarixdə verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 1.12 ha torpaq sahəsini Cavabdeh5 satmışdır. İş materiallarına əlavə olunmuş Dövlət Reyestirindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh6 mülkiyyətinə olan Bərdə rayonu, Yenidaşkənd kəndində 1.12 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 18 iyun 2021-ci il tarixli 764-05/69 nömtəli arayışdan müəyyən olunur ki, Cavabdeh6 ilə X1 17 aprel 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş X4 tərəfindən notariat ofisinə verilmiş ərizənin surətindən müəyyən olunur ki, ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 07 may 2020-ci il tarixli, reyetr nömrəsi **********15, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən əri Cavabdeh6 oğluna məxsus olan və Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 1,12 ha torpaq sahəsinin istənilən qiymətə və şərtlə satılmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh6 tərəfindən notariat ofisinə verilmiş ərizənin surətindən müəyyən olunur ki, tam mülkiyyət hüququ əsasında ona məxsus olan və Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 1.12 ha torpaq sahəsini Cavabdeh5 3800 manata satmaqla müqavilənin rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş JN 153 KOD 61000038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən müəyyən olunur ki, Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində Bərdə rayon Aqrar islahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə Bərdə rayonu, Yenidaşkənd kəndində 1.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh5 Hüseyn oğlu xx xxxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarına əlaə edilmiş Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh5 mülkiyyətinə Bərdə rayonu, Yenidaşkənd kəndində 1.12 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 23 iyun 2000-ci il tarixli №M-45 nömrəli notariat işinə əlavə edilmiş 23 iyun 2000-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən müyyən olunur ki, Cavabdeh1 16 yanvar 1998-ci il tarixli Jİ-153 KOD 61000038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 1.12 hektar torpaq sahəsini İddiaçı 1.500000 manata satmışdır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vəzifələrindən biridir. Həmin Məcəllənin 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin prinsiplərindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (Mülki Məcəllənin 6, 389-390-cı maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan RespublikasiKonstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki İşlər üzrəMəhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ... hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İstinad olunan maddi hüquq normasının tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Beləliklə, məhkəmə hesab edir ki, JN 153 KOD 61000038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində Bərdə rayon Aqrar islahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə Bərdə rayonu, Yenidaşkənd kəndində 1.12 ha torpaq sahəsi verilmiş və 23 iyun 2000-ci il tarixli №M-45 nömrəli notariat işinə əlavə edilmiş 23 iyun 2000-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 16 yanvar 1998ci il tarixli Jİ-153 KOD 61000038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 1.12 hektar torpaq sahəsini İddiaçı 1.500000 manata satmış və digər payçılar buna etiraz etməyərək notarial qaydada ərizə vermişlər. İddiaçı isə satın aldığı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamış və bu vəzifəsini icra etməmişdir. Lakin bu vəzifənin icrası iddiaçının üzərinə düşür və bu vəzifənin icra edilməməsi həmin torpaq sahəsinə olan hüququnun itirilməsinə dəlalət edə bilməz. Buna baxmayaraq cavabdehlər bundan istifadə edərək həmin torpaq sahəsini kənar şəxsə 20 ildən sonra satmışlar ki, bu da vicdanlılıq prinsipinə tamamilə zidd olmaqla bərabər məhkəmə bunu şəxsin etibarından sui istifadə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsinin mövqeryinə əsaslanaraq qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahat, eləcədə təqdim etdiyi və məhkəmə tərəfindən sorğulara əsasən təqdim edilmiş sənədlərlə, cavabdehin isə sadəcə olaraq söylədikləri faktlara əsasən iddia tələbi sübut olunduğundan iddia tələbi təmin olunmalıdır. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Nəzərova Bukurə Xıdır qızına, Cavabdeh3 Zakir oğluna, Cavabdeh4 Rəhim oğluna, Cavabdeh5 Hüseyn oğluna, Cavabdeh6 Yunis oğluna, üçüncü şəxslər Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı 13 aprel 2021-ci il tarixli, 18 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1, Nəzərova Bukurə Xıdır qızı, Cavabdeh3 Zakir oğlu, Cavabdeh4 ilə Cavabdeh6 AN-İ-0928236 saylı, 13 aprel 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh6 Yunis oğlu ilə Abdullayev Raqub Hüseyn oğlu arasında bağlanmış AN-İ 096382 nömrəli 18 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqavilələri və onun hüquqi nəticələri etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Nəzərova Bukurə Xıdır qızı, Cavabdeh3 Zakir oğlu, Cavabdeh4, Cavabdeh6 və Abdullayev Raqub Hüseyn oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar