Məhkəmə qərarları › İş №2(021)-2725/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2725/2021

24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2725/2021 24.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X16 katibliyi Ərizəçi Ərizəçi Üçüncü şəxs və üçüncü şəxslər X12, X1, X2, X9 nümayəndəsi X13 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair JN 0027, KOD 61011048 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli qərarı əsasında ona və ailə üzvlərinə Bərdə rayonu Mollaəhmədli kəndində 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara məxsus olması barədə mülkiyyət hüququna dair JN 0027, KOD 61011048 saylı dövlət aktı vardır. Həmin dövlət aktında onun ata adı texniki səhv olaraq “Dilşad” kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0027, KOD 61011048 saylı dövlət aktında müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi idarəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Həmin sənəddə uyğunsuzluğu başqa cür həll edə bilmir. Hazırda həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyir, lakin sənəddə uyğunsuzluq olduğundan mümkün olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN 0027, KOD 61011048 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs və üçüncü şəxslər X10, X3, X4, X7 nümayəndəsi X18 göstərmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən onlara 2,77 ha pay torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0027 saylı KOD 61011048 olan Dövlət aktında Ərizəçi ata adı səhvən Dilşad kimi qeyd edilmişdir. Ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, üçüncü şəxsi və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X27, X8 və X20 göstərmişlər ki, ərizəçi qohumlarıdır. Ərizəçi adına verilmiş Dövlət aktında ata adı səhvən Dilşad yazılmışdır. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0027 saylı KOD 61011048 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən Bərdə rayonu Mollaəhmədli kənd sakinləri X11, Ərizəçi Dilşad qızının, X10, X5, X4 və X7 mülkiyyətinə 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Kolyır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 313 saylı 23 iyul 2021-ci il tarixli arayışından müəyyən olunur ki, JN-0027, KOD: 61011048 nömrəli dövlət aktındakı Ərizəçi Dilşad qızı AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindəki Ərizəçi ilə eyni adamdır. İş materiallarında olan İİ-ЖГ 403765 saylı 06 dekabr 1973-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx xxxxxx 1973-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X14, ana qrafasında anası kimi X15 qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ 356848 saylı 04 aprel 1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 və X6 04 aprel 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Hüseynova soyadı verilmişdir. İş materiallarında olan AK 674430 saylı atestat surətindən müəyyən olunur ki, X6 1991-ci ildə orta məktəbi kafi qiymətlərlə bitirmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsi tərəfindən verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1973-cü ildə Laçın rayonu Dambulaq kəndində anadan olmuşdur, Bərdə rayonu Mollaəhmədli kəndində qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********33 nömrəli 27 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0027 saylı Dövlət aktında ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə şəhadətnamədə və Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0027 KOD 61011048 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi Dilşad qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0027 KOD 61011048 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Dilşad qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0027 KOD 61011048 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar