Məhkəmə qərarları › İş №2(021)-275/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-275/2025

19.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-275/2025 19.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və X5 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X5 maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və X9 ərizə ilə məhkəməyə müraciət edərək, övladları 03 fevral 1984cü ildə Bərdə rayonu Tumaslı kəndində anadan olmuş X4 və 30 noyabr 1989-cu ildə Bərdə rayonu Tumaslı kəndində anadan olmuş X1 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər onunla əsaslandırılmışdır ki, övladları xx.xx.1984-cü ildə anadan olmuş X8 və xx.xx.1989-cu ildə anadan olmuş X6 anadangəlmə əlildirlər. Onlar özlərini idarə edə bilmirlər. Onlara dövlət tərəfindən verilən pensiya kartının alınmasında və onların sosial məsələlərinin həllində çətinliklərlə üzləşirlər. Hazırda övladları çox çıxılmaz vəziyyətdədir, özlərini idarə edə bilmirlər. Övladlarının sağalıb cəmiyyətə inteqrasiya olması mümkün deyildir. Ona görə də onun fəaliyyət qabiliyyətsiz olmasına dair qətnamə çıxarılmasına ehtiyacları vardır. Məhkəmə iclasında Ərizəçi1 ərizəsinə uyğun izahat verərərk, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi X9 ərizəsinə uyğun izahat verərərk, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA №0626682 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA №0458298 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, X11 ilə X10 arasında xx.xx.1981-ci il də nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Quluyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş İİ-ЖГ №496173 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünü ki, X8 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi1, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Xİİİ-ЖГ №408067 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünü ki, X6 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi1, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA №3581353 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AZE №16041302 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Bərdə rayon Tumaslı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş X18 Disponseri tərəfindən verilmiş Xəstənin ambulator Stasionar tibbi kartasından Çıxarışdan görünür ki, X3 “kəskin ifadə edilmiş imbesillik psixopata bənzər davranışlar” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2011ci il tarixli Arayışdan görünür ki, X7 “oliqofremiya kəskin imbesillik dərəcəsində nitq qüsuru” diqanozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 915 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, 03 fevral 1984-cü il təvəllüdlü X8 halhazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 916 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, 30 noyabr 1989-cu il təvəllüdlü X6 halhazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 03 fevral 1984-cü il təvəllüdlü X8 və 30 noyabr 1989-cu il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildirlər. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03 fevral 1984-cü il təvəllüdlü X8 və 30 noyabr 1989-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 fevral 1984-cü il təvəllüdlü X8 və 30 noyabr 1989-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. İş üzrə pdənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar