Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2752/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, İddiaçı X3 vəkili və nümayəndəsi X13 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və X10 qarşı miras qalmış əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin, Bərdə rayonu Qazıqurdalı kəndində 0.08 ha torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin və Bərdə rayon Qazıqurdalı kəndində pay torpaq sahəsinin vərəsələr arasında bölünməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Qazıqurdalı kənd sakinidir. 01 iyun 1984-cü idə X11 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və birgə nikah dövründən 3(üç) övladları anadan olmuşdur. Hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi Cavabdeh2 və Cavabdeh1da onun övladlarıdır. Mərhum həyat yoldaşı 26 aprel 2021-ci il tarixdə vəfat etmişdir. X11 ilə ailəli olan zaman birgə nikah dövründə bir çox əmlaklar almışdır. Belə ki, onların birgə nikah dövründə ünvan 3 ünvanıda fərdi yaşayış evinə 18 may 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış seriya MA ******* saylı çıxarış verilmişdir. Çıxarışa əsasən Bakı şəhərində yerləşən ümumi sahəsi 61.5 kv.m, yaşayış sahəsi 45 kv.m, yardımçı sahəsi 167.5 kv.m və otaqların sayı 3 olan mənzil tam olaraq onun mülkiyyətimdədir. Bərdə rayon Qazıqurdalı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə isə JN- 238F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra mən Bərdə rayon Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evində qalmışdır və torpaq sahəsindən istifadə etmişdir. Yoldaşı vəfat etdikdən sonra övladları ilə aralarında mübahisələr yaranmağa başlamışdır və hər gün evlərində dava-dalaşlar olmuşdur. Belə ki, o, heç bir yerdə işləmir və pensiya yaşı olmadığı üçün pensiya da almır. Heç bir rəsmi gəlir mənbəyi yoxdur. Sadəcə Bakı şəhərindəki evlərini aylıq 500 manatlıq kirayə verib oradan gələn gəlirlə dolanıb. Hazırda isə oğlu orada kirayə qalan şəxsləri evdən çıxarıb, evə özü köçmüşdür. Onun hazırda heç bir dolanışıq yeri yoxdur. Hal-hazırda o, ünvan 4 ünvanıda mənzili, Bərdə rayon Qazıqurdalı kəndində 0.08 ha torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi və Bərdə rayon Qazıqurdalı kəndində yerləşən pay torpaq sahəsini övladları və onun arasında bölünməsini istəyir. Lakin hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi övladları Cavabdeh1 və Cavabdeh2 onunla birlikdə “ASAN” xidmət mərkəzinə gedərək torpaq sahələrin və evlərin vərəsələr arasında bölünməsi üçün imza etmələrini bildirsə də cavabdehlər razılaşmayaraq “ASAN” xidmət mərkəzinə getdmirlər. Cavabdehlər onu Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evindən qovduqları üçün o, məcbur qalıb bir-iki gün qızıgildə, bir-iki gün isə bacısıgildə qalır. Bunun üçün də istəyir ki, miras qalmış ünvan 6 ünvanıda yerləşən mənzili, Bərdə rayon Qazıqurdalı kəndində 0.08 ha torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi və Bərdə rayon Qazıqurdalı kəndində yerləşən pay torpaq sahəsinin vərəsələr arasında bölünsün ki, onun payına düşən əmlak verilsin. Həmçinin Dövlət aktlarını daşınmaz əmlakdan tələb etdikləri zaman verməkdən imtina ediblər. Daha sonra iddiaçı iddia həcmini artıraraq X7 cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 vəkili və nümayəndəsi X18 iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1966-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatdadır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 mülkiyyətində Bərdə rayonu, Qaradəmirçi kəndində 3 otaqlı fərdi mənzil qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 3-13-68/2-20150 saylı məktubdan müəyyən olunur ki, 25 aprrl 1990-cı il təvəllüdlü Cavabdeh1 və xx xxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh2 Bərdə rayonu, Qazıqurdalı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan MA ******* nömrəli reyestrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı mülkiyyətində ünvan 8 ünvanında ev qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 256807 nömrəli ölüm haqqında şəhadətnamənin surətində müəyyən olunur ki, X11 26 aprel 2021-ci ildə ölmüşdür. İş materiallarında olan İİİ-JQ 353718 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X5 01 iyun 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Əmiraslanova soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 3-21-3-46/2- 2400/2023 saylı məktubundan müəyyən olunur ki, X11 və İddiaçı adına Bərdə rayonu, Qazıqurdalı kəndində JN-238F torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.08 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, 3-21-3-46/2- 3497/2023 saylı məktubundan müəyyən olunur ki, X4 adına Bərdə rayonu, Qaradəmirçi kəndində fərdi yaşayış evi Bərdə rayonu TİB tərəfindən qeydiyyata alınmışdır. X4 adına Bərdə rayonu 1-ci Qaradəmirçi kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 1.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (paylı mülkiyyət 2\20 hissə) 12 aprel 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 adına Bərdə rayonu, Qazıqurdalı kəndində 2 nəfər ailə üzvü ilə birlikdə 0.08 ha həyətyanı torpaq sahəsi (JN-238F) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, X7, X4, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində 1.44 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-238F KOD 61009005 Şəhdaətnamədən müəyyən olunur ki, Bərdə rayonu Qazıqurdalı kənd sakinləri X4 və İddiaçı mülkiyyətində Bərdə Rayon Aqrar islahat Komissiyasının 01 fevral 1997-ci il tarixli, 186 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 17 fevral 1987-ci il tarixli, 21 saylı doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X8 01 fevral 1987-ci ildə doğulmuşdur, atası X11, anası İddiaçıdır. İş materiallarında olan 11 fevral 1985-ci il tarixli, 24 saylı doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx xxxxxx 1985-ci ildə doğulmuşdur, atası X11, anası İddiaçıdır. İş materiallarında olan 09 aprel 1991-ci il tarixli, 370 saylı doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxxx 1990-cı ildə doğulmuşdur, atası X11, anası İddiaçıdır. İş materiallarında olan 25 yanvar 1966-cı il tarixli, 7 saylı doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X5 xx xxxxxx 1966-cı ildə doğulmuşdur, atası X15, anası X9r. İş materiallarında olan nikahın bağlanması haqqında 01 iyun 1984-cü il tarixli, 32 saylı akt qeydinin surətindən müəyyən olunur ki, X11 ilə X5 01 iyun 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Əmiraslanova soyadı verilmişdir. İş materiallarında olan 27 yanvar 1960-cı il tarixli, 4 saylı ölüm akt qeydinin surətindən müəyyən olunur ki, X11 26 aprel 2021-ci ildə ölmüşdür. Məhkəmə verilmiş iddiaya münasibətdə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, verilmiş iddia əsaslı hesab edilməlidir. Belə olan zaman iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin X6 məxsus ½ hissəsinin 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh2 və 1/4 hissəsinə cavabdeh X7 payları müəyyən edilməlidir. X1 və İddiaçı mülkiyyətində olan Bərdə Rayon Aqrar islahat Komissiyasının 01 fevral 1997-ci il tarixli, 186 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsinin X6 məxsus ½ hissəsinin 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh2 və 1/4 hissəsinə cavabdeh X7 payları müəyyən edilməlidir. X2, X4, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində 1.44 ha torpaq sahəsinin X6 məxsus olan 2/20 hissəsinin 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh2 və 1/4 hissəsinə cavabdeh X7 payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin X6 məxsus ½ hissəsinin 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh2 və 1/4 hissəsinə cavabdeh X7 payları müəyyən edilsin. X4 və İddiaçı mülkiyyətində olan Bərdə Rayon Aqrar islahat Komissiyasının 01 fevral 1997-ci il tarixli, 186 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsinin X6 məxsus ½ hissəsinin 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh2 və 1/4 hissəsinə cavabdeh X7 payları müəyyən edilsin. X7, X4, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində 1.44 ha torpaq sahəsinin X6 məxsus olan 2/20 hissəsinin 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh2 və 1/4 hissəsinə cavabdeh X7 payları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2752/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2752/2023
05.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver