Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2753/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "X1"- nın nəzdində yaradılmış Cavabdeh2 hərəkətlərinin qanunsuz sayılmasına və onlara məxsus ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı və Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evlərinin alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X7, X8 və İddiaçı1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-2(115)-44/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC ilə X9 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsinə, "TuranBank” ASC ilə X10 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, Ns 365/F-S-16 saylı kredit müqaviləsinə və "TuranBank” ASC ilə İddiaçı1 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK Ns 259/F- 18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsi üzrə X9ndan 85332,46 (səksən beş min üç yüz otuz iki manat, qırx altı qəpik) manat əsas, 8162,44 (səkkiz min yüz altmış iki manat qırx dörd qəpik) manat faiz, 49265,10 (qırx doqquz nin iki yüz altmış beş manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə, 142760 (yüz qırx iki min yeddi yüz altmış manat) manat pul, 04 noyabr 2016-cı il tarixli, N 365/F-S-16 saylı kredit nüqaviləsi üzrə X4 84405,87 (səksən dörd min dörd yüz beş manat, səksən yeddi qəpik) manat əsas, 10429,27 (on min dörd yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat faiz, 38987,89 (otuz səkkiz min doqquz yüz səksən yeddi manat səksən doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 133823 (yüz otuz üç min səkkiz yüz iyirmi üç manat) manat pul, 29 noyabr 2018-ci il tarixli, İK N 259/F-18 saylı kredit müqaviləsi üzrə İddiaçı1 86329,22 (səksən altı min üç yüz iyirmi doqquz manat, iyirmi iki qəpik) manat əsas 26790,14 (iyirmi altı min yeddi yüz doxsan manat on dörd qəpik) manat faiz, 18124,66 (on səkkiz min yüz iyirmi dörd manat altmış altı qəpik) cərimə olmaqla, ümumilikdə 131244 (yüz otuz bir min iki yüz qırx dörd manat) manat pul tutularaq "TuranBank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun tutulmasının ipoteka ilə yüklü edilmiş bazar dəyəri: 83500 manat, likvid dəyəri 70000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evinə və bazar dəyəri: 55600 manat, likvid dəyəri 50.000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipotekaya tutma yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2- 2(104)-152/2022 nömrəli 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Gəncə Apellyasiya məhkəməsinin 2-2(104)-152/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 156/2023 nömrəli 29 mart 2023-cü il tarixli qərarı ilə qərardad dəyişdirilmədən saxlanılmışdır. Aşağıda göstərilən əsaslara görə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evi və İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi ilə birlikdə hərraca çıxarılması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Qeyd etməyi zəruri hesab etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-2(115)-44/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, iş üzrə icra vərəqəsi verilmiş və Cavabdeh1 sifarişi əsasında onlara məxsus fərdi yaşayış evi hərrac komissiyasına göndərilmişdir. Belə ki, tarixlərə diqqət yetirsək aydın olur ki, Cavabdeh1 əməkdaşları qanunsuz olaraq hərrac komissiyasına sifariş vermiş və "X1"-nın nəzdində yaradılmış Cavabdeh2 də tərəflər arasında məhkəmə çəkişməsinin davam etdiyi bir müddətdə əsassız olaraq mülkiyyətlərində olan evlərinin satışa çıxarmış və bu mümkün olmadığından tələbkara təklif etmişdir. Nəticədə mülkiyyət hüquqları kobud şəkildə pozularaq mülkiyyətlərindən məhrum olmuşlar. Əlbəttə ki, İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evi 83500 manat və İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin qiyməti 55.600 manat ola bilməz. Yalnız tədqim edilmiş natamam sənəd əsasında qiymətləndirilmiş evin dəyəri, həqiqətdə dəfələrlə baha qiymətədir. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka qiyməti sayıla bilməz. İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evi və İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evlərni hərracda satışa çıxarılması üçün "X1”-nın nəzdində yaradılmış Cavabdeh2nə xx.xx.2022-cü il tarixli, 252396/10 saylı sifariş məktubu göndərmişdir. Sözügedən sifariş məktubuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 44.625 manat, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə isə 31.875 manat ilkin qiymət qoyulmuş və "X1"-nın nəzdində yaradılmış Cavabdeh2nə evin hərraca həmin qiymətlə satışa çıxarılması barədə sifariş verilmişdir. Sözügedən iş üzrə sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-156/2023 nömrəli 29 mart 2023-cü il tarixdə verilməsinə baxmayaraq Gəncə Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmiş, Cavabdeh1 - "X1”-nın nəzdində yaradılmış Cavabdeh2 tələsik xx.xx.2022-cü il tarixli, 252396/10 saylı sifariş məktubu göndərmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC əmlakların açıq hərracda satılması barədə bildiriş göndərmiş, xx.xx.2022-ci il tarixdə tələbkar "xxxx" ASC-nə təkif edilmiş və xx.xx.2022-ci il tarixdə X11 barədə 117/22 saylı Protokol imzalanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəmədə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, Cavabdeh3 ASC məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarında olan AA******* nömrəli, FİN xxxxxxx kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 – xx.xx.1989-cu ildə anadan olmuşdur. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı2 – xx.xx.1986-cı ildə Bərdə rayonu, Mehdili kəndində anadan olmuşdur. Bakı şəhəri, Nəsimi ray, 31 ünvanında yaşayır. (Ş/V: AA2229211, FİN: 1JL9LUU). İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e- 2-2(115)-44/2021 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC ilə X9 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsinə, "TuranBank” ASC ilə X10 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, Ns 365/F-S-16 saylı kredit müqaviləsinə və "TuranBank” ASC ilə İddiaçı1 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK Ns 259/F-18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 19 fevral 2016-cı il tarixli, Ns 33/F-S-16 saylı kredit müqaviləsi üzrə X9ndan 85332,46 (səksən beş min üç yüz otuz iki manat, qırx altı qəpik) manat əsas, 8162,44 (səkkiz min yüz altmış iki manat qırx dörd qəpik) manat faiz, 49265,10 (qırx doqquz nin iki yüz altmış beş manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə, 142760 (yüz qırx iki min yeddi yüz altmış manat) manat pul, 04 noyabr 2016-cı il tarixli, N 365/F-S- 16 saylı kredit nüqaviləsi üzrə X4 84405,87 (səksən dörd min dörd yüz beş manat, səksən yeddi qəpik) manat əsas, 10429,27 (on min dörd yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat faiz, 38987,89 (otuz səkkiz min doqquz yüz səksən yeddi manat səksən doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 133823 (yüz otuz üç min səkkiz yüz iyirmi üç manat) manat pul, 29 noyabr 2018-ci il tarixli, İK N 259/F-18 saylı kredit müqaviləsi üzrə İddiaçı1 86329,22 (səksən altı min üç yüz iyirmi doqquz manat, iyirmi iki qəpik) manat əsas 26790,14 (iyirmi altı min yeddi yüz doxsan manat on dörd qəpik) manat faiz, 18124,66 (on səkkiz min yüz iyirmi dörd manat altmış altı qəpik) cərimə olmaqla, ümumilikdə 131244 (yüz otuz bir min iki yüz qırx dörd manat) manat pul tutularaq "TuranBank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun tutulmasının ipoteka ilə yüklü edilmiş bazar dəyəri: 83500 manat, likvid dəyəri 70000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evinə və bazar dəyəri: 55600 manat, likvid dəyəri 50.000 manat olan xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipotekaya tutma yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 icra məmuru X3 tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e-2-2(115)-44/2021 nömrəli icra vərəqəsi əsasında icraata başlanmış və tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2- 3185/2023 nömrəli məlumatın təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd olunan İddiaçı1 məxsus olmuş ünvan 6 saylı, 3 otaqlı fərdi yaşayış evi (77.28 kv.m) xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı2 məxsus olmuş Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli, 117/22 nömrəli X11 barədə protokolun nəticələri ünvan 6 saylı fərdi yaşayış evinin və Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin yeni mülkiyyətçi "xxxx" ASC- nin adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsas olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-2(102)-156/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 dekabr tarixli 2-2(104)-152/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılması, cavabdeh İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli, 252396/10 nömrəli hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X9ndan kredit müqaviləsi üzrə 142760 manat məbləğində kredit borcu, X4 133823 manat məbləğində kredit borcu, İddiaçı1 131244 AZN kredit borcu və 91 manat dövlət rüsmu alınarq "xxxx" ASC-nǝ ödənilməlidir. Tutma ipoteka predmeti olan cavabdeh İddiaçı1 məxsus Bərdə şəh, Ş.İsmayıl küç 24 ünvanında yerləşən 3 otaqlı 7.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış və həmin ev açıq hərracda satılmalıdır. Tutma ipoteka predmeti olan cavabdeh İddiaçı2 Allahverdi qızına məxsus Bərdə ray, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin ev açıq hərracda satılmalıdır. İpoteka predmetinin ilkin satış qiyməti 70 000 manat və 50 000 manat müəyyən edilmişdir. 800 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan 19 may 2022-ci il tarixli hərracın baş tutmamasına dair protokoldan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bərdə rayon İcra Şöbəsi tərəfindən verilmiş 252396/10 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı1 məxsus. ünvan 6 ünvanında yerləşən. 3 otaqlı, 77.28 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və borclu İddiaçı2 məxsus, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 19 may 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X2 (Portalında) (www.birjanews.az). eləcə də "xxxx" MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 19 may 2022-ci il, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 19 may 2022-ci il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadı. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanununun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. MM-in 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-in 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. MM-in 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından görünür ki, iddiaçı hərracın nəticələrinin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Əgər həmin müddət iddiaçı tərəfindən məhkəmədə sübut edilsəydi bu zaman kəsici müddətin tətbiqi məsələsi məhkəmə tərəfindən həll edilməli idi. Kəsici müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Məhkəmə qeyd edir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC-nin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etməklə hərracın keçirilməsi olmuşdur. İşdən də müəyyən edilir ki, hərracın təşkilatçısı iddiaçıya məxsus əmlakın açıq hərracda satan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallar əsassız olmaqla heç bir mötəbər və tutarlı sübutlarla öz təsdiqini tapmamış, iddiaçı iddiasında göstərdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş və sübut edə bilməmiş, habelə hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi, Mülki Məcəllənin 6-cı maddəsində müəyyən edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı, hüquqi müəyyənlik prinsipinə, eyni iş üzrə iddialara məhkəmə müstəvisində təkrar baxılmasının yolverilməzliyi, mülki dövriyyənin sabitliyi və davamlılığı prinsiplərinə zidd olmaqla, həmçinin mübahisə predmeti olmaqla keçirilən hərrac nəticəsində Bərdə rayonu, Qaradəmirçi kəndində 4.87 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş şəxs və ya şəxslərin mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər ki, bu da məhkəmə tərəfindən yolverilməz hesab edilir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2753/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2753/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver