Məhkəmə qərarları › İş №2(021)-276/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-276/2025

10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-276/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, İddiaçı cavabdeh «X9 Xidməti» X14, X10 Sistemlərinin istismarı idarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunsuz yazılmış 436.76 (dörd yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində olan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh idarənin əməkdaşları ona 436.76 (dörd yüz otuz altı manat yetmiş altı qəpik) manat su üçün borc yazıblar. Ancaq o borcu əsaslı hesab etmir. Belə ki cavabdeh qurum onlar üçün su sərfiyyatı xərclərini 3 nəfər ailə üzvünə görə deyil, 4 nəfərə görə hesablamışlar. Onlar 2 nəfər ailə üzvlərindən ibarətdirlər. Dəfələrlə cavabdeh quruma bu barədə müraciətləri olsa da, cavabdeh qurum onların su sərfiyyatını hələ də 4 nəfər üçün hesablayaraq 436.76 manat borcu onun adına yazmışlar. Borcun əsassız və qanunazidd şəkildə hesablanaraq yazılmasını nəzərə alaraq həmin 436.76 manat borcun silinməsi barədə məhkəməyə müraciət etmişlər. Belə ki o, 4 nəfər üçün sudan istifadə etməmişdir. İddiaçı göstərdi ki, o, dəfələrlə ailə üzvlərinin sayına dair həmin quruma müraciət etmiş, özü ilə bərabər cəmi 2 nəfər ailə üzvü olduğu barədə cavabdehi rəsmi qaydada məlumatlandırmışdır. Bu barədə onun tərəfindən icra nümayəndəliyindən almış olduğu ailə tərkibi haqqında arayışı da iş materiallarına əlavə etmişdir. Məhkəmə iclasında ərizəsini müdafiə edərək məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh Regional Su Melorasiya Xidməti X14, X10 Sistemlərinin istismarı idarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək iddianı qəbul etmədiyini, Nazirlər Kabinetinin qərarı ilə hansı evdə sayğac yoxdursa 4 nəfər həcmində pulun hesablandığını bildirdi. Belə ki iddiaçının ailə üzvləri üç nəfərdən ibarət olmuşdur, övladı ailə qurmuşdur. O, 2018-2022,2024 illərdə sorğular vermişdir, lakin həmin illərdə ona ailə üzvləri barədə arayış təqdim edilməmişdir. Hesab edir ki, əgər ailə tərkibinin 4-dən az olmasına dair arayış təqdim edilsə, göstərilən hal onlar tərəfindən nəzərə alınardı. İddiaçı tərəfindən təmsil etdiyi quruma müraciətlər aşkar olunur. Lakin ailə üzvlərinin sayına dair arayış təqdim edildiyi müəyyən olunmur. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası "xxxx" ASC-nin Bərdə rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, xx.xx.2017-xx.xx.2024-cü il tarixlərdə abonent sayı 1 olan İddiaçı tərəfindən cəmi 125 manat ödənilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 910 saylı arayışdan görünür ki, Bərdə rayonu Qaradağlı kənd sakini İddiaçı ailə üzvləri: arvadı- X1r. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kənd İƏD üzrə Qaradağlı kəndində yaşayır. Azərsu ASC nin Bərdə Sukanal şöbəsinin hesab fakturasından görünür ki, Bərdə rayonu Qaradağlı kəndində yaşayan İddiaçı kubu 0.60 qəpikdən hesablanmaqla hesab fakturasında dövr borcu 10.80 qəpik qeyd edilərək, qalıq borcu 436.76 manat göstərilmişdir. Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti PHŞ X12 Sistemlərinin İstismarı İdarəsinin məktubundan görünür ki, abonent kodu **********000 olan İddiaçı hazırki borcu 492.56 manat təşkil etmişdir. R.Məhərəmovun iddia ərizəsində göstərdiyi 436.76 manat borc 2017-2024-cü illər üzrə hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “X7”nın X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.6. madddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) STKM-in vəzifələrindəndir. “X7”nın X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.9.2. maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifələrindəndir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı tələbinə dair iddiası təmin edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. “X7”nın X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarına əsasən həmin qaydaların 3.4-cü bəndinə əsasən müəssisə istehlakçının istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 7.2-ci, 7.4-cü və 7.5-ci bəndlərinə uyğun təyin edir. Həmin qaydalara əsasən adambaşı sərfiyyat Azərbaycan manatı ilə 03 manat təşkil edir. Tərəflərin məhkəmə iclasında bildirmiş olduğu, işin mübahisəsiz halına əsasən müəyyən olunur ki, həqiqətən İddiaçı cavabdeh təşkilata ailə üzlərinin sayının 4-dən az olmasına müraciətləri qeydə alınmış, lakin bu barədə arayış əlavə edilməmişdir. Müraciətin qeydə alınması, lakin ailə tərkibi haqqında arayışın təqdim edilməməsi iddiaçının xeyrinə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, həqiqətən İddiaçı iş materiallarına əlavə arayışa əsasən ailə özü və arvadı olmaqla iki nəfərdən ibarətdir. İş materiallarında olan AZ İİ N-199417 saylı nikah haqqında şəahədtnaməyə əsasən də müəyyən olunur iddiaçının qızı Məhərrəmzadə Aynur xx.xx.2017-ci il tarixdən nikaha daxil olaraq ailə həyatı qurmaqla həmin ünvanda yaşamamışdır. Tərəflər hal-hazırki borcun hesablanmasına 2017-ci ildən etibarən başlandığını mübahisələndirmirlər. Bu mənada aşağıdakı düsturun müəyyən edilməsi zəruridir. 2017-ci ilin iyun ayından məhkəməyə iddia ərizəsi daxil olanadək keçən müddət 86 ay təşkil edir. 86*6=516 manat borcun silinməli olduğu aşkar olunur. Bu əsasla məhkəmə iddia tələbi daxilində 436,76 manat məbləğində borcun silinməli olduğu qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi:

1. İddia təmin edilsin.

2. İddiaçı «X9 Xidməti» X13, X10 Sistemlərinin İstismarı idarəsi tərəfindən hesablanmış 436.76 (dörd yüz otuz altı manat yetmiş altı qəpik) manat məbləğində borc silinsin.

2. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar