Məhkəmə qərarları › İş №2(021)-2764/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2764/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2764/2021 08.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi Ərizəçi iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə onlara Bərdə rayonu Arabaçılar kəndində verilmiş 2.38 ha torpaq sahəsinə verilmiş JN 165 KOD 61004028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə onlara Bərdə rayonu, Arabaçılar kəndində yerləşən 2,38 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. JN-165 KOD 61004028 saylı Dövlət aktında səhvlik baş vermişdir. Onun düzəliş olunmsını istəyir, dövlət aktında səhvlik olması ona bir sıra çətinliklər yaradır. Belə ki onun ata adı İsgəndərova Validə Əli qızı olduğu halda ata adı səhvən Ərizəçi Elmi qızı kimi qeyd edilib. Qeyd olunmuş yanlışın JN-165 KOD 61004028 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi idarəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Hazırda JN 165, KOD ********* saylı dövlət aktında ata adının düzgün yazılmasını istəyir, çünki bu ona bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun arvadıdır. Onlara verilmiş dövlət aktında arvadının ata adı İsa olduğu halda səhvən Elmi yazılmışdır. Məhkəmə Ərizəçi izahatını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 61004028 JN -165 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Bərdə rayonu Arabaçılar kənd sakini İsgəndərov Elmi Əhəd oğlunun, X1, X2, Ərizəçi Elmi qızının, X3 və X4 mülkiyyətinə 2, 38 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********04 nömrəli 21 iyun 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-165 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Hüseynalılar kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 463 nömrəli, 15 dekabr 2020-ci il tarixli arayaışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının hüseynalılar kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 464 nömrəli, 15 dekabr 2020-ci il tarixli arayaışdan müəyyən olunur ki, JN 165 KOD 61004028-də göstərilmiş Ərizəçi Elmi qızının ata adı səhv getmişdir. Əslində Ərizəçi kimi oxunması məqsədə müvafiqdir. İş materiallarında olan İİ-JQ 401608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx xxxx 1974-cü ildə doğulmuşdur, atası X14, anası Əliyeva Şərqiyyə Əli qızıdır. İş materiallarında olan Vİ-JQ 256463 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə X16 10 iyun 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1974-cü ildə Bərdə rayonu Arabaçılar kəndində doğulmuşdur və Bərdə rayon Hüseynalılar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 165 KOD 61004028 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi Elmi qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 165 KOD 61004028 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Elmi qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 165 KOD 61004028 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar