Məhkəmə qərarları › İş №2(021)-2776/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2776/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2776/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçilər Ərizəçi3 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Daşınmaz Əmlakın Dövlət Reyestri X15 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-148 KOD 61023018 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuşlar, hazırda da Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuşlar, hazırda da Bərdə rayonu, Şirvanlı kəndində yaşayırlar, Ərizəçi1 adı “Vəfa”, ata adı “Oktay”, soyadı “Qarayevadır”, bu ad, ata adı və soyadı ilə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi almışdır, həmçinin nikahın pozulması haqqında şəhadətnamədə və digər sənədlərdə də adı “Vəfa”, ata adı “Oktay”, soyadı “Qarayeva” yazılmışdır, bütün sənədlərində ad, ata adı və soyadı Ərizəçi1 kimi qeyd olunmuşdur. Həmçinin Ərizəçi2 adı “Oktay”, ata adı “Mənaf”, soyadı “Qarayevdir”. Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə ataları Ərizəçi2, anaları Ərizəçi3, qardaşları X10, Ərizəçi1 ibarət ailə üzvülərilə Bərdə rayonu, Şirvanlı kəndində yerləşən 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Qərar əsasında DTXK-nin Bərdə rayon Şöbəsi tərəfindən onlara JN-148 nömrəli KOD61023018 olan torpağın mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında Ərizəçi1 adı Nurlan, ata adı Oqtay, soyadı Qarayev kimi, X2 yazılmışdır. Həmçinin Ərizəçi2 adı Oqtay kimi yazılmışdır. Hazırda onlar ailə üzvülərinin hər birinin paylarının müəyyən edilməsini və hər birinizin həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair Çıxarış almaq istəyirlər, ancaq torpağa mülkiyyət hüququnda dair JN 148 nömrəli KOD 61023018 olan Dövlət aktında adlarının düzgün qeyd edilməməsi üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi2 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X15 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-148 KOD 61023018 olan Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən Bərdə rayonu Şirvanlı kənd kənd sakini X8, Ərizəçi3, X5 və X6 mülkiyyətinə 1.00 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1988-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 06 iyun 1960-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Xİİ-JQ 440321 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1988-ci ildə doğulmuşdur, atası Ərizəçi2, anası Ərizəçi3dır. İş materiallarına əlavə edilmiş AZ-İ 338277 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 və Ərizəçi1 arasında olan nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş X21 Xidmət Mərkəzi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi3 ailə üzvüləri əri Ərizəçi2, qızı Ərizəçi1, oğlu X10, qızı X3 ibarətdir. İş materiallarına əlavə edilmiş 851-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X1 ilə X7 19 dekabr 1964-cü il tarixdə 31 nömrəli akt qeydi ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X15 7 saylı Bərdə Ərazi İdarəsinin **********49 nömrəli 20 iyul 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi3 JN 148 nömrəli Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X15 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-148 KOD 61023018 Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X8, Ərizəçi3, X5, X6 adına verilmiş JN-148 KOD 61023018 dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X8, Ərizəçi3, X5 və X6 adına verilmiş JN-148 KOD 61023018 dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar