Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2785/2021 08.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, X1 cavabdeh “Azəriqaz” İB-nə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə iddianı təmin etmək haqqında ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 məhkəməyə ünvanladığı iddia ərizəsində cavabdeh “Azəriqaz” İB –nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 259.20 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsgəndərova Məxaparə Şahlar qızı məhkəməyə iddianın təmin edilməsi üçün tədbirlər görülməsi barədə ərizə verərək işə baxılana qədər iddianın təmini tədbiri kimi Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə verilən mavi yanacağın dayandırılmasının qadağan edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmədə cavabdeh “Azəriqaz” İB– nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 259.20 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddia qaldırmışdır. Hazırkı iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi, Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə verilən mavi yanacağın dayandırılmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçı İsgəndərova Məxaparə Şahlar qızının ərizəsini və iş materiallarını müzakirə edərək müəyyən edir ki, iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə iddiaçı İsgəndərova Məxaparə Şahlar qızının Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə verilən mavi yanacağın dayandırılmasının qadağan edilməsinə dair ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 157, 163, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Şahlar qızının Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə verilən mavi yanacağın dayandırılmasının qadağan edilməsinə dair ərizəsi təmin edilsin. Qərardad dərhal icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2785/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2785/2021
08.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver